Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / 250 manatlıq tələ – Video

250 manatlıq tələ – Video

“Aeroport şossesində 100-dən sonra 40 sürəti qoyublar. Yəni, siz sol 100-lük yolda gedəndə radar qoyub çəksələr, saatda 60 km/saat aşıb 250 manat cərimələnə bilərsiniz”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri məşhur DJ Tural Yusifov social şəbəkədə yazıb. Şossedə video çəkiliş edən aparıcı bildirib ki, tabloda 60, 80 və 100 km/saat sürət qeyd olunsa da, yol nişanında hərəkət sürəti 40 göstərilib:

“Nişan müvəqqəti deyil və mən əminəm ki, yolda hərəkət edən minlərlə sürücü bu nişana diqqət etmir. Sabah Olimpiya stadionundan o tərəfə radar quraşdırsa, hamı radara düşəcək. Çünki bu 40 sürəti sadəcə bu zolağa aid deyil, bütün yola aiddir. Solda 100-lə gələn saatda 60 km/saat sürəti aşmış olur. Bu isə 250 manat cərimədir.Bu yol nişanının bura qoyulmasının məntiqi nədir bilmirəm. 7-ci zolaqda hərəkət edən sürücü bunu necə görsün?”.

 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın