Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / 33 saylı poliklinikada şəkər xəstələrinə DÜŞMƏN MÜNASİBƏTİ – ŞİKAYƏT VAR

33 saylı poliklinikada şəkər xəstələrinə DÜŞMƏN MÜNASİBƏTİ – ŞİKAYƏT VAR

DİA.AZ: – Bir qrup Bakı şəhəri Səbail rayon sakini adından DİA.AZ-a müraciət daxil olub. Redaksiyamıza yazan şikayətçilərin narazılığı Bayıl qəsəbəsində yerləşən 33 saylı poliklinikadandır.

Sakinlər bildirir ki, həmin poliklinikada şəkər xəstələrinə təhkim olunan Rəna dalı həkim sanki bir “gestapo” işçisidir.

DİA.AZ-a yazılan müraciətdə deyilir: “Dəfələrlə bu xanımdan səhiyyə nazirliyinin “qaynar xətti”nə müraciət etmişik. Amma xeyri yoxdur. Həm xəstələrə dövlət tərəfindən ayrılan insulinləri və digər dava-dərmanları satışa çıxarır, həm də müraciət edən xəstələri məqsədli şəkildə acılayır.

Biz yaxşı başa düşürük ki, Rəna xanım xəstələrin bezib bir daha poliklinikaya gəlməməsini və dövlət tərəfindən ayrılan dərmanların da bu yolla hamısının satışa çıxarılmasını istəyir. Ona görə də qəbulda belə əsəbi vəziyyət yaradır.

Az qala hər gün polinliknikada şəkər xəstələri vən yaxud da onların yaxınları Rəna həkimlə dava-qırğında olur. Hamı yaxşı bilir ki, şəkər xəstələrinə ümumiyyətlə əsəbiləşmək olmaz. Rəna həkim tibb işçisi olması səbəbindən və birbaşa shaəsi bu olduğundan daha yaxşı bilir bu gerçəkliyi. Amma görünəni odur ki, onu xəstələrin həyatı yox, özünün biznes marağı narahat edir.

Biz dia.az vasitəsilə Oqtay Şirəliyevə müraciət edirik, Rəna həkim nə qədər ki hansısa xəstəninn ömrünü yeyib axıra çıxmayıb, bir əncam görsünlər”.

Qarşı tərəfi də dinləməyə hazırıq…

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın