Ana səhifə / Gündəm / “Əlimdə Rüfət Quliyevin sələmçi olduğunu sübut edəcək bir çanta fakt var” – Vəkildən sərt ittihamlar

“Əlimdə Rüfət Quliyevin sələmçi olduğunu sübut edəcək bir çanta fakt var” – Vəkildən sərt ittihamlar

Az əvvəl tanınmış vəkil Ceyhun Səfərova istinadən, Milli Məclisin deputatı Rüfət Quliyevin öz dostuna faizə pul verdiyi, dostu vəfat etdikdən sonar isə verdiyi pulu faiziylə birlikdə borclunun həyat yoldaşından tələb etməsi barədə xəbər vermişdik. Onu da qeyd etmişdik ki, deputat faizə pul verdiyi dostunun həyat yoldaşını tələb etdiyi məbləği ödəmədiyinə görə məhkəməyə verib, əmlakına həbs qoydurub.
Deputat Rüfət Quliyev barəsində səslənən bu və ya digər ittihamlara cavab verməsə də, vəkili Kamandar Nəsibov sələmə verilmiş pulun deputata deyil, onun oğluna məxsus olduğunu demişdi.
Bu gün deputat özü uzun sürən sakitliyi pozaraq, ünvanına səsləndirilən ittihamlara cavab verib. Qeyd edib ki, haqqında səsləndirilən fikirlər iftiradır, əsassızdır və ona şər, böhtan atanları sentyabr ayında məhkəməyə verəcək.
Moderator.az deputata borclu olan tərəfin vəkili Ceyhun Səfərovdan Rüfət Quliyevin bu fikirlərinə münasibət öyrənib.
C.Səfərov deputat Rüfət Quliyevin səsləndirdiyi fikirlərə kəskin etirazını bildirib:
“Rüfət Quliyevin sələmə pul verməsiylə bağlı arqumentlər onun məhkəmədə qaldırdığı iddialarla bağlıdır. Deputatın sələmçiliklə məşğul olması Lənkəran Rayon Məhkəməsi, Səbail Rayon Məhkəməsi, Bakı Apelyasiya Məhkəməsinin mövcud məhkəmə aktlarıyla, məhkəmə iddialarıyla tam şəkildə sübuta yetirilir.
Hesab edirəm ki, məhkəmə araşdırmamışdan əvvəl Milli Məclisin İltizam Komissiyası Rüfət Quliyevin hərəkətlərini araşdırmalıdır. Bu zaman aydın olar ki, bizim açıqladığımız onun “fəaliyyətinin” çox cüzi bir hissəsidir.
Deputat bu faktı açıqlayanları məhkəməyə verməklə hədələyir, gözləyirəm, hətta təklif edirəm ki, bunu sentyabra saxlamasın, elə günü sabah məhkəmə versin. Rüfət Quliyev digər sələmçilərin üzə çıxmaması üçün bu üsulla qorxutmaq məqsədi daşıyır”.
Vəkil daha sonra əlində digər faktların da olduğunu və yaxın günlərdə həmin faktları açıqlayacağını bildirib: 
“Əlimdə bir çanta konkret fakt var, 20-dən çox adama qarşı iddia qaldırıb. Etika xatirinə açıqlamadığım digər faktları bu yaxınlarda mətbuat konfransı keçirməklə ictimailəşdirəcəm. Hər kəs görəcək ki, bizim dediklərimiz yox, Rüfət Quliyevin fikirləri şər, böhtandır. Hətta onu da nəzərinizə çatdırım ki, Rüfət Quliyevin sələmlə hüquqlarını pozduğu şəxslər üçün böyük bir hüquq müdafiə komitəsinə gərək var. Əminəm ki, bu komitənin yaranması zərurəti yaranacaq və orada bu faktlar tam şəkildə üzə çıxacaq. Lənkəran Şəhər Məhkəməsinə müraciət etsək, belə faktlar saysızdır.
Nəyə görə Rüfət Quliyev iddia ərizəsiylə faizi tələb edəndə, uşaqların qaralama vərəqinə oxşayan “öhdəlik müqaviləsi” dediyi kağızda faizi yazıb imzalayanda, həmin faizlə bağlı iddianın təmin tələbini qoyanda verdiyi pulun sələm tərkibli olduğunu dərk eləmirdi ki, indi insanlara hədə-qorxu gəlir?”
C.Səfərov sonda media nümayəndələrini avqust ayının 23-də Səbail Rayon Məhkəməsinə dəvət edib: 
 
“Biz gözləyirdik ki, Rüfət Quliyev əməllərindən peşman olub, özünün statusuna və qanunun aliliyinə hörmətlə yanaşacaq. Lakin bunun əksinə olaraq Rüfət Quliyevin həqiqəti deyəni şər-böhtançı adlandırması bizi məcbur edir ki, Rüfət Quliyev tərəfindən tərtib edilən öhdəlikləri, eyni zamanda müxtəlif rayonlarda qaldırılan iddia ərizələrini qısa zamanda ictimailəşdirək. Ondan sonra görüləcək ki, şər-böhtançı kimdir, sələmçi kimdir. İddianı o qaldırıb, faizi də o tələb edir, biz havadan danışmırıq, iş də Zaur Əliyevin icraasındadır. İddianı qaldıran, saxta öhdəlik müqaviləsini tərtib edən, ərsiz qadının əmlakını əlindən almaq istəyən, əmlakının üzərinə həbs qoyduran, hədə-qorxu gələn, sələm tələb edən biz deyilik axı, Rüfət Quliyevdir.
Eyni zamanda bütün media nümayəndələrini Rüfət Quliyevin sələmçi olub, olmamasını sübuta yetirmək üçün may ayını 23-də Səbai rayon məhkəməsinə dəvət edirəm”.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın