Cümə axşamı , Aprel 25 2024

“Heydər Əliyev İli” ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun idarə və müəssisələrinin komandaları arasında təşkil olunmuş futbol turnirinə start verilib.

Azinforum.az xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının, şəhid ailələri, Vətən müharibəsi əlilləri və rayon gəncəri iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyətinin Başçısı Asif Əsgərov açaraq turnir iştirakçılarına uğurlar arzulayıb: “Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətindən birinə çevrildi. Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. İlk dəfə Atlanta Olimpiadasında 23 nəfər idmançı ilə qatılan Azərbaycanın 197 ölkə arasında 61-ci yeri tutması idmanımızın beynəlxalq olimpiya hərəkatında ilk nailiyyəti idi. Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir.

Prezident İlham Əliyevin ölkəmizin kompleks inkişafına xidmət edən siyasi xəttinin konturları həm də idman infrastrukturunun möhkəmlənməsi, genişlənməsi, yenilənməsi və idmanımzın inkişafına xidmət edən digər tədbirlərlə müşayiət olunur. Dövlət başçısı Azərbaycanın hər yerində idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən idman infrastrukturunun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib.

Azərbaycanın birinci xanımı, Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın hazırlıq prosesində bütün mərhələ və istiqamətlərdə şəxsən iştirakı və rəhbərliyi sayəsində I Avropa Oyunları ən yüksək səviyyədə təşkil edilib. Avropa oyunlarının keçirilməsi Azərbaycan dövləti və xalqı üçün əvəzedilməz və gələcəkdə istifadə oluna biləcək təcrübə qazandırdı, böyük idman və mədəni irs qoydu. Bununla da Azərbaycan Avropanın yeni idman tarixini yazdı”.

Sonra komandalar arasında futbol turnirinə start verilib.

Turnir may ayının birinci 10 günlüyündə başa çatacaqdır. Qalib komandalar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılacaq.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …