Ana səhifə / Gündəm / Abdolbari Goozala basqın: biznesmen döyüldü, seyfindən 180 min dollar aparıldı…

Abdolbari Goozala basqın: biznesmen döyüldü, seyfindən 180 min dollar aparıldı…

Almaniyada mühacirətdə olan keçmiş deputat-oliqarx, “Quska” ləqəbli mafioz Hüseyn Abdullayevin daha bir cinayət əməlinin üstü açılıb. Məlum olub ki, “Quska”nın qeyri-leqal yarımhərbi dəstəsinin üzvləri “Azərsun” prezidenti Abdolbari Goozalın ofisinə basqın edərək biznesmeni döyüb, seyfindən 180 min dollar aparıb. Bu əhvalatı isə 16 il sonra jurnalist Eynulla Fətullayev özünün Facebook səhifəsində nəql edib.

Xatırladaq ki, bundan əvvəl E.Fətullayev “Quska”nın yarımhərbi kriminal dəstəsinin 1998-ci ildə ADP sədri Sərdar Cəlaloğluna yaşadığı binanın blokunun girişində hücum edərək başına vedrə keçirdiklərini, siyasətçini taxta ilə ölümcül hala saldıqlarını yazmışdı. Bu əhvalatı “Quska” özü vaxtilə E.Fətullayevə danışıbmış.

E.Fətullayevin “Quska” tərəfindən vaxtilə törədilmiş bu əməllərin üstünü açması keçmiş deputatın sosial şəbəkələrdə onun ünvanına qeyri-etik ifadələr, təhqirlər yağdırmasına cavabdır.

Belə ki, bu günlərdə “Quska” prezidentliyə iddiasını ortaya qoyub. Haqqin.az və virtualaz.org saytları isə onun vaxtilə törətdiyi əməlləri, yarımhərbi qeyri-leqal birləşmə saxlayaraq siyasətçilərə, jurnalistlərə zorakı hücumlar təşkil etdirdiyini yada salaraq “quldurun prezident olmaq iddiasını” tənqid edib. “Quska” bundan bərk qəzəblənib və həmin vaxtdan etibarən sosial şəbəkələrdə jurnalistləri, o cümlədən E.Fətullayevi təhqir edir.

Eynulla Fətullayev isə buna cavab olaraq özünün Facebookdakı səhifəsində əvvəlcə belə anons paylaşıb: “Tərbiyəsiz və əxlaqsız “Quska” ləqəbli biznesmen, kəmsavad, bivec və nadan Hüseyn Abdullayev adlı küçə uşağı prezidentliyə namizədliyini verib və “Azadlıq” qəzetinin səhifələrində məni təhqir edib.Yazır ki, Hüseyn Abdullayevin cinayətlərini sübut etməsəm…

Ardınca isə özünə və Əli Kərimliyə xas jarqonda əxlaqsız cümlələr işlədib. Mən bunları yazmaq istəmirdim. Quska özü vadar etdi. Mən, haqqin.az saytından da Quskaya cavab yazmayacam, çünkü bu küçə uşağı haqqin.az kimi mötəbər və hörmətli KİV-in səhifələrinə layiq deyil. Mən, Quskanın cinayətlərini, elə onun öz dilindən eşitdiklərimi Sizə nəql edəcəm!!!

E.Fətullayev vədinə sadiq qalaraq bu gün “Quska”nın vaxtilə ona danışdığı ikinci əhvalatı izləyiciləri ilə paylaşıb. O, Facebook səhifəsində bunları yazıb:

***

Hüseyn Abdullayevdən 2-ci etiraf – Heydər Əliyev Quskanı Bakıdan niyə didərgin saldı?

Qədim torpağın Culfa rayonunda toyxanalarda postsovet erası üçün nou-xau sayıla biləcək ionika instrumenti ilə naxçıvanlıları təəccübləndirən kasıb bir şoferin oğlu Guska günlərin bir günü Bakının bütün yanacaq bazarında inhisar qurmaq iddiasına düşdü. Tale Quska Abdullayevin üzünə gülümsədi də. 90-cı illərin sonuna qədər Quska nəinki metal, həm də yanacaq üzərində inhisara nail oldu. Yəqin ki, 90-cı illərdəki acınacaqlı səhnələr hamının yadındadı – Bakı küçələrində Quskanın küçə uşaqları benzini və dizeli vedrələrlə satırdı. Sonra bu vedrənin biri də Sərdar Cəlaloğlunun başında partladı…

Ancaq kustar üsullarla, heç bir sərmaye qoymadan, sadəcə dizeli satıb pulu cibə qoymaq kimi primitiv mexanizmin dövrü bitmək üzrə idi. Həm də bazara yeni biznesmenlər – Quskadan daha savadlı və Qərb menecmentini əxz etmiş iş adamları indiki prezidentliyə namizədə rəqib çıxmaq istədilər.

Onlarda biri Azərsun Holdinqin rəhbəri, hamının tanıdığı Abdolbari Gözəl idi. Təxminən 2000-ci ildə Fərhad və Rafiq Əliyevlər qardaşları ilə bərabər, Gözəl də Quskanın inhisara götürdüyü biznesə əl uzatmaq istədi. Və uzatdı da. O da daşınma biznesində kvota aldı.

Sağlam rəqabətə davam gətirməyən Quska, öz cinayətkar dəstəsini Gözəlin ofisinə göndərdi. Təxminən 2001-ci ilin payızında, Quskanın qanunsuz silahlı dəstəsi Gözəlin ofisinə soxuldu, biznesmenə qarşı zorakılıq etdilər, həm də məqami-cəngdən istifadə edərərək, iş adamının kabinetini qarət etdilər. Gözəlin seyfindən də 180 min dollar pul apardılar.

Məsələ şişdi. Bu haqda rəhmətlik Heydər Əliyevə məruzə etdilər. Qəzəblənmiş prezident faktiki olaraq Quskanı ev dustağına çevirdi. 2003-cü ilin oktyabrına qədər Quska Bilgəhdə bağında qaldı, Bakının həsrətini yaşadı… İndiki kimi… Yüngül cəza imiş deməli.

Hüseyn Abdullayev məndən və hörmətli Rauf Arifoglu-dan cinayətlərinin sübutunu istəyirdi. Buyurun, bu da sizə Quskanın 2-ci cinayəti… Ardı gəlir))))

virtualaz.org

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …