Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Gündəm / 3 nömrəli “Yasəmən” uşaq bağçasında nöqsanlar aradan qaldırılmayıb  

3 nömrəli “Yasəmən” uşaq bağçasında nöqsanlar aradan qaldırılmayıb  

Bağça müdiri Elmira xanım gələcəyimiz sayılan uşaqlara soyuq münasibət göstərir Ölkə bağçalarının inkişafına xüsusi önəm verilir. Ölkəmizin gələcək qurucularının formalaşaraq yetişməsində böyük əməyi olan uşaq bağçaları, bir sıra problemlərlə gündəmlərdən səngimək bilmir. Sosial problemlər kateqoriyasına aid olunan pedaqoji bağça problemləri, hər zaman tərəfimizdən xüsusi nəzarətə götürülərək, körpələrimizin bağçalarda lazımi şəraitlə təmin olunma sxemini müxtəlif materiallar vasitəsi ilə işıqlandırmışıq. Elə ötən ay qəzetimizdə işıq üzü görən “Yasəmən” uşaq bağçasında qanunsuz işlər cərəyan edir” sərlövhəli yazımızda olduğu kimi, bu sahədə baş verən hər hansı bir problemlərə gələcəkdə də obyektiv yanaşaraq ictimaiyyətin ixtiyarına verəcəyik. Tərbiyəvi xarakter daşıyan ötən material, heç də sözügedən bağçanın fəaliyyətində dönüş yaratmadı. Necə deyərlər: “Köhnə hamam, köhnə tas”. 3 nömrəli “Yasəmən” uşaq bağçası körpələr evinin mövcud durumu heç də ürəkaçan deyil. Söhbətin bizim gələcəyimiz olan şirvanlı vətəndaşların formalaşmasında yaranan ciddi problemlərdən getdiyini bir daha diqqət önünə çəksək, o zaman bu mövzuya qarşı həssas olmaq, hər bir ölkə vətəndaşının borcudur. Ümumilikdə uşaq bağçaları, məktəbəqədər təhsil sisteminin çox mühüm bir pilləsidir. Bütün inkişaf etmiş ölkələrdə uçaq bağçaları – təhsilin əsas və ilkin pilləsi kimi hesab olunaraq elə ilkin məktəbəqədər təhsil müəssisəsi sayılır. Lakin “Yasəmən” uşaq bağçasının komplekslərdən azad müdiri Elmira xanım isə belə düşünmür. Çünki, Elmira xanım sözügedən bağçanı, “qızıl boxçası” timsalında görür. Burada hökm sürən qeyri-normallıq atmosferi, Elmira xanımın necə bir rəhbər olduğunu bir daha ön plana çəkir. Uşaqlarımızın idrak və təfəkkürünün formalaşdığı “Yasəmən” uşaq bağçası, neqativ səbəblər üzündən valideyn kütləsinin haqlı narazılıqları ilə müşayiət olunur. Gələcəyimiz olan uşaqlarımızın cəmiyyətdə və evdə özünü aparmalarını, ibtidai biliklərə yiyələnmələrini, habelə onların sağlamlığının əsas şərtləri olan sanitariya – gigiyena qaydalarına əməl olunması mexanizminə qəti şəkildə əməl etməyən Elmira xanım, uşaqlarla qeyri – konstruktiv davranışlara yol verir. Buranın tərbiyəçiləri isə, tərbiyəçi deyil, sanki “Gestaposu” xarakteri daşıyaraq uşaqlarla aqressivliklə davranırlar. Uşaqlara adi bir şeri parçası, o cümlədən elementar olaraq ölkə himnini belə öyrətməyən tərbiyəçilər, “Yasəmən” uşaq bağçasının zəruri qida elementləri ilə təmin olunmasında səhlənkarlıq nümayiş etdirirlər. “Sup ilə yaşayaq” şüarını əldə rəhbər tutan bağça rəhbərliyi, sadalanan nöqsanlar müqabilində bir dəfə də olsun şəhər İcra Hakimiyyəti tərəfindən heç bir cəza və o cümlədən ciddi xəbərdarlıq almayıb. Görəsən ciddi neqativ fəaliyyətlər mərhələsini yaşayan “Yasəmən” uşaq bağçasının rəhbərliyinin cəzalanması üçün nə etmək lazımdır ki, Şirvan kimi iri sənaye şəhərində uşaqlarımızın heç olmasa 60%-ni zəruri təlim – tərbiyə elementləri ilə təmin edərək cəmiyyətin normativlərinə cavab versin? Bağça ərazisini tamamilə zəbt edib dövlət hesabına maliyyələşən müasir üslubda təmir olunmuş otaqları, lazımsız və köhnə inventarlarla dolduraraq uşaqları yararsız otaqlarda yerləşdirənlərə qarşı necə davranmaq lazımdır? Bu gün müasir Azərbaycanın azyaşlı nümayəndələri olan uşaqlarımızın fiziki və mənəvi sağlamlığının qorunması məsələsi dövlətimizin daimi diqqət mərkəzindədir. Şübhəsiz ki, dövlətçiliyimizin bu addımı, Ümummilli liderimiz Heydər Əliyevin diqqət və qayğısı nəticəsində atılan bir addımdır. Ölkə vətəndaşlarının normal həyat sürməsi və o cümlədən cəmiyyət maraqlarına xidmət etməsi üçün tələb olunan ilk meyar isə sağlam düşüncə və sağlam orqanizmdir. Bu gün ölkə vətəndaşlarının övladlarının sağlam gələcəyini təmin etmək missiyası kimi vacib postlardan birini tutan Elmira xanım kimi laqeyd və korruptiv Elmira xanım gələcək cəmiyyətə biganəlik nümayiş etdirir. Gələn sayımızda ünvanlı sosial yardımını Elmira xanma verdiyini deyən zavallı valideynin acı etiraflarından söhbət açacağıq.

gundelikbakı.com

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın