Ana səhifə / Gündəm / ƏLİ ABBASOV NƏZARƏTİ İTİRDİYİNİ ETİRAF EDİB – Əsas qərarları Vidadi Zeynalov verib

ƏLİ ABBASOV NƏZARƏTİ İTİRDİYİNİ ETİRAF EDİB – Əsas qərarları Vidadi Zeynalov verib

Noyabrın 12-də prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad edilib. Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan sonra Milli Təhlükəsizlik Nazirliyindəki (MTN) sensasion həbslərin əsasən gizli dinləmələrlə bağlı olduğu barədə məlumatlar vardı.

Çünki MTN-in gizli dinləmələrə məsul Monitorinq Mərkəzinin sabiq rəisi general-mayor Teymur Quliyevin həbsindən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində də (bundan sonra qısa olaraq Rabitə Nazirliyi yazacağıq-red.) bir-birinin ardınca sensasion həbslər başlamışdı. Əvvəl Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri, Eldar Mahmudovun qohumu Beytulla Hüseynov saxlanıldı. Bunun ardınca isə Rabitə Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov həbs olundu. Oktyabrın 28-də isə Rabitə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi – Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin (BƏHM) direktoru Cəlil Cəfərov saxlanıldı.
Bu həbslər o anlama gəlirdi ki, MTN-in Rabitə Nazirliyindəki adamları vasitəsilə uzun illər Azərbaycanın siyasi hakimiyyət mənsublarının təkcə ölkədaxili deyil, xariclə də telefon danışıqlarını, teleqram və fakslarını nəzarətdə saxlayıb.   

Bu həbslərdən sonra nazir Əli Abbasovun Baş Prokurorluqda istintaqa ifadə verdiyi, hətta onun işdən azad olunduğu barədə məlumatlar yayıldı. Amma Ə.Abbasov bu həbslərin MTN-lə əlaqəli olmasını, eləcə də işdən çıxarılması barədə xəbərləri israrla təkzib edirdi. Məlumatlara görə, adı digər məmurlara nisbətən korrupsiya qalmaqallarında az hallanan Ə.Abbasov nazirliyə nəzarəti tamamilə itiribmiş. Belə ki, MTN-dəki güclü dayaqlarına arxalanan aparat rəhbəri Vidadi Zeynalov nazirlikdə əsas söz sahibi imiş, hətta nazirin özünü belə saymırmış

Ə.Abbasov istintaqa çağırılanda və ondan hesab sorulanda, nazirlikdə baş verənlərə nəzarəti itirdiyini etiraf etməyə məcbur olub. Belə məlum olub ki, Ə.Abbasov nazir olsa da, əsas qərarları Vidadi Zeynalov verib və nazir buna qarşı çıxmağa cəsarət etməyib. Bu faktlar üzə çıxdıqdan sonra prezident 2004-cü ildən görəv verdiyi nazirin bu işləri bilib gizlətməsini xəyanət kimi dəyərləndirib və işdən azad olunması barədə qərar verib. Ehtimal edilir ki, sabiq nazir vəzifədən çıxarılmaqla yaxasını qurtara bilməyəcək və o da istintaqa cəlb olunacaq.
Çünki Baş Prokurorluğun Korrupsiya Qarşı Mübarizə İdarəsi bir müddətdir ki, nazirlikdə ciddi yoxlamalar aparır. Hətta bir mənbə Ə.Abbasov barədə həbs qərarı verilə biləcəyinin də istisna etməyib.(musavat.com)

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın