Ana səhifə / Gündəm / “Ziya Məmmədovun indi də hakimiyyətə düşmən kəsilən qüvvələrlə sıx təmasları var” – İttiham

“Ziya Məmmədovun indi də hakimiyyətə düşmən kəsilən qüvvələrlə sıx təmasları var” – İttiham

Məlum olduğu kimi, son zamanlar yerli mətbuatda Rusiyanın Azərbaycanda 2018-ci ildə keçirilməsi nəzərdə tutlan prezident seçkilərinə həm müdaxilə etmək, həm də lazımi şəraitdə Azərbaycanda hakimiyyət dəyişikliynə nail olmaq üçün yeni seçki strategiyası hazırlaması barədə iddialar səsləndirilir.
Kremlin Azərbaycana qarşı seçki strategiyasının başında isə əslən qərbi azərbaycanlı mənşəli, Göyçay rayonunda doğulub böyümüş, hazırda azərbaycanlılar arasında ən varlı simalardan biri olan milyarder Fərhad Əhmədovun olduğu iddiası da səsləndirilməkdədir. Bu barədə isə yerli mətbuatın bildirdiyinə görə, artıq Fərhad Əhmədovun yaxın ətrafı və Azərbaycandakı qohumları açıq şəkildə danışırlar. Qeyd edək ki, bir müddət əvvəl mətbuatda səsləndirilən bu fikirləri Fərhad Əhmədov qətiyyətlə rədd edib və bildirib ki, bu tipli məlumatların Azərbaycan mətbuatında yer alması siyasi təxribat və sifariş xarakteri daçıyır. Həmçinin mətbuatda Baş nazirin sabiq müavini, hazırda Rusiyada yaşaşayan və 2013-cü il prezident seçkilərində Rusiayanın mövqeyindən çıxış edərək “Milyarderlər İttifaqı”ında yer alan Abbas Abbasovun da yenidən Rusiyanın Azərbaycana qarşı planlarında yer alması barədə iddialar səsləndirilməkdədir. Xatırladaq ki, deputat Yevda Abramov da, Rusiyanın 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə müdaxiləsini istisna etməyib.
Mövzu ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev PİA.AZ-ın əməkdaşına danışıb.
Müasir Müsavat Partiyasının sədri qeyd edib ki, istər Avropada, istər də Rusiyada Azərbaycan əleyhinə çox ciddi işlər görülür. Amma biz çalışmalıyıq ki, bu işlərin qarşısın alaq. Hakimiyyət də düşdüyü bu böhranlı şəraiti düzəltmək üçün təcili ciddi islahatlar aparmalıdır:
“Yadınıza gəlirsə mən sizə müsahibə verəndə bu fikri işlətmişdim. Yəni mən demişdim ki, müəyyən dövlətlər 2018-ci ildə Azərbaycanda keçiriləcək seçkilərə müdaxilə etməyə çalışır. Hər halda deputat Yevda Abramov da məlumatlı adamdır və istər daxildə, istərsə də xaricdən məlumatı olan adamdır. Mən də Azərbaycanı gözləyən təhlükə haqqında xaricdə olanda eşitmişəm və müəyyən dairələrə, adamalara bu barədə məlumat vermişəm. Qeyd edim ki, Moskvada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov müsahibəsində belə fikir səsləndirmişdir ki, Azərbaycandakı seçkilərə namizədliyimi Putin istəsə, mən də inkar edə bilmərəm. Yəni, artıq bu cür işarələr verilib. Bu gün Azərbaycana qarşı olan təzyiqi hamı hiss edir və hamı görür.
Hakimiyyətin daxilində də birinci şəxsə qarşı böyük təzyiq var. Bu təzyiq də açıq şəkildə nümayiş olunur. Çoxlarına məlum olduğu kimi, Azərbaycan hakimiyyətinin tərkibində də, Rusiya ilə sıx təmasları olan insanlar var. O insanlar da Azərbaycanda hakimiyyətin dəyişməyin istəyirlər və onlar hər an prezidentə xəyanət edirlər. Mən elə-belə demirdim ki, hakimiyyət daxili bəzi qüvvələr anti-İlham Əliyev koalisiyasında birləşiblər. Bu cür xəyanətkar adamlara misal olaraq Ziya Məmmədovu dedim. Düzdür Ziya Məmmədovu hakimiyyətdən kənarlaşdırdıq, amma bu o demək deyil ki, o əl-qolun yanına salıb boş oturub. Qətiyyən bu belə deyil. Ziya Məmmədovun indi də hakimiyyətə düşmən kəsilən qüvvələrlə çox sıx təmasları var və həmin şəxslərlə birlikdə Moskvada böyük biznesi var. Bunun da heç biri inkar olunmur.
Prezident də son müsavirəsində çox ciddi faktlar açıqladı. Bir vaxtlar mən də sizə verdiyim müsahibələrdə deyirdim ki, Heydər Əsədov prezidenti aldadır. Mən bunu elə-belə demirdim. Çünki Heydər Əsədov deyirdi ki, neçə min ton taxıl istehsal olunub. Bəs istehsal olunubsa, bu taxıl hara gedir? Ya da tonlarla taxıl istehsal olunubsa, onda niyə milyonlarla pul verildi ki, xaricdən taxıl alınsın? Bidiyimi bir faktı deyim. Göygöl rayonunda 2 min hektar suyun altında olan torpaq əkilməyib. O torpaqda taxıl əkilsədi, tonlarla buğda əldə edilərdi. Bu faktların yalan olması son müşavirədə açıldı və prezident də göstəriş verdi ki, bütün faktlar yoxlanılsın. Mən bildiyimə görə bu yaxınlarda Heydər Əsədov həbs ediləcəkdir. Heydər Əsədovun yeznəsi də çalışır ki, Azərbaycanda hakmiyyətə gəlməkdən ötür bütün düşmənlərlə əl-bir olsun. Hətta lazım olsa, o ermənilərlə də işbirliyi edər.
Azərbaycanda keçiriləcək seçkilərə tək Rusiya müdaxilə etməyi planlaşdırmır. Həmçinin bu seçkilərdə Azərbaycan hakimiyyətinə yeni qüvvələrin gətirlməsi üçün Avropa, Qərb dövlətləri də təbliğata start veriblər. Onu da qeyd edim ki, bu günlərdə Milli Şuranın keçirdiyi mitinqlər də elə-belə deyil. Həmçinin prezidentə sadiq olan insanların da küncə sıxışdırlması elə-belə deyil. Bunların hamısı cox ciddi faktlardır. Hətta məndə olan məlumata görə Rusiya Azərbaycanın daxilində olan siyasilər arasında seçim etmək fikrindədir. Mən çox məsələlərin üstün açmaq istəmirəm. Çünki bu məsələləri gizli saxlamaq niyyətindəyik. Rusiyadan medal, order alanlar da müəyyən işarə gözləyirlər. Hansı vaxt ki, Rusiyadan əmir gələcək o vaxt da medal, order alanlar prezidentin üzünə duracaqlar. Amma mən imkan vermərəm ki, prezidentə böyük zərbələr dəysin.
Azərbaycanda çox etibarsız bir hakimiyyət komandası formalaşdıb. Onlar hər şeyi pulda görürlər. Bir vaxtlar neftdən millyonlarla gəlir gəlirdi deyə, heç biri dillənmirdi. Amma indi o gəlirlər azalıb deyə, az qalıblar ki, hamısı prezidentin üzünə qayıtsın və desinlər ki, ölkədə baş verən bütün bu problemlərin günahkarı filankəsdir. Biz də müxalifət olaraq çox ciddi şəkildə düşünməliyik. Mən Azərbaycanı gözləyən bu təhlükə üçün digər partiya sədrləri ilə də danışıqlar aparacağam. Mənim Azərbaycandakı siyasi qüvvələrdən xahişim odur ki, vətənin bu günüdə hamımız prezidentin ətrafında olaq. Çünki prezident təklənsə, o məcburiyyət qarşısında ən pis variantların birin seçə bilər. Biz müəyyən vaxt üçün ölkədəki korrupsiya halların, vəzifədə olanların qeyri-peşəkarlığın, saxtakar məmurları bir qırağa atmalıyıq.
Yenə qeyd edim ki, istər Avropada, istər də Rusiyada Azərbaycan əleyhinə çox ciddi işlər görülür. Amma biz çalışmalıyıq ki, bu işlərin qarşısın alaq. Hakimiyyət də düşdüyü bu böhranlı şəraiti düzəltmək üçün təcili ciddi islahatlar aparmalıdır. Ən əsası da işdən kənarlaşdırılan məmurlar sərbəst buraxılmamalıdır. Çünki o məmurların əlində milyardlar var və o milyardları da ölkə başçısının hakimiyyətdən getməsinə yönəldirlər. Keçmiş milyarder Telman İsmayılovun toyunda qol qaldırıb oynayan insanların hamısı bu gün bir yerdədir. Bu cür xəyanəti görəndə də xalqda böyük narazılıq yaranır. Belə davam etsə, sabah rus yox erməni də gəlsə, bu millət gedib onun qarşısında baş əyəcək. Buna görə də birinci növbədə hakimiyyət daxilində təmizlənmə işləri getməlidir. Təmizlənmə işləri aparılandan sonra da hamısı həbs edilməlidir.
Onu da qeyd edim ki, mən partiyanın sədr müavininə ciddi göstəriş vermişəm ki, bölgələrdə hər gün informasiyaları toplasın və bizə çatdırsın. Biz də öz növbəmizdə hara lazımdır ora çatdırırıq ki, ölkədə qarışıqlığın qarşısın alaq. Göründüyü kimi Rusiya yenə Dağlıq Qarabağ məsələsin dondurmaq istəyir. Ruslar erməni prezidentə imkan vermirlər ki, o danışıqlara getsin. Belə olduğu halda Azərbaycan hakimiyyətin istəməyən və anti-İlham Əliyev koalisiyasında birləşən siyasi qüvvələr də bu faktdan çox ustalıqla istifadə edirlər. Bütün bunlara gör biz hamımız ayıq olmalıyıq. Belə olsa, biz nəyinki Rusiyanın başqa dövlətlərin basqısından da özümüzü qoruya bilərik. Həmçinin biz bir olub hakimiyyət daxilində olan təhlükəli qüvvələrdən də qorunmalıyıq”.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın