Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Gündəm / Əhmədzadənin uğursuz Suqovuşan təcrübəsi… – NARAZILIQ…

Əhmədzadənin uğursuz Suqovuşan təcrübəsi… – NARAZILIQ…

Dünən Suqovuşan su anbarından normadan artıq su buraxılması nəticəsində Bərdə rayonu ərazisində fəaliyyət göstərən regionun ən böyük tikinti materialları bzarını su basıb və sahibkarlara külli miqdarda ziyan dəyib.

Səhər saatlarında Moderator.az-a müraciət edən sahibkarların bir qismi müvafiq dövlət qurumularından kömək göstərilməsi və fəsadların aradan qaldırılması üçün operativ müdaxilə edilməsini xahiş etdilər. Biz Moderator.az olaraq dərhal Fövqəladə Hallar Nazirliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayaraq baş verən hadisəni onların diqqətinə çatdırdıq.

Yalnız günün ikinci yarısından Melorasiya və Su Təsərrüfatı ASC-dən verilən açıqlamada bildirildi ki, həmin tikinti materialları bazarı qanunsuz fəaliyyət göstərib və Tərtər çayının sahilində elə bir bazarın fəaliyyət göstərməsi məqsədəuyğun deyilmiş, rayon rəhbərliyinə müraciət edilərək köçürülməsi məsləhət görülüb.

Bəli, dəyərli oxucu, dövlət strukturlarının baş vermiş o boyda hadisəyə müdaxiləsi mənasız açıqlama verilməsindən o tərəfə keçmədi. Sual olunur, Bərdə rayonunda o boyda tikinti materialları bazarı az qala 20 ildir fəaliyyət göstərirdisə niyə indiyədək onun köçürülməsi və müvafiq bəndvurma işləri aparılması tələbi bazar rəhbərliyi qarşısında qaldırılmayıb? Heç kimə sirr deyil ki, indiyədək həmin “qanunsuz” fəaliyyət göstərən bazarın rəhbərliyi həm özü kifayət qədər qazanıb, həm də dövlətə külli miqdarda vergi və ya digər rüsumlar ödəyib. O zaman başqa bir sual yaranır, qanunsuz fəaliyyət göstərən bazardan niyə illər uzunu qanuni rüsumlar alınaraq büdcəyə köçürülüb?

Əldə etdiyimiz məlumata görə bazarda baş verən fəlakətin əsas səbəbi heç də Suqovuşan su anbarından həddindən artıq su buraxılması olmayıb, az qala bir aya yaxın imiş ki, ermənilər həmin su anbarının çıxışını partlatdıqlarına görə Tərtər çayına su onsuz da çox gəlirmiş, amma Tərtər şəhərindən Bərdəyə qədər olan 18 kilomter məsafədə Tərtər çayının yatağı boyu onlarla qanunsuz qum-çınqıl karxanaları fəaliyyət göstərib. Həmin su gəlib fəaliyyəti dayandırımış karxanların ərazisində yığılıb az qala kiçik su anbarı yaradıb və ötən gecə həmin “su anbarı”nın partlaması nəticəsində o cür fəsadlar törədib. İndi sual olunur, günahkar kimdir? Milyonlarla manat zərərə düşən sahibkarlar onlara dəymiş zərəri kimdən istəməlidirlər?

Oxucular və rəsmilərin baş verən fəsadı öz gözləri ilə görmələri üçün sahibkarların Moderator.az-a göndərdikləri videoları təqdim edirik:

Həmçinin oxuyun

İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Dövlətimizin başçısı Azərbaycan …