Ana səhifə / Gündəm / Əli Kərimli və Fətullah Gülənin casus şəbəkəsi

Əli Kərimli və Fətullah Gülənin casus şəbəkəsi

Azərbaycanın hakimiyyət kabinetlərində nurçu şəbəkəsinin tam darmadağınından sonra, siyasi vəziyyətin idarə olunması üçün Amerikanın xüsusi xidmət orqanları ilə birlikdə əsas və çox effektiv vasitə kimi istifadə edilən gülənçilər dəstəsi Azərbaycan elitasının sıralarının bu üsulla laxladılması cəhdlərinin iflasa uğradığını anlayandan sonra radikal müxalifət cəbhəsinə üz tutub.

Eynulla Fətullayevin haqqin.az saytı üçün yazdığı məqalədə deyilir ki, 2013-cü ildə prezident administrasiyasının bəzi yüksək rütbəli məmurlarının vəzifələrindən uzaqlaşdırılması hamımızın yadındadır. Bakıda nurçuların siyasi qətli gülənçilərin Ankaradakı qiyamından sonra baş vermişdi. Müəllif diqqəti ona cəlb edir ki. bu məsələdə də Türkiyə və Azərbaycan özlərini vahid və ayrılmaz siyasi orqanizm kimi nümayiş etdirmişdilər.

Bildirilir ki, 2008-ci ildə Amerikanın “dərin dövlət” anlayışının xüsusilə qabarıq nəzərə çarpdığı “Foreign Policy” jurnalı əyalət dindarı olan və intellektual göstəriciləri ilə seçilməyən Güləni planetin ən nüfuzlu intellektualı elan etmişdi. ABŞ-da belə “hədiyyələr” təsadüfən edilmir.

E.Fətullayev yazır ki, bununla Qərb Güləndən müsəlmanlar üçün Martin Lüter “yoğurmaq” istəyirdi.

Müəllifin fikrincə, Atatürk inribahı dövründən başlayaraq, Türkiyə Şərqdə qərb sekyularizminin və liberal-demokratiyasının etibarlı dayağı idi. Lakin “Böyük İslam Şərqi” layihəsi və sərhədlərin yenidən baxılması, əvvəllər ələbaxımlı olmuş ərəb diktatorların Şərqin nəqliyyat və energetika arteriyalarının istiqamətlərini dəyişmək istəklərinin böyük qəddarlıqla susdurulması, Böyük Kürdüstan layhəsi və digər motivlər neoosman nurçuluğunun yenidən meydana atılması üçün səbəbə çevrildi. Halbuki, bu nurçuluq təriqəti hələ ötən əsrdə Atatürk tərəfindən böyük qan bahasına olsa da, yaddaşlardan silinmişdi.

Bəs nəyə görə Qərb öz hədəfi kimi ərəb ölkələrini deyil, məhz Türkiyəni seçib? Eynulla Fətullayevin fikrincə, buna səbəb türklərin islamı öz mədəniyyətlərinin bir hissəsi kimi qəbul etmələridir. Daha dəqiq desək, islam əzəli türk mədəniyyətini dəyişməyə səy göstərsə də, Atatürk təlimi bunu geri qaytarmağa çalışırdı.

Elə görünürdü ki, Türkiyədə və Qərbdə baş verən siyasi proseslər çox asan proqnoz olunandır. Lakin, 2013-cü ildə olduğu kimi, yeni konsepsiyanın hazırlanması prosesini Ərdoğan amili pozdu. Və təbii ki. Putinin vaxtında və qətiyyətli müdaxiləsi.

Ərdoğan anlayırdı ki, məqsəd onu yeganə siyasi müttəfiqi olan Kremldən ayrı salmaqdır, lakin illər uzunu siyasi mübarizələrdə bərkimiş prezident bu sınaqdan da üzüağ çıxdı. Türkiyə hüquq-mühafizə orqanlarının ilkin araşdırmaları göstərir ki, bu yaxınlarda edilmiş silahlı çevriliş cəhdinin arxasında onlarla Mərkəzi Kəşfiyyat İdarəsi təlimatçıları var.

Lakin Rusiyanın siyasi dəstəyi, operativ təminatı və sözsüz ki, milyonlarla Türkiyə vətəndaşının cürətli mübarizəsi nəticəsində Ərdoğan zərbəyə davam gətirdi, öz hakimiyyətinin əsaslarını möhkəmləndirdi və gülənçilər şəbəkəsini darmadağın etdi. Diqqət yetirin: 10 mindən çox adam həbs edilib!

