Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Əcnəbilərin azərbaycanlı gəlinləri Azərbaycan vətəndaşlığından çıxarılır – ARAŞDIRMA

Əcnəbilərin azərbaycanlı gəlinləri Azərbaycan vətəndaşlığından çıxarılır – ARAŞDIRMA

2104-cü ildə Azərbaycan Respublikası vətəndaşlığı haqqında qanuna edilmiş dəyişikliyə əsasən, xarici dövlətin vətəndaşlağını almış şəxsin Azərbaycan vətəndaşlığına xitam verilir. Xarici vətəndaşlıq almış şəxs bu barədə Azərbaycanın müvafiq qrumlarına məlumat verməlidir. Əks halda, şəxsi ciddi cəza və cinayət məsuliyyətinə cəlbetmə gözləyir.

Qeyd edək ki, bu qanun 2014-cü ilədək vətəndaşıq alan şəxslərə şamil edilmir. Artıq bir müddətdir ki, Dövlət Miqrasiya Xidməti xaricdə yaşayan Azərbaycan vətəndaşları ilə bağlı araşdırmaya başlayıb və əcnəbi ölkə vətəndaşlığı almış şəxslərə Azərbaycan vətəndaşlığından çıxmaları ilə baglı xəbərdarlıq edilir.

Məsələ Türkiyə vətəndaşları ilə ailə quraraq bu ölkədə yaşayan azərbaycanlıları narahat edib. Bir neçə gündür müəyyən qruplar yardaraq narahatlıqlarını ifadə edir, Azərbaycan vətəndaşlığından çıxmaq istəmədikərini bildirirlər.

Modern.az saytının əməkdaşı onlardan bəzilərinin problemini dinləyib.

Aynurə Dastan Türkiyə vətəndaşı ilə ailə qurub, qardaş ölkədə yaşayır. Deyir ki, o vətənini sevir və bağlarını ayırmaq istəmir:
“Mən xarici vətəndaşla evlənərək vətənimə xəyanət etməmişəm. Cinayət işim yoxdur, niyə məni vətəndaşlıqdan çıxarsınlar?”.

Türkiyədə yaşayan başqa bir azərbaycanlı Vəfa Cəfərova isə hesab edir ki, bu addım insan hüqüqlarına ziddir: “Mən ailə quraraq bura gəlmişəm. Amma vətənimi sevirəm. Niyə mən doğulub-böyüdüyüm ölkəmə turist kimi getməliyəm? Biz məcburən Türkiyə vətəndaşı olmalıyıq. Çünkü bu, hər il oturum izni almaq uzun bir prosedurdur. Burda işləməyə və ya başqa fəaliyyətlə məşğul olmağa gəlməmişik. Yəni ailə qurduğumuza görə ölkəmiz bizdən imtina edəcək? Türkiyədə beş minə yaxın evli azərbaycanlı xanım var. Azərbaycan 5 min seçicisindən imtina edəcək?”.

Raifa Qasımova da eyni fikirdədir: “Mən vətənimi sevirəm! Ailəm, yaxınlarım Azərbaycandadır. Nəsə pis bir iş görmüşük? Başqa bir işə görə gəlmişik? Mən vətənimdən imtina edib gəlib burda yaşamıram ki? Övladımız var, onun üçün də burdayıq. Qanunda istisnalar olmalıdır məncə. Bizi ölkəsindən könüllü imtina edənlərlə eyni tərəziyə qoymamalıdırlar. Burada diaspor fəaliyyəti də nəzərə alənmalıdır”.

Gulnarə Hacıyeva da Türkiyədə ailə quranlardandır. Onun fikrincə, bu qanun ədalətli deyil:
“Ailə qurub vətəndaşlıq almaqla, vətəndən imtina edərək vətəndaşıq almaq eynidirmi? Biz vətənin hansı dəyərlərinə hörmətsizlik etmişik? “Qara siyahı”dayıq, yoxsa axtarışda? Ölkəmizə nə ziyanımız var? Seçkilərdə səfirliyə, konsulluğa gedib, səs veririk. Tarixi günləri qeyd edirik, hüznümüz bir-sevincimiz bir. Qanuna dəyişiklik 2014-cü ilə qədər ailə quranlara şamil edilmir. Qanunu geri qüvvəsi yoxdu. Amma onlar düz, bizmi əyriyik?”.

Azərbaycanda uzun illər aparıcı olmuş Gülnarə Məmmədova Kurt da hesab edir ki, qanunda istisnalar olmalıdır:

“Məncə dövlətimiz qanuna bir daha nəzər salmalı və mexanızmi işləməlidir. Çünkü biz burada yaşayırıq, ailə qurmuşuq. Müəyyən prosedurlara görə vətəndaşlıq alırıq. Sosial güvənliyimiz üçün. Biz qadınıq, vətəndaş olaraq hüqüqlarımızı daha rahat müdafiə edirik. Çünkü heç kim mənfi hadisələrdən sığortalanmayıb. Məncə Azərbaycan hökuməti qanunda istisnalar etməlidir”.
Qeyd edək ki, Türkiyədə ailə quran xanımlar Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevaya 8 mart beynəlxalq qadlnlar gününə qədər rəsmi müraciət ünvanlayacaq və ondan bu məsələdə yardım istəyəcəklər.

Məsələ Milli Məclisdə qaldırılacaq

Azərbaycanlı xanımların fikirlərindən xəbərdar olan , millət vəkili Zahid Oruc isə bununla baglı Milli Məclisin iclasında məsələ qaldıracaq. O, xanımların narahatlığını haqlı hesab edir.

“Narahatlığınızda haqlısınız. 2014-cü ildə qəbul edilmiş qanuna görə, ikili vətəndaşlığa yol verilmir. Bu qanun hamıya şamil edilir, istisnalar yoxdu. Qanunun geriyə qüvvəsi olmadığına görə, həmin vaxtadək xarici vətəndaşıq alanlardan yan keçir. Ona görə məsələn, Türkiyədə vətəndaşıq alan şəxsin avtomatik olaraq bizdə vətəndaş statusu itir. Hazırda bununla bağlı mürəkkəb vəziyyət yaranıb. Təəssüf ki, son 3 ildə vətəndaşlıq alanlardan imtina ediləcək”.

Millət vəkili deyir ki, vətəndaşıq alıb dövlətə bununla bağlı məlumat verməyən şəxs isə Cinayət Məcəlləsinin 318.2 bəndi ilə məsuliyyətə cəlb ediləcək.
“Məncə də qanunda istisnalar olmalıdır. Milli Məclisin növbəti iclasında bu məsləni qaldıracam”.

Miqrasiya xidməti nə deyir?

Dövlət Miqrasiya Xidmətindən isə bildirilib ki, hələ ki bu qanunun icrasına başlanmyıb. Çünki qanunda müəyyən məsələlər var ki, onlarla bağlı tam qərar verilməyib. Mümkündür ki, istisnalar olsun və ya sərtsiz tətbiq edilsin. Amma hələ ki Dövlət Miqrasiya Xidməti vətəndaşıqdan çıxarma işlərinə başlamayıb.
Dövlət Miqrasiya Xidmətinin əməkdaşı vətəndaşıq alan şəxsərin araşdırlaraq, üzə çıxarılmasının başaq səbəblərinin olduğunu bildirib.

“Bu, pasport və ya ölkəyə giriş-çıxışla baglı ola bilər. Çünki qanun 2014-də qəbul edilsə də, icrasına başlanmayıb”.
Amma Azərbaycan vətəndaşlığından çıxan azərbaycanlılar yenidən ölkə vətəndaşlığını seçə bilərlər. Vətəndaşlığa bərpanın da şərtləri var. Könüllü çıxanlar yenidən sənədlərini hazırlayır, ölkə prezidentinə müracət edir və dövlət rüsümunu ödəyərək vətəndaşığa geri qayıdır. Təbii ki, bu məsələ vətənə xəyanət, cinayət və bu kimi hallarda vətəndaşıöı silinənlərdə fərqlidir. Lakin bununla bağlı da qanun tam işlənməyib.
Qeyd edək ki, qanunun icrasına başlanılmadığını Azərbaycanın Türkiyədki səfirliyindən də bildiriblər.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın