Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Akademik Ramiz Mehdiyev icra başçılarını və güc rəislərini niyə toplayıb? – İclas

Akademik Ramiz Mehdiyev icra başçılarını və güc rəislərini niyə toplayıb? – İclas

Dekabr ayının son həftəsində Prezident Administrasiyasında rayon icra başçıları, polis rəisləri, məhkəmə sədrləri və digər qurumların rəhbər şəxslərinin iştirakı ilə böyük bir toplantı keçirilib.

Bu barədə Mia.az-a verilən məlumata görə, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən toplantıda bütün icra başçılarına, o cümlədən güc struktularına konkret tapşırıqlar verilib:

“Onların hamısını Bakıya toplayıb, konret tapşırıqlar verilib. Hamısına da öz sahələri üzrə insanlara qarşı həssas davranmaq, şikayət və problemlərə operativ yanaşmaq, hətta tez-tez birbaşa kəndlərə, hadisə yerlərinə gedərək, xalqın xidmətçiləri olduqlarını sübut etməyin vacibliyi deyilib. Hətta xəbərdarlıq edilib ki, bu tapşırıqlara əməl etməyən, narazılığı və ya problemi həll etmək əvəzinə, hərəkət və davranışları ilə daha da artıran hər bir vəzifəli şəxs kimliyindən aslı olmayaraq, cəzalandırılacaq”.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın