Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Adı azyaşlı şagirdi ilə ailə qurmaqda hallanan Mirismayıl Xələfli rəsmi sənədlərlə iddiaları təkzib edir-FOTO

Adı azyaşlı şagirdi ilə ailə qurmaqda hallanan Mirismayıl Xələfli rəsmi sənədlərlə iddiaları təkzib edir-FOTO

“Space” televiziyasında yayımlanan “El bizim- sirr bizim” verilişinə qonaq qismində dəvət olunan jurnalist  Mirismayıl Xələflinin dərs dediyi azyaşlı şagirdilə ailə qurması haqda səsləndirdiyi fikirlər  ciddi rezonansa səbəb olub. Azinforum.az-ın əməkdaşı həmin fikirlərə aydınlıq gətirmək üçün, Mirismayıl Xələfli ilə əlaqə saxlayıb. Jurnalist saytımıza açıqlamasında bildirdi ki, onun səsləndirdiyi fikirlər düzgün anlaşılmayıb:

“Mən həyat yoldaşımla ilk təmasımın, yəni onu gördüyüm ilk yerin məktəb olduğunu demişəm. Bu da mənim müəllim, onun isə şagird olduğu illərə təsadüf edib. Bilirsiniz ki, hər bir faktı sübut edən mötəbər dəlillər olmalıdır.  Hesab edirəm ki, rəsmi sənəddən mötəbər mənbə ola bilməz. Təbiidir ki, mən bir günün içində hansısa saxta sənədi düzəldə də bilmərəm. Bu səbəbdən də, məni pedofiliyada və başqa cinayətlərdə ittiham edənlərə cavab kimi ailə qurmağıma  dair rəsmi sənədi ilk olaraq sizin sayta təqdim edirəm.  Görüdüyünüz  “Nigah haqqında şəadətnamə” sənədində mənim və həyat yoldaşımın yaşı və bizim ailə qurduğumuz il göstərilir. Diqqətlə baxsanız görərsiniz ki, mənim doğum tarixim 1984, həyat yoldaşımınkı  isə 1990-cı ildi. Bizim nigahımız  rəsmən  2008-ci ildə qeydə alınıb. Elə toyumuz da həmin il olub.  Yəni biz ailə quranda mənim 24, yoldaşımn isə 18 yaşı olub. Bu da qanunvericiliyin tələblərinə  tam uyğundur.  Fikirlərimin daha bir təsdiqini  böyük övladım olan – Zəhraxanımın “Doğum haqqında şəadətnaməsi”ndə görə  bilərsiniz. Böyük qızım bizim nigahımızdan bir il sonra – 2009-cu ildə dünyaya gəlib. Bu baxımdan da, KİV-lərdən xahiş edirəm ki, mənim fikirlərimə şərh verərkən bu sənədləri  də diqqətlə nəzərdən keçirsinlər”.

Rövşən ƏLİ,

Azinforum.az

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …