Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Ərdoğan Türkmənistan prezidentini inandıra bildi – ARAŞDIRMA

Ərdoğan Türkmənistan prezidentini inandıra bildi – ARAŞDIRMA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistana səfərinin nəticəsi olaraq rəsmi Aşqabad tərəfindən Ankaranın könlünü açacaq bəzi addımlar atılmağa başlayıb. Birincisi, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammədov Suriya türkmənlərinin müdafiəsinə qalxıb və açıq-aşkar Rusiyanı tənqid edir. O, Moskvaya ünvanladığı ismarışlarda Suriyada türkmənlərin bölgəsini bombalamağa son qoymadığı təqdirdə Rusiya ilə əlaqələri kəsəcəyini, hətta bir az da irəli gedərək suriyalı türkmənlərə hərbi dəstək verəcəyini bildirir. 

Berdımuhammədovun son qərarı isə məhz Ərdoğanın istəyi üzrə ölkəsində fəaliyyət göstərən Gülən məktəblərini bağlaması olub. Məlumata əsasən, prezidentin təlimatı ilə bir andaca 5 Gülən məktəbinin fəaliyyətinə xitam verilib. Müəllimlər işdən çıxarılıb, yerlərinə türkmən mənşəli yerli müəllimlər təyin edilib və məktəblər Təhsil Nazirliyinin balansına keçirilib. Bununla da camaatın Türkmənistandakı gəlir mənbələri qapadılıb…
Türkmənistanda baş verənlərdən söz düşmüşkən, ümumiyyətlə, Türkiyədə və dünyanın hər yerində təzyiqlərlə üzləşən camaat təhsil sisteminə aid məktəblər çoxdurmu? Kiçik araşdırma aparmaq qərarına gəldim və ortaya çıxan nəticələrə görə, el arasında Gülən təhsil sistemi adlandırılan təhsil şəbəkəsi dünyanın 160 dövlətini əhatə edib, ibtidai və orta məktəblər, lisey, kollec və universitetlər daxil olmaqla, məktəblərin toplam sayı 2 mindən artıqdır. Maraqlısı budur ki, bu qədər məktəbin hər biri ad və hüquqi bağlılıq baxımından bir-birindən müstəqil fəaliyyət göstərir.


Bir fakt da üzə çıxır ki, üçüncü qrup inkişaf etməkdə olan dövlətlərdə, eyni zamanda, MDB-nin müsəlman ölkələrində Gülən məktəblərində daha çox vəzifəli insanların övladları təhsil alır. Bu vəziyyət Orta Asiyada, Monqolustanda, Əfqanıstanda xüsusilə özünü qabarıq göstərir. Lakin kasıb, amma zəkalı uşaqlar da varlılarla bərabər bu məktəblərə götürülür. Belə uşaqların xərclərini isə məktəb özü ödəyir.
Hər bir ölkədəki Gülən məktəbinə müəllimlərin bir hissəsi Türkiyədən gətirilir, qalanları isə sonradan bu təhsil sisteminin yetirməsi olan məzunları işə götürməklə həll edirlər.
İlk olaraq bildirək ki, təkcə Türkiyədə Gülən qrupuna aid ibtidai və orta məktəblər, lisey, kollec, universitet, dil və hazırlıq kursları da daxil 1000-dən artıq belə təhsil müəssisəsi fəaliyyət göstərirdi…
Bir faktı da qeyd edim ki, aşağıda adını çəkəcəyim ölkələrdən bir neçəsində, məsələn, Qazaxıstanda, Azərbaycanda, Qanada, Seneqalda və sair rəsmi Ankaranın xahişi ilə Gülən məktəbləri bağlanıb.
İndi isə belə məktəblərin dünyada yayılma arealına nəzər yetirək.
Amerika qitəsi üzrə:
Kanada – 1 məktəb və əlavə dil kursları; ABŞ – 5 özəl məktəb və 50-dən artıq mədəniyyət mərkəzi. Bəzi müşahidəçilər deyir ki, ABŞ-da camaata aid müxtəlif adlar altında fəaliyyət göstərən təhsil obyektlərinin (məktəb, lisey, kollec, dil və hazırlıq kursları və sair) sayı 139-dur;
Meksika – 1 məktəb və bir mədəniyyət mərkəzi; Kolumbiya – 1 mədəniyyət mərkəzi; Çili – 1 mədəniyyət mərkəzi; Argentina – 1 mədəniyyət mərkəzi; Braziliya – 1 mədəniyyət mərkəzi.
Afrika qitəsi üzrə:
Mərakeş – 4 məktəb; Əlcəzair – 1 dil məktəbi; Misir – 1 dil məktəbi və bir neçə tələbə evi; Mavritaniya – 1 məktəb; Mali – 1 məktəb; Niger – 1 məktəb; Çad – 1 məktəb; Sudan – 2 məktəb; Efiopiya – 1 məktəb; Seneqal – 1 məktəb; Qambiya – 1 məktəb; Qvineya-Bisau – 1 məktəb; Qvineya – 1 məktəb; Burkina Faso – 1 məktəb; Qana – 1 məktəb; Toqo – 1 məktəb; Nigeriya – 4 məktəb və 1 mədəniyyət mərkəzi; Kamerun – 1 məktəb; Mərkəzi Afrika Respublikası – 1 məktəb; Konqo – 1 məktəb; Uqanda – 1 məktəb; Keniya – 4 məktəb; Tanzaniya – 1 təhsil kompleksi var ki, tərkibinə dispanserlər, müxtəlif idman sahələrini özündə birləşdirən ibtidai məktəb və lisey daxildir; Malavi – 1 məktəb; Mozambik – 1 məktəb; Madaqaskar – 1 məktəb və 1 mədəniyyət mərkəzi; Cənubi Afrika Respublikası – 4 məktəb.


Asiya və Avstraliya:
Avstraliya – 7 məktəb; İndoneziya – 4 məktəb; Filippin – 4 məktəb; Qazaxıstan – 30 məktəb və dil-hazırlıq kursları; Tacikistan – 13 məktəb; Qırğızıstan – 13 məktəb; Türkmənistan – məktəb, dil və hazırlıq kursları ilə birlikdə 20 təhsil müəssisəsi; Özbəkistan – 10 məktəb və hazırlıq kursları; Əfqanıstan – 4, bəzi məlumatlara görə 7 məktəb; Pakistan – 6 məktəb və 1 mədəniyyət mərkəzi; Hindistan – 3 məktəb və ayrıca 1 dil öyrətmə mərkəzi; Nepal – 1 məktəb; Banqladeş – 4 məktəb; Monqolustan – 5 məktəb; Yaponiya – 1 məktəb, 5 dil öyrətmə mərkəzi, əlavə mədəniyyət mərkəzləri; Cənubi Koreya – 1 mədəniyyət mərkəzi; Malayziya – 1 məktəb; Vyetnam – 1 məktəb; Kamboca – 2 məktəb; Myanmar – 2 məktəb; Tailand – 3 məktəb; İraq – 18 məktəb və konkret 4 kollec; İsrail – 1 mədəniyyət mərkəzi; Yəmən – 1 məktəb.
Avropada:
Rusiya – 6, bəzi rəqəmlərə əsasən 28 məktəb; Gürcüstan – 5 məktəb; Ukrayna – 2 məktəb; Moldova – 2 məktəb; Litva – 1 mədəniyyət mərkəzi; Latviya – 1 mədəniyyət mərkəzi; Estoniya – 1 mədəniyyət mərkəzi; Rumıniya – 5 məktəb; Bolqarıstan – 3 məktəb; Makedoniya – 4 məktəb; Albaniya – 4, bəzi məlumatlara görə isə 6 məktəb; Bosniya-Hersoqovina – 2 məktəb; Macarıstan – 1 dil məktəbi, 1 mədəniyyət mərkəzi; Slovakiya – 1 mədəniyyət mərkəzi; Çexiya – 1 mədəniyyət mərkəzi; Polşa – 1 mədəniyyət mərkəzi; Almaniya – məktəblər, dil və hazırlıq kursları, mədəniyyət mərkəzləri – toplam 160 müəssisə; Avstriya – 1 dilöyrətmə mərkəzi; İtaliya – 1 mədəniyyət mərkəzi; İsveçrə – Tələbə yurdu və mədəniyyət mərkəzi; Hollandiya – 1 tələbə yurdu və 1 mədəniyyət mərkəzi; Belçika – 1 məktəb, 1 tələbə yurdu, dilöyrətmə kursu və mədəniyyət mərkəzi; Fransa – 1 mədəniyyət mərkəzi və dil kursu; Danimarka – 1 dil öyrətmə kursu və 1 mədəniyyət mərkəzi; Norveç – 1 dilöyrətmə kursu və mədəniyyət mərkəzi; İsveç – 1 dil öyrətmə kursu və 1 mədəniyyət mərkəzi; Finlandiya – 1 kollec, 1 dilöyrətmə kursu və 1 mədəniyyət mərkəzi; İngiltərə – 1 tələbə yurdu, 1 dil məktəbi, 1 mədəniyyət mərkəzi; Portuqaliya – 1 mədəniyyət mərkəzi; İspaniya – 1 mədəniyyət mərkəzi və 1 dilöyrətmə kursu.
Bundan əlavə, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Gürcüstan, ABŞ (Virciniya ştatında) və Azərbaycanda universitetlər fəaliyyət göstərir.
Fəthullah Gülənin çox maraqlı təhsil siyasəti var. Onlar məktəb açarkən həmin ölkənin maddi imkanlarını araşdırırlar və buna uyğun olaraq da şagirdlərə (tələbələrə) təhsil haqqı kəsilir. Məsələn, Azərbaycanda liseydə oxumaq üçün hər şagirddən ildə ortalama 8 min manat alırdılarsa, Afrikanın ortabab ölkəsi sayılan Keniyada bu rəqəm 1500 dollara, daha kasıb olan Malavidə isə 700 dollara qədər endirilirdi. Hətta ölkələrin daxilində, bölgələrin sosial-maddi imkanları da nəzərə alınıb. Məsələn, Əfqanıstandan sitat gətirək. Kabildə təhsil alan şagird ildə 3 min dollar ödəyirsə, Qəndəharda bu rəqəm 1500 dollara qədər geriləyir. Belə edilirdi ki, həm yerli hökumət, həm də xalq Gülən təhsil sisteminə rəğbət bəsləsin və onlara dəstək versin.
Gülənə öz ərazisində məktəb açmağa icazə verməyən üç ölkə olub: İran, Suriya və Səudiyyə Ərəbistanı. İran tərəfi türk dilində təhsil verilən bir məktəbin açılmasına qəti qarşı çıxıb və düşünüblər ki, bu, ölkədəki çoxmilyonluq türk (azərbaycanlı) kütləsində öz ana dillərinə marağı artıra bilər. Bu şübhəyə də yer verməmək üçün Tehran şərt qoyub: pulunu verin, məktəbi özümüz açaq.
İraqda türk məktəblərinin fəaliyyətinə ölkənin mərkəzi və şimal hissələrində imkan verilib, cənubda yaşayan şiələr isə qəti əleyhinə çıxıblar. Fikir verin: ərəb və ya fars olmasına baxmayaraq, şiələr türkə nifrət edirlər. Deməli, məsələyə bu günün reallığı ilə yanaşsaq, İslamda şiə-sünni düşmənçiliyinin tarixi qədimdən mövcuddur. Hafta.az

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın