Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Gündəm / 531 hektarlıq ərazi, park, xiyaban qalmaqalı – Məmurlarla iş adamlarının birgə oyunu

531 hektarlıq ərazi, park, xiyaban qalmaqalı – Məmurlarla iş adamlarının birgə oyunu

DSK üzvü, BAXCP funksioneri dövlətin əmlakı talan edilməsi, rayon torpaqları məmurlarla iş adamları tərəfindən mənimsənilməsi haqda sensasion faktları açıqladı

Mia.az-a BAXCP Hüquq Komissiyasının sədr müavini, 79 saylı İmişli DSK-nın üzvü Davud Zülfüqarov tərəfindən Prezident İlham Əliyevə və digər aidiyyatı dövlət qurumlarınınn rəhbərlərinə ünvanlalan şikayət məktubunun surəti daxil olub.

Şikayətçi yazır ki, bu günədək İmişlidə Mərkəzi Rayon Xəstəxanasının  qarşısındakı parkın “kiçik oliqarx”lara satılması məqsədiylə ərazisinin 6.5 hektarının kağız üzərində  Heydər Əliyev Parkına, 2.5 hektarını isə Şəhidlər Xiyabanının sahəsinin “genişləndirilməsi” haqda çoxsaylı şikayətlər yazıb.

D.Zülfüqarov yazır ki, bu “köçürülmə”nin necə həyata keçirilməsi praktik formada mümkün olmasa da, rayonun keçmiş icra başçısı və bəzi məmurlar  pul qarşısında bunu da “bacarıb”.

Ən maraqlısı odur ki, bu böyüklükdə qanunsuzluğa imza ataraq hətta Heydər Əliyevin adına olan parkın gələcəyini təhlükəyə atan rayon məmurları ilə sahibkarları bununla kifayətlənməyib, rayonun mərkəzinə bitişik olan 531 hektarlıq örüş sahəsini də iş adamları kimi özlərini təqdim edən şəbəkəyə satıblar:

“Bəli, rəsmi sənədlərdə örüş sahəsi olduğu qeyd edilən həmin 531 hektar ərazinin yarıdan çoxu imişlili oliqarxlara satılıb. Onlar isə bu sahənin təyinatı dəyişdirilmədən orada tikinti aparıblar, bazar, yanacaqdoldurma məntəqələri, mağazalar və sair gəlirli obyektlər tikib, istifadəyə veriblər. Bununla da rayonun strateji sahəsi sayılan heyvandarlıq məhv olub, camaat heyvanlarını otarmaq üçün ərazi tapa bilmir.  Bu səbəbdən illərdir etdiyim şikayətlər, verdiyim izahatlara rəğmən, tədbir görən yoxdur. Əksinə, bu şikayətlərimi məni susdurmaq üçün istifadə etməyə cəhdlər var.  İş o yerə çatıb ki, keçmiş komitə sədri Qərib Məmmədovun həm Heydər parkı, həm Şəhidlər Xiyabanı, həm xəstəxananın qarşısındakı parkın qanunsuz satılması ilə bağlı Şirvan İnzibati –İqtisadi Məhkəmədə bir qrup rayon səviyyəli sahibkara qarşı qaldırdığı iddia ərizəsi və onun, yəni məhkəmənin necə qərar verməsi də komitə ləv ediləndən sonra şübhəli şəkildə gizlədilir. Halbuki, komitə həmin sahələrin əvvəlki vəziyyətinə qaytarılması haqda məhkəmədə iddia qaldırmışdı. Bu fakt da mənim haqlı olduğumu sübut edir. Hətta bu faktlar birbaşa cinayət məsuliyyəti yaradır. Çox təəssüf ki, hələ də məmurlarımız pulun qarşısında gücsüz görünürlər. Ancaq əminəm ki, gec-tez bu qanunsuzluqlara şərik olanların hamısı layiqli cəzalarını alacaqlar”.

D.Zülfüqarovun sözlərinə görə, 1999-cu ildə rayon rəhbərliyi yeni yaranan İmişli rayon Bələdiyyəsinə 531 hektar örüş sahəsi təhvil verib:

“Bunu 7 saylı Regional Ekologiya İdarəsinin 14.02.2015-ci il tarixli 560 sayla cavab verdiyi məktubu da təsdiq edir. Bəli, bu məktubla həmin torpaq sahəsinin rayonunun sahibkarları ilə birgə, şərikli hərəkət edən məmurları tərəfindən gizlədilən xəritəsində də mənim haqlı olduğum bir daha təsdiqlənib. FHN-nin rəsmisi isə məktublarıma cavab da lap “gül vurub”. Bu qurum cavab məktubunda məni başqası ilə səhv salması (adımı tamam başqa ad kimi təqdim edib) yetmirmiş kimi, İmişlinin qanunsuzluğa şərik olan məmurlarına istinad edərək, gözlə görünən, arxiv sənədləri ilə təsdiqlənən faktı inkar etməyə cəhd edib. Görünür, Səfər Qurbanov öz nümayəndələri ilə birlikdə  İmişli İcra Hakimiyyətinin “üzgörənlik”lə yazılan aktlarına söykənməklə, yaxasını bəladan qurtarmağa çalışır. Ancaq bildirirəm ki, həmin aktların heç bir hüququ əsası və etibarlığı da yoxdur. Bu məmur isə saman çöpündən yapışırmış kimi, rayon səviyyəli “oliqarxlar”ın yanında kiçilməklə, dövlətin əmlakının talan edilməsinə stimul verməkdədir”.

Müsahibimiz deyir ki, həmin 531 hektarlıq örüş ərazisini qanunsuz sərəncamlarla zəbt edənlərdən biri Yasəf adlı sahibkardır:

“O, 17 hektar ərazini fərdi-yaşayış sahəsi kimi həyat yoldaşının adına qanunsuz sənədləşdirilməsinə nail olubdur. Ancaq yerində bazar tikib. Maraqlıdır ki, fərdi-yaşayış üçün verilən ərrazidə nədən sahibkarlıq obyekti tikilməsinə də rayonun müvafiq qurumları göz yumub. Bu da onu göstərir ki, kökündən qanunsuzluq edənlərin məqsədləri özlərinə də aydındır. Onlar sadəcə birləşərək, dövlət əmlakının qəsdinə durmaq bahasına da olsa, varlanmaq, yəni daha çox pul qazanmağı amaclayıblar”.

Sonda bu və ya digər məsələlər haqda da söz açılıb. Bunllarla bağlı da araşdırmalarımız olacaq.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın