Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Gündəm / “Ən böyük müttəfiqimiz Rusiya olacaq…” – Elçibəyin 1992-ci ildə rus jurnalistlərinə verdiyi sensasion tarixi müsahibə (VİDEO)

“Ən böyük müttəfiqimiz Rusiya olacaq…” – Elçibəyin 1992-ci ildə rus jurnalistlərinə verdiyi sensasion tarixi müsahibə (VİDEO)

Bu gün mərhum prezident Əbülfəz Elçibəyin vəfatından 16 il ötür. 2000-ci ilin avqustunda dünyasını dəyişmiş Elçibəy demokratik hərəkatın liderindən dövlət başçısı postuna qədər bir yol keçə bilmişdi.

3-4 il  öncə Rusiyanin nufuzulu “Nezavisimiya qazeta”nın baş redaktoru Vitali Tretyakov özünün internet resursunda Azərbaycanın eks prezidenti, mərhum Əbülfəz Elçibəyin 1992-ci ildə  Rusiyanın “Ostankino” televiziyasının “Baş redaktorlar klubu” proqramına verdiyi çox maraqlı müsahibəsinin videosunu yayımlanmışdı.

Müsahibənin bu gün üçün aktual olacağını nəzərə alıb, oxuculara təqdim edirik:

*****

Mərhum Elçibəy 1992-ci ildə “Ostankino” televiziyasının “baş redaktorlar klubu” verilişində  nufuzlu qəzetlərin rəhbərlərinin  suallarını cavablandırıb.

Verilişdə Rusiyanın çox nufuzlu qəzetlərinin baş redaktorlarının Bakıda prezident Elçibəylə görüşü yer alır və Azərbaycan prezidenti onların suallarını cavablandırır.Videodan göründüyü kimi müsahibə 1992-ci ilin sentyabrında götürülüb.

Verilişdə “Komsomolskaya Pravda” qəzetinin baş redaktoru Aleksandr Fronin,“Trud” qəzetinin baş redaktoru Aleksnadr Potapov, “Moskovski novosti” qəzetinin baş redaktoru Len Karpinski, “Pravda” qəzetinin baş redaktoru Gennadi Seleznyov, “Nezavisimiya qazeta”nın baş redaktoru Vitali Tretyakov və“İzvestiya” qəzetinin baş redaktoru İqor Qolimbiovski iştirak edir.

Çox canlı və maraqlı keçən bu verilişdə rus jurnalistləri Əbülfəz Elçibəyə Azərbaycanın daxili və xarici siyasəti, onun iqtisadi potensialı və Qarabağ müharibəsi ilə bağlı suallar verirlər. Elçibəyin  cavabları çox maraqlıdır. Qeyd edək ki, eks-prezidentin bu cavabları müstəqilliyin ilk ilində dövlət siyasətinin necə qurulduğu barədə müzakirə açmaq üçün xeyli məqamlar açıqlayır.

Həmin verilişdə səslənən sual və cavabların ixtisarla oxuculara təqdim etmək qərarına gəldik.

 

elcibey ort

Baş redaktorlardan verdiyi suallardan biri yenicə yaranmış Müstəqil Dövlət Bilriyi və Azərbaycanın bu quruma münasibəti haqqındadır. Bəlli olduğu kimi Azərbaycan o zaman MDB-yə daxil olmaqdan imtina etmişdi. Əbülfəz Elçibəy cavabında MDB ilə bağlı fikirlərini bildirir.

“MDB-yə getimirik. Bir kilo belə qızılımız yoxdur”

“MDB-yə daxil olmağın əleyhinyəm”- deyə Elçibəy bu arqumentini keçmiş SSRİ respublikalarının hələ müstəqil dövlət kimi formalamaması ilə izah edir.  “Mən MDB –yə daxil olan Qazaxstanı, Özbəkistanı və digərlərini müstəqil dövlət saymıram. Onlar hələ müstəqil dövlət üçün vacib olan atributlara malik deyillər. Azərbaycan da hələ müstəqil dövlət deyil. Onun pul ehtiyatı yoxdur, sərhədləri tam deyi. Ordusu yoxdur. Pulu yenicə dövriyyəyə buraxmışıq. Hələ onun nəticəsinin necə olacağını bilmirik. Qızıl xəzinəsi yoxdur. Bir kilo belə qızılmız yoxdur”-deyə Ə.Elçibəy deyir.

MDB-nin perspektivinə gəlincə, prezident bildirir ki,  yuxarıdan” idarə edilməklə MDB-ni qurmaq olmaz. “Bu ölkələrin xalqlarının seçdiyi rəhbər ortaya çıxandan sonra MDB tipli qurumların formalaşdırmaq imkanlarına baxmaq olar. MDB çox yaşamayacaq”-deyə Elçibəy vurğulayır.

Daha sonra sovet sisteminin süqutunun əsaslı oldğunu deyən Ə. Elçibəy bildirir ki, “İran, Çin sistemi yaşıya bilməz”. “Onlar totalitar sistemdir. Dağılacaq”.

“İzvestiya” qəzeti Azərbaycanda yarım milyon qaçqının olduğunu deyərək  onalrın iqtisadi problemlərini necə həll edəcəklərini soruşur. Ə.Elçibəy bununla bağlı iş aparıldığını bildirir. “Yarım milyon qaçqının 200 minini biz artıq işlə təmin etmişik”-deyən prezident  qeyd edir ki, “bir ildən sonra biz bu vəziyytədən çıxa biləcəyik”.

elcibey ort04

“Başa düşmürsən ki,  bu, nə müharibədir? Bu, nə cəfəngiyyatdır?”

Daha sonra Ə.Elçibəy Dağlıq Qarabağda gedən müharibəyə toxunaraq bu hərbi əməliyyatların iqtisadi vəziyyətə böyük zərbə vurduğunu etiraf edir.

“Müharibə həddən artıq pul aparır. Gündə 20 milyon rubl pul xərclənir. Bütün günü tanklar, toplar, avtomatlar atır. Hərə öz tərəfini müdafiə etmək üçün səhərdən axşama qədər atəş açır. Axşam da siyahıya baxırsan ki, gör nə qədər pul havaya sovrulub. Amma cəmi bir-iki nəfər yaralanıb. Başa düşmürsən ki,  bu, nə müharibədi? Bu, nə cəfəngiyyatdı? Bəzən isə doğrudan da xeyli sayda insan həlak olur”- deyə Elçibəy çox qəribə və eyni zamanda maraqlı açıqlama verir.

Prezident daha sonra deyir ki, müharibə Azərbaycan və Ermənistana  çox mane olur. “Müharibəni dayandırmaqla, Azərbaycan və Ermənistanı böhrandan çıxarmaq olar.  Bu müharibə  hər iki ölkə üçün fəlakətlidir”. Daha sonra bu hərbi əməliyyatların ağır fəsadlarının 1992-ci ilin qışında üzə çıxacağını deyən Ə.Elçibəy  xəbərdar edir ki, hər iki ölkə üçün çox ağır olacaq. “Bizim də,  Ermənistanın da yarıbayarı yanacağı yoxdur. Qışda ermənilər, azərbaycanlılar nə edəcək, bilmək olmur? Azərbaycan və Ermənistan əhalisi artıq ölkədən çıxıb gedəcək.  Artıq gedirlər. Azərbaycanda rusların, yəhudilərin bir hissəsi artıq gedib”.

Rus jurnalistləri ölkədə olan ağır işsizliklə bağlı hansı tədbirlərin görüləcəyi ilə maraqlanırlar.

Ə.Elçibəyin cavabı çox orjinal təsir bağışlayır. Prezident deyir ki, ölkədə  işləmək qabiliyyəti  olan insanların sayı 1 milyondan bir qədər çoxdur.

Bizdə xeyli işləməyən evdar qadınlar var. Onlara iş versən də, işləməyəcəklər. Bir hissəinin daimi iş yeri yoxdur. Vəziyyət pis olsa da, kütləvi aclıq törədə biləcək vəziyyət yoxdur. Biz də işləməyən adamlara müəyyən miqdarda pul vəsaiti – 100, 200 manat verilir. Biz istəyirik ki, ölkədə  yaxın zamanlarda əmək haqqı 1000 rubldan bir az aşağı olsun. İşsiz adamlara maddi kömək olunacaq”- deyə, Ə.Elçibəy bildirir.

elcibey ort02

“Mən prezident seçilmişəm və beş il öz kreslomda oturacağam”

“Pravda” qəzetinin baş redaktoru Gennadi Seleznyovun sualı Azərbaycandakı siyasi qüvvələr arasında olan mübarizə barəsindədir.  “Sizdə parlament yoxdur. Milli Məclis bu funksiyanı daşıyır. AMİP-in timsalında müxalifət güclənir. Siz keçirləcək  seçkilərin nəticləri  necə görürsünüz? Keçmiş əqidə yoldaşlarınızla fikir ayrlığına necə baxırsınız?”-deyə Seleznyov soruşur.

Ə.Elçibəyin cavabında “yarızarafat deyim ki, bunun mənə dəxli yoxdur”-deyır.

“Mən prezident seçilmişəm və beş il öz kreslomda oturacağam. Seçkidə hansı partiya qalib gələr öz işəridir. Mənim marağım yoxdur. Təbii istərdim ki Xalq Cəbhəsi qalib olsun. O biri partiyaların üzvləri də keçmiş AXC üzvləridir. Onlar mənə qarşı rəqabət aparımırlar. Rəqabət öz aralarındadır. Daha doğrusu AXC-də olarkən apardıqları rəqabəti partiya yaratdqan sonra partiyalararası rəqabətə çevrilib. Bunu çox təbii hesab edirəm. Amma istərdim ki seçkilərdə 4-5 partiya olsun ki onların mübariəsi sırf siyasi xarakter daşısın”.

“Referendum keçirməyə hazırlaşırıq. 1993-cü ildə məsələlər həll ediləcək”

Daha sonra prezident Elçibəy seçkilərdə səs toplaya biləcək qüvvələri sadalayır:“Mənə elə gəlir ki 3 qüvvə daha çox fəaliyyət göstərir. Bunlardan biri AXC-dir. İkincisi Müsavat Partiyasıdır. Bu partiya öz ətrafında çox cidid intelektual potensial toplayıb. Üçüncü qüvvə  AMİP-dir.  O partiyada çox güclü sənayeçilər və iqtisadçılar toplanıb. Bu üç qüvvə seçkilərdə güclü mübarizə aparacaq.  Onlardan hər biri 30-40 faiz arasında səs ala bilər”– deyə Ə.Elçibəy bildirir.

Sual çərçivəsində prezident  Elçibəy parlament seçkiərinə qədər ölkədə aparılacaq siyasi islahatlar planını açıqlayır. Çox maraqlıdır ki, Ə.Elçibəy parlament seçkiləri keçirməzdən əvvəl ölkənin hansı idarəçilik prinsipi ilə idarə olunması haqqında referenduma hazırlıq getdiyini deyir.

“Bizdə əgər ABŞ sistemi götürülsə o zaman bu partiyalar parlamentdə qanunvericiliklə məşğul olacaqlar. Yox əgər Türkiyə sistemi olacaqsa o zaman çətin olacaq. O zaman koalisyon hökümət zərurəti yaranacaq. Nə AXC- nin, nə Müsavatın, nə də AMİP-in təkbaşına höükməti təşkil etmək gücü olmayacaq. Biz bundan əvvəl referendum keçirib hansı sistemli dövlətin yaradılmasını müəyyən edəcəyik.  Referendumdan sonra bu məsələni həll edəcəyik.  1993-cü ilin mart-aprel ayına qədər bunlar hamısı qurtaracaq. Biz yubanırıq və bu da bizə çox pis təsir edir. Yeni demokratik yola seçilmiş parlamentimiz olmasa Azərbaycanda vəziyyət çox çətin olacaq”- deyə Elçibəy əlavə edir.

elcibey ort06

“Azərbaycanın ən böyük müttəfiqi Rusiya olacaq”

“Nezavisimaya qazeta”nın baş redaktoru Tretyakov prezidentdən Azərbaycanın xarici siyasiəti barədə danışmağı xahiş edir. “Rusiyanın xarici siyasətini necə qiymətləndiridsiniz?”-deyə soruşur. Ə. Elçibəy bildirir ki, Azərbaycan müstəqil ölkə olaraq hər bir dövlətlə ayrılıqda müstəqil şəkildə əlaqə quracaq. “Texnika elə inkişaf edib ki Amerika ilə danışmaq üçün Türkiyəyə müraciət etmək lazım deyil. Elə birbaşa Amerikaya müraciət etmək olar. Avropadakı dövlət sisteminə əsaslanıb o istiqamətdə siysasətimizi quracağıq.  Məqsəd Avrasiyada yerləşən Azərbaycanı Avropa tipli dövlətə çevirməkdir”.

Daha sonra Ə.Elçibəy Azərbaycan-Rusiya münasibətləri haqqında danışır və Moskva ilə Bakı arasında o zaman əldə olunmuş razılaşmaları açıqlayır. Qeyd edək ki, bu razılaşmalar barədə Azərbaycan KİV-lərində indiyə qədər heç vaxt məlumat getməyib. İlk əvvəl Ə.Elçibəy bəyan edir ki, Moskva Bakının ən böyqk müttəfiqidir:

“Azərbaycanın ən böyük müttəfiqi Rusiya olacaq. Başqa ölkələrə əlaqə yaradınca nə qədər vaxt gedəcək. Rusiya ilə onsuz da çoxlu əlaqələrimiz var. Onların bir hissəsini saxlayacağıq. Yaramayan ünsürləri çıxarcağıq. Hər iki ölkə müstəqil şəkildə əlaqələrini quracaq. Son dövlər bu çox xeyir verir. Yeltsinlə danışmışam. Bizim burda müştərək məsələlər var. 

Birincisi, İranla Azərbaycan arasında olan sərhəddi müştərək Rusiya ilə Azərbaycan birgə nəzarət edəcək. Bu sənədi artıq paraflamışıq və imzalanacaq. 

İkincisi, Rusiya ilə Azərbaycan arasında dövlət sərhəddi olmayacaq. Azərbaycandakı RLS –dən birgə istifadə edəcəyik. 

Üçüncüsü, Xəzər dənizindən vahid istifadə edilməsi haqqında Rusya ilə razılaşma var”-deyə Ə.Elçibəy vurğulayır.

“Qorbaçov Qarabağada başqa cür iş görmək istəyirdi, KQB tam başqa xətt tutmuşdu”

Rusiyanın bu bölgədə rolu məsələsinə toxunan prezident Elçibəy bunu  “çox mürəkkəb adlandırır. O deyir ki,  Rusiyada vahid siyasət hələ formalaşmayıb. “Müxtəlif qruplar var. Qorbaçov Qarabağada başqa cür iş görmək istəyirdi, KQB tam başqa xətt tutmuşdu. Rusiyanın Qafqaz siyasətinin konkret kim tərəfindən yürüdüldüyünü bilmək olmur. Sonra öyrənirsən ki, 3, yaxud 4 qrup var. Bizə deyirlər “hələ tələsməyin”. Deyirlər “bəlkə Volski hakimiyətə gəldi”. Volski gəlsə, Ermənistanı müdafiə edəcək.  Digəri deyir “Rutskoy gələcək, Azərbaycana kömək edəcək”.  Sən də qalırsan belə. Axı kim gələcək?  Rusiyanın siyasəti necə olacaq? Ardıcıllıq yoxdur deyə, burda Azərbaycan da, Ermənistan da, Gürcüstan da siyasətini necə yürüdəcyini müəyyənləşdirə bilmir”-deyə Ə.Elçibəy əlavə edir.

elcibeyort05

“Ola bilsin biz sözün həqiq mənasında olan demokratiyaya bir az gec çataq”

“İzvestiya” qəzetinin baş redaktoru isə Ə. Elçibəyin yaxın günlərdə tamam olacaq “100 gün” ilə bağlı sual verir.  “Sentyabrda (1992-ci ilin sentyabrı nəzərdə tutulur-red)  hakimiyətinizin 100 günü tamam olacaq. Siz demokraytik ideyalar daşıyıcısnız. Amma totalitar cəmiyyətin daşıyıcıalrının yenidən qayıtma təhlükəsi var. Siz özünü dediniz ki, hamımız totalitar sovet cəmiyyətindən çıxmışıq. Demokratiya bu gün özünü Azərbaycanda arxayın hesab edirmi?”

Elçibəy məsələyə tarixçi kimi baxdığını deyir: “Mən bu məsləyə tarxiçi gözü ilə baxıram. Ola bilsin biz sözün həqiq mənasında olan demokratiyaya bir az gec çataq. Amma o yola gedən demokratik Avropa dövlətinin qurulmasına çatacağıq. Bu, bir pillədir. Bu olmasa, o demokratik dövlət olmayacaq. Başqa yol da yoxdur. Demokratiya 3 dəfə də əzilsə, yenə qalib gələcək. Çünki başqa yol yoxdur. Dünyanın başqa yolu yoxdur. Kim onu yaxşı təşkl etsə, o yolu asanlıqla keçəcək. Kim edə bilməsə, 3 dəfə, 4 dəfə əzilib, axır ona çatacaq. Rəhbərdən bir şey tələb olunur. Bunu qırğınsız və davasız etmək”-deyə sualı cavablandırır

Elçibəy: “”Azadlıq”, “demokratiya” çığıran adamam. Qalmışam bu iki hiss arasında”

Verilişin sonunda Ə.Elçibəy ona müraciətlə “cənab prezident” deyən baş redaktorlara qəribə bir cavab verir.  AXC rəhbəri deyir ki, o, hələ özünü prezident kimi hiss etmir.

“Mən hələ özümü əsl prezident kimi hiss etmirəm. Prezident olmaq üçün gərək bir vərdiş olsun. Mən hərəkatdan gələn adamam. “Azadlıq”, “demokratiya” çığıran adamam. Qalmışam bu iki hiss arasında. Hələki bu xətlə gedirəm”-deyə sonda Ə.Elçibəy bildirir.

Bu müsahibə Azərbaycanın müstəqilik qazandıığı ilk ilində olan siyasi mənzərəni öyrənmək üçün oxucuya unikal imkan yaradır.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın