Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / 6 yaşlı uşaq niyə ölüb? – Baş həkimdən açıqlama+Yenilənib

6 yaşlı uşaq niyə ölüb? – Baş həkimdən açıqlama+Yenilənib

Ağcabədidə 6 yaşlı uşaq qidadan zəhərlənib. ” Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kürdlər kəndində qeydə alınıb.

2010-cu il təvəllüdlü Elton Şirinov ölümündən 3 gün əvvəl anası ilə birgə həbsdə olan atasının yanına gedib. Görüşə gedən ailə özü ilə ev şəraitində bağlanmış pomidor turşusu aparıb. Onlar görüş zamanı birgə yemək yeyiblər.

Uşağın əmisi Allahverdi Şirinov bildirib ki, görüşdən qayıtdıqdan sonra Elton Şirinovun səhhətində problem yaranıb: “Dərhal kənd həkiminə müraciət elədik. Həkim sistem köçürdü. Axşamüstü Eltonun vəziyyəti daha da ağırlaşdı. Apardıq Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına. Orda həkimlərdən biri dedi ki, uşağın bağırsağında zəhərlənmə var, aparın Bərdə Mərkəzi Rayon Xəstəxanasına. Bərdədə həkimlər dedi ki, çox gecikdirmisiniz, qəbul edə bilmərik. Onlar da Mingəçevir xəstəxanasına aparmağımızı istədilər. Bərdədən çıxıb Mingəçevirə gedirdik, Yevlaxa çatanda uşaq yolda keçindi”.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

***

“Ağcabədi rayon sakini 6 yaşlı Elton Şirinov qida zəhərlənməsində deyil, ağ ciyər çatışmazlığından vəfat edib”.

Bunu APA-nın Qarabağ bürosuna Ağcabədi rayon Uşaq Xəstəxanasının baş həkimi Rəfiqə Şirinova deyib: “Düzdür, uşaqla bağlı bizə müraciət olunmuşdu. Amma müraciət edərkən uşağın vəziyyəti çox ağır idi. Növbədə olan həkim cərraha ehtiyac duyduğu üçün onu cərrahiyyə şöbəsinə göndərmişdi. Cərrahiyyə şöbəsində uşağa tənəffüs çatışmazlığı diaqnozu qoyulub. Ağcabədi rayon Xəstəxanasında uşaq cərrahiyyəsi şöbəsi olmadığı üçün uşaq Bərdə Uşaq Cərrahiyyəsi Mərkəzinə göndərilmişdi”.

Baş həkim deyib ki, yaxınları uşağın pomidor turşusundan zəhərlənərək öldüyünü desələr də, götürülən nümunələr bunu təsdiq etməyib: “Bizim fikrimizə görə, uşaq ağ ciyər çatışmazlığından vəfat edib“.

6 yaşlı Elton Şirinovun babası Əsgər Məmmədov nəvəsinin həkim laqeydliyindən öldüyünü deyib. Ə. Məmmədov faktla bağlı həkimlərdən şikayətlərinin olmadığını da açıqlayıb.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın