Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / 2 saylı “zon”da rəis müavinin qanunsuz tələbləri məhkumaları aclıq etməyə vadar edib

2 saylı “zon”da rəis müavinin qanunsuz tələbləri məhkumaları aclıq etməyə vadar edib

2 saylı Cəza Çəkmə Müəssisəsinin rəisi Tahir Yusifov və müavini Eldəniz Əliyev haqqında Azinforum.az-a şikayət daxil olub. Bildirilir ki, Tahir Yusifov müavini Eldəniz Əliyevin bütün qanunsuzluqlarına göz yumur.

Cabbarov Asif adlı məhkumun iyun ayının 25-dən etibarən pul almaq məqsəsdi ilə kameraya salınıb və o söz verib ki, tələb olunan pulu ödəyəcək: “Yəni pul ödənildikdən sonra azadlığa çıxacağını vəd ediblər. Lakin Asif pulu ödəyə bilmədiyi üçün, yenidən cəza kamerasına salınıb. Asif iyul ayının 25-dən bu günə qədər aclıq elan edib və davam etdirir. Bundan əlavə Qənimət adlı digər şəxs də aclıq edir”.

Sözügedən şəxsin yaxınları vurğulayır ki, Eldəniz Əliyev qanunsuzluqlara davam etdiyi üçün, Asif Cabbarov başlatdığı aclıq aksiyasını dayandırmır.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …