Çərşənbə axşamı , İyul 27 2021
Ana səhifə / Gündəm / Ziya Məmmədovun bacısı işdən çıxarıldı – Nazir əmr verdi

Ziya Məmmədovun bacısı işdən çıxarıldı – Nazir əmr verdi

Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun bacısı, 66 saylı “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədova işdən azad olunub.

“Qafqazinfo” nun əldə etdiyi məlumata görə,  o başqa işə keçməsi ilə əlaqədar işdən çıxarılması üçün ərizəni Təhsil Nazirliyinə təqdim edib.  Nazirlik ərizəyə baxaraq onun  işdən çıxarılması barədə əmr imzalayıb.

Qeyd edək ki, M. Məmmədova barəsində mətbuatda dəfələrlə neqativ informasiylar yazılmışdı. O əsasən məktəblilərdən rüşvət almaqda ittiham olunub.

Bildirək ki, bu yaxınlarda Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsi Xidməti tərəfindən liseydə araşdırma da aparılıb.

Həmçinin oxuyun

“Araz Supermarket” yenə cərimə edilib

“Araz Supermarket” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) cərimə protokolu yazılıb. “Report”un məlumatına görə, MMC-yə İnzibati Xətalar …