Ana səhifə / Gündəm / Əbülfəs Qarayevin bu faktdan xəbəri varmı? – FOTOFAKT

Əbülfəs Qarayevin bu faktdan xəbəri varmı? – FOTOFAKT

Laçın Mədəniyyət və Turizm Şöbəsinin ağılabatmaz korrupsiyası ifşa olunub.

VİZUAL.az-ın xəbərinə görə, dövlət büdcəsindən ayrılan vəsait hesabına tikilən kitabxananın fotosu yayımlanıb. Şəkildən görmək mümkündür ki, həmin tikili kitabxana yox, tualet və ya köşkdür.

Əbülfəs Qarayevin bu faktdan xəbəri varmı?

Məlumatda bildirilir ki, bu obyekt rayonun II Güləvird kənd kitabxanasıdır. Laçın rayon icra başçısı və MT şöbəsi müdiri Yusif Huseynov bu “möhtəşəm və analoqsuz” kitabxananı büdcədən pul silmək hesabına tikdirib.
Həmin “müasir və əsrarəngiz” obyektin araya-ərsəyə gəlməsi üçün hər iki dövlət qurumu yüz minlər mənimsəyib. Nəticədə kənd sakinlərinin maariflənməsi üçün belə bir “kitabxana” istifadəyə verilib. Hər halda dünyanın heç bir ölkəsində məmurların ağlına kitabxana tikmək üçün bu ideya gələ bilməzdi.
Qeyd edək ki, Laçın sakinləri Mədəniyyət və Turizm Şöbəsinin fəaliyyətindən narazılıq edirlər.
Ağcabədi rayonu, Taxtakörpüdəki 552 saylı qəsəbədə məskunlaşmış YAP üzvü Axundov Xalid Umbay oğlu və Laçının Kalafalıq kənd sakini Əlsəgər Əhliman oğlu Qasımov bildirmişdilər ki, şöbənin baş mühasibi Şakir İsmayılov və Şəmkənd kənd Uşaq Musiqi Məktəbinin direkoru Səfər Quliyev birlikdə korrupsiya və rüşvətxorluqla məşğuldurlar. Qarşı tərəfi dinləməyə hazırıq.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın