Ana səhifə / Gündəm / Zakir Fərəcov sahibkarlara qan udduran baş memarı özünə müavin etmək istəyir

Zakir Fərəcov sahibkarlara qan udduran baş memarı özünə müavin etmək istəyir

Sumqayıtın icra başçısı Zakir Fərəcovun ərazi idarəetmə üzrə şöbə müdiri Gündüz Əliyevi özünə müavin etmək istəyi alınmayıb.

Asiya.az-ınməlumatına görə, Zakir Fərəcovun bununla bağlı verdiyi təqdimata Prezident Administrasiyasında “yox” deyiblər. Bundan sonra Zakir Fərəcov şəhərin baş memarı olan Adil Xudatatovu həmin vakansiyaya təyin etdirməyə çalışır. Qeyd edək ki, sözügedən şəxs yaxşı reputasiyaya malik deyil. Onun adı Sumqayıt şəhərində abadlıq işlərini görən sahibkarların kütləvi şəkildə aldadılmasında hallanıb. Həmin sahibkarlar hələ də Sumqayıtda gördükləri işə görə öz vəsaitlərini ala bilməyiblər və dayanmadan bütün yuxarı instansiyalara şikayətlər ünvanlayırlar. Onda isə sual olunur: Zakir Fərəcov niyə bu cür şəxsin özünə müavin təyin edilməsində israrlıdır? Çavab sadədir, Xudatatov bütün qanunsuz tapşırıqları belə, canla-başla yerinə yetirməyə hazır olan adamdır. Ümidvarıq ki, Prezident Administrasiyası belə reputasiyaya malik şəxsin müavin təyinatına  öz etirazını edəcək.

Həmçinin oxuyun

Gömrükdə baş verən özbaşınalıqlara nə vaxt son qoyulacaq?

İllərdir sahibkarlara süni maneələrlə narazılıq yaradan Bakı şəhər Baş Baş Gömrük İdarəsində rəhbər dəyişikliyi belə …