Gülən şəbəkəsinin Türkiyə hakimiyyətində şaxələnməsi isə adamı məəttəl qoyur: yalnız orta səviyyəli idarəetmə zəncirindən 50 min gülənçi təmizlənib! Əlbəttə ki, 2014-cü ildə olduğu kimi, bu vəziyyət Azərbaycandakı siyasi vəziyyətdə də öz əksini tapdı.

Şübhəsiz ki, qiyamçılar Ərdoğanı devirə bilsəydilər, gülənçilər Azərbaycana qarşı geniş mübarizə cəbhəsi açacaqdılar. Və bu yalnız gəlişigözəl sözlər deyil. Türkiyənin baş naziri və xarici işlər naziri açıq mətnlə bildirirlər ki, gülənçilər Azərbaycanda da çevriliş hazırlayırdılar. Türk islamının – gülənçiliyin kök saldığı digər türk ölkələrində olduğu kimi. Binali Yıldırım və Mövlud Çavuşoğli kimi siyasətçilər əsas olmadan belə bəyanatlarla çıxış etməzdilər.

E.Fətullayev sual edir: gülənçilərin Bakıda fəallaşması barədə Azərbaycana xəbərdarlıq edən Türkiyə hakimiyyəti nəyi nəzərdə tuturdu?

İndi biz araşdırmamızın əsas qayəsinə gəlib çatdıq. Kübar Azərbaycanda gülənçiliyin sosial bazası rolunda kim çıxış edə bilərdi? Azərbaycan milli demokratiyası tam iflasa uğradıqdan və qərbin liberal institutları dağıldıqdan sonra Əliyev hakimiyyətinin rəqiblərinin ideoloji dayaqları sarsıldı. Kobud dillə desək, dünya anladı ki, qərb demokratiyası – iki canavarın və bir quzunun nahara nə olacağı barədə düşünməsi kimi bir şeydir. Bununla da, bütöv ölkələrin taleyi Oval kabinetdə bir neçə dəqiqəlik müzakirələrlə həll edilməyə başladı.

Müəllif yazısında qeyd edir ki, hakimiyyətə qarşı duran, dörddə bir əsr əvvəl olduğu kimi, siyasi və əyalət qaragüruhunun mücəssəməsi olan Azərbaycan Xalq Cəbhəsi idi. O zaman bu təşkilat müəyyən bir müddətdə ölkənin təkamül yolu ilə inkişafını poza bilmişdi.

Və budur, Türkiyə hüquq-mühafizə orqanlarının ilkin araşdırmaları göstərir ki, o zamankı ideyasız inqilab övladları Gülən şəbəkəsinin üzvünə çevriliblər. Digər tərəfdən də baxanda, müxalifətin islama üz tutmaqdan başqa hansı yolu qalmışdı ki? Diqqət yetirin: 1 il əvvəl Nardaran dindarlarının üsyanı da Əli Kərimlinin partiyasının olan-qalan tör-töküntüsü tərəfindən dəstəklənmişdi! Şiə ekstremistlərinin lideri Hacı Talenin qorxmaz obrazını özünün az oxunan təşviqat vərəqələrində və sosial şəbəkədə yaradan və təbliğ edən kim idi? Əli Kərimli! Hakimiyyət orqanlarına silah qaldıranların sırasında kim vardı? Əli Kərimlinin müavini!

Həyatının ən böyük arzusuna – vəziyyətin pozulmasına çatmaq naminə Əli Kərimli və onun yeni tərəfdarları (bütün əvvəlki tərəfdarlar Əliyev hakimiyyətinin tərəfdarlarının sırasındadır və bu da ideyasızlığın təzahürüdür) hamı ilə müttəfiq olmağa hazırdırlar. Əsas məqsədə çatmaqdır, vasitə maraqlı deyil.

Və beləcə, Əli Kərimlinin döyüşçüləri Azərbaycanda siyasi islamın avanqardına qoşuldular.

Məqalədə Əli Kərimlinin tərəfdaşları ilə fətullahçılar arasında işbirliyinə dair faktlar yer alır. Belə ki, uzun illərdir Kərimlinin ən yaxın tərəfdaşlarından olan jurnalist Qənimət Zahidin “Azərbaycan saatı” adlı boşboğaz verilişi Türkiyənin “Barış TV” kanalının tezliyindən yayımlanırdı. Bu verilişin bütün məğzi Azərbaycan hakimiyyətinə Soyuq müharibə janrında siyasi nifrət üzərində qurulmuşdu.

Rəsmi Bakının kuluarlarında hərdən sual edirdilər ki, necə olur, bu Ərdoğan hökuməti, Azərbaycanla nəinki müttəfiqliyə, eləcə də iki prezidentlərin şəxsi dostluq münasibətlərinə baxmayaraq Türkiyə telekanalında bu cür şər-böhtanın yayılmasına imkan verir?! Bu, cavabsız və ritorik sual idi. Türklər çiyinlərini çəkirdi…

Dövlət çevrilişi cəhdindən dərhal sonra Türkiyə hakimiyyəti Fətullah Gülənin qruplaşmasına bağlı bir çox KİV-ləri, o cümlədən “Barış TV”-ni bağladı. Məlum oldu ki, bu kanal gülənçiliyin ruporlarından biri olub, bundan əlavə anti-əliyev təbliğatına öz efirində həvəslə yer verib!

Bəlkə elə buna görə türk məmurları çiyinlərini çəkirdi?!

E.Fətullayevin yazdığına görə ən ziddiyətlisi budur ki, telekanalın bağlanmasından sonra Əli Kərimli və onun təbliğatçıları Türkiyə hakimiyyətinin terrorçu elan etdiyi Fətullah Gülənlə əlaqələrini inkar etməyə cəhd göstərdilər. Baxmayaraq ki, telekanal açıq-aşkar gülənçiliyi və indiki Türkiyə hökumətinin devrilməsini təbliğ etdiyinə görə bağlanmışdı.

Digər məqam. Məqalədə deyilir ki, Əli Kərimlinin oğlu, uzun müddətdir Londonda yaşayan və orada təhsil alan Türkel Kərimli- həyatını barrikadalara həsr edən,  lümpenləşmiş, oğlunun maliyyələşmə mənbələrini izah edə bilməyən işsiz atası kimi xırda Vaşinqton məmurlarının kabinetlərində peyda olur. “Türkiyə hüquq-mühafizə orqanlarına yaxın mənbələrdən alınan məlumata görə Türkel Kərimli atasının adından Qənimət Zahidin bağlanmış proqramına başqa gülənçi telekanalda yayım imkanı verilməsini xahiş edib. Və bəzi senatorların və konqresmenlərin aparatının işçiləri ona vəd veriblər ki, bu məsələyə baxacaqlar”-araşdırmada deyilir.

Lakin bu da hələ hamısı deyil. Eynulla Fətullayevin yazdığına görə Türkiyədə aparılmış araşdırmalara əsasən Əli Kərimlinin fətullahçı dərgi “Kurultay”ın baş redaktoru Aydın Taşla da xüsusi əlaqələri var. Bu dərginin az qala hər nömrəsində Heydər Əliyevin və onun oğlu İlham Əliyevin ünvanına çirkin cızma-qaralar yer alır. Bunlar açıq aşkar sifarişli və anqajə olunmuş məqalələrdir. Ərdoğana da, Əliyevə də hücum edirdilər. Və məqalələrin bir çoxu Türkiyə xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Turqut Ərin qələmindən çıxırdı. Elə həmin dərgidəcə Qənimət Zahid Azərbaycanda çevrilişə çağırırdı. Dərgi Əli Kərimliyə də tez-tez tribuna verirdi. Və onun çıxışlarında da Azərbaycanda hakimiyyətin devrilməsinə çağırışlar yer alırdı.

Bundan əlavə, Aydın Taş özü qatı gülənçidir və Əli Kərimlinin, onun təbliğat ruporu “Azadlıq” qəzetinin Türkiyədəki təmsilçisi səlahiyyətlərini yerinə yetirir. Araşdırmada deyilir ki, bu fakt Türkiyə xüsusi xidmət orqanlarının diqqətini xüsusi cəlb edib. Çünki gülənçilərin və Ə.Kərimlinin başlıca məqsədlərindən biri Türkiyə ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr arasında təbliğat işləri aparmaqdan ibarət olub.

Fətullah Gülənin Azərbaycandakı rolunu məhz Ə.Kərimlinin yerinə yetirdiyinə dair Türkiyə xüsusi xidmət orqanlarının şübhələri, məqalədə deyildiyinə görə, hələ 2014-cü ildə fətullahçıların hakimiyyət strukturlarından kütləvi təmizlənməsi dövründə meydana çıxmışdı.

“Mötəbər mənbələrin məlumatlarına görə təhqiqat nəticəsində Kərimli ilə Gülən piramidasının baş maliyyəçisi olan Murat Kılıçlı arasında sıx əlaqələrin izinə rast gəlinib. Həmin mənbələr təsdiq edir ki, M.Kılıçlının vasitəsilə Ə.Kərimli Türkiyədən maliyyə alıb. Həmin piramidanı okeanın o tayından kim himayə edirdi?”-məqalədə deyilir.

E.Fətullayev xatırladır ki, 2013-cü ildə yarıgizli inqilabi təşkilat NİDA-nın darmadağın edilməsindən və rəhbərlərinin həbsindən sonra bu ekstremist qruplaşma Əli Kərimlinin başçılıq etdiyi AXCP-nin təsiri altına keçib. Qəribədir ki, bundan sonra ekstremist qruplaşmanın ideologiyasında liberal müsavatçılıqdan gizli gülənçiliyə doğru dəyişiklik baş verib. “Təşkilatı Ə.Kərimlinin yaxın adamlarından olan gülənçi Elgiz Qəhrəmanov nəzarətə götürüb. Məhz o və NİDA-dan olan bir qrup gənc fəal sosial şəbəkələrdə gülənçiliyin müdafiəsinə yönəlmiş kampaniya aparıblar”-müəllif yazır.

Doğrudur, Türkiyədə qiyamçıların darmadağın edilməsindən sonra Ə.Kərimli cinayət təqibindən qorxaraq ona xas siyasi ikiüzlülüklə guya legitim hakimiyyəti dəstəkləmək üçün əks-təbliğat başlatmağa cəhd edib. Lakin Bakıdakı gülənçi şəbəkənin fəal üzvləri və AXCP tərəfdarları, xüsusən Natiq Ədilov, Qənimət Zahid, Mahmud Şərifov, Rəşid Cəfərov Vüqar Niftiyev və digərləri Gülənə dəstək olaraq təbliğatlarını davam etdirib, Türkiyədə bu şəbəkənin darmadağın edilməsini pisləyiblər.

Məsələn, Əli Kərimlinin mətbuat katibi Natiq Ədilov sosial şəbəkələrdə yazır: “Məxməri islam”ın iki mükəmməl modeli-Misirdə “Müsəlman qardaşları”, Türkiyədə-Gülən camaatı. Təəsüf ki, hər iki müsəlman qardaşlarımızı terrorçu elan etdilər”.

N.Ədilovun digər qeydində Bakıda gülənçilərə qarşı mübarizə pislənilir. “Fətullah Gülən məktəblərini üç ölkə bağlayıb:Somali İordaniya və Azərbaycan. Bu, acınacaqlı və gülməlidir!”

E.Fətullayev daha sonra yazır: “Nə baş verir?! Türkiyə hökuməti, hakim dairələrin nümayəndələri bir-birinin ardınca Bakıdakı gülənçilərin doğurduğu təhlükə barədə xəbərdarlıq edir. Türkiyə hüquq-mühafizə orqanları gülənçilərlə Ə.Kərimlinin əlaqələrini təsbit edir, gülənçi telekanalda prezident İ.Əliyevə qarşı düşmənçilik təbliğatı aparılır və hakimiyyətin devrilməsinə çağırışlar səslənir. Ancaq bizim hüquq-mühafizə orqanları inadla susur?

Deyəsən belə deyil. Azərbaycan hüquq-mühafizə orqanlarına yaxın qaynaqlardan məlum olub ki, Gülənin Azərbaycandakı tərədarlarına qarşı cinayət işi qaldırılıb. Bunlar konstitusion quruluşun zorla devrilməsinə, şəriət dövlətinin yaradılmasına açıq çağırışlar edənlər, xarici təşkilatların, onların nümayəndələrinin tapşırığı əsasında dövlətə qarşı çıxanlardır.

Beləliklə, cinayət işi qaldırılıb.  Ancaq rezident Əli Kərimli özü və onun Gülənin təbliğatına cəlb olunmuş tərəfdaşları hələ də azadlıqdadır, dindirilməyiblər. Axı Binəli Yıldırımın və Mövlut Çavuşoğlunun bəyan etdiyi kimi söhbət dövlət çevrilişindən gedirdi!…”

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın