Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / ZAKİR FƏRƏCOV İŞ ADAMINI NİYƏ HƏBSƏ SALDIRIB? – TƏFƏRRÜAT

ZAKİR FƏRƏCOV İŞ ADAMINI NİYƏ HƏBSƏ SALDIRIB? – TƏFƏRRÜAT

Son günlər Sumqayıt şəhər icra hakimiyyəti başçısı Zakir Fərəcov barəsində ölkə mətbuatında silsilə olaraq yazılar dərc olunmaqdadır. Xüsusən icra başçısının Sumqayıt şəhəri ərazisində inşa etdirdiyi dəniz kənarı Bulvarda işləyən fəhlələrin aylardır əmək haqlarının verilməməsindən dərc olunan yazılarda bəhs olunur.
 
Bu gün Xalqxeber.Az-a daxil olan məlumatda qeyd olunur ki, icra başçısı dövlət tərəfindən ayrılan yüksək məbləğdə pulları mənimsəyib. Belə ki, ölkə rəhbəri, Zakir Fərəcovu Sumqayıt şəhərinə icra başçısı təyin edəndən bu günə qədər 20 milyon manatdan çox pul ayırıb. Lakin ayrılan məbləğ icra başçısı tərəfindən havaya sovurulduğundan aylardır şəhər ərazisində xüsusəndə Bulvarda iş görən usta və fəhlələr əmək haqlarını ala bilmirlər.
 
Daxil olan digər məlumatda bildirilir ki, icra başçısı Sumqayıt Bulvarının tikintisini tanınmış iş adamı Müqayis Verdiyevə həvalə etmişdi. Zakir Fərəcov tərəfindən verilmiş tapşırıqlar altı ay ərzində icra olunmuş və Bulvar təmamilə istifadəyə hazır vəziyyətə gətirilmişdir. Əməkdaşımızla söhbət edən Bulvarın mühəndisləri qeyd ediblər ki, dəfələrlə icra başçısı Bulvara gələrək, iş adamının məsuliyyətli şəxs olduğunu bildirmiş və verilən tapşırıqları ən yüksək səviyyədə icra edir kəlimələrini dilə gətirmişdir. Lakin Bulvarın açılışına bir neçə gün qalmış icra başçısı hansısa səbəblərə görə, iş adamı ilə münasibətlərini korlamağa başlamışdır. Əlbətki münasibətlərin korlanması iş adamına işin sonunda ödəniləcək 12 milyon manata görə olub. Bulvarda işləyən yüzlərlə şəxs əmək haqqlarını ala bilməməsi məqsədi ilə icra başçısına etirazlarını bildirsələrdə Zakir Fərəcov ölkə başçısı İlham Əliyev Bulvarın açılışını etsin, səhəri gün pulların veriləcəyini bildirərək yalan vədlər vermişdir. Ölkə rəhbəri Bulvarın açılışını etdiyi zaman görülən işlərdən razı qalmış və orada çəkilmiş zəhməti yüksək qiymətləndirmişdir. Amma nə fayda… Necə deyərlər köhnə hamam, köhnə tas. Daha dəqiq desək Bulvarın açılışının səhəri gün əmək haqqlarının veriləcəyini söz verən icra başçısı bir daha qeyri ciddi ifadələrinə xələf çıxmışdır. Artıq xeyli müddətdir ki, əmək haqqlarını ala bilməyən fəhlələr qeyd edirlər ki, dəfələrlə icra hakimiyyəti qarşısında etiraz aksiyası keçirmişik və haqqımızı tələb etmişik. Lakin hər dəfə polis zorakılığına məruz qalaraq, kor-peşman evimizə dönmüşük.
 
Xalqxeber.Az-a daxil olan digər məlumatda qeyd olunur ki, iş icraçısı Müqayis Verdiyev yaranmış vəziyyətlə bağlı icra başçısına etirazını bildirmiş və onlara çatacaq 12 milyon manatın ödənilməsini dilə gətirmişdir. Zakir Fərəcov iş adamına hədə-qorxu gəlmək məqsədi ilə ilk öncə Bulvarda çalışan iki mühəndisi həbs elətdirmişdir. Mühəndislər Vüqar və Ağaməmməd polis idarəsinə aparılmış və izahatları alınmışdır. Qanunsuz olaraq 8 saat idarədə saxlanılan mühəndislər, Daxili İşlər Nazirliyinin və ölkə mətbuatının işə qarışmasından sonra sərbəst buraxılmışlar. Səhəri gün icra başçısı Müqayis Verdiyevin ondan pul tələb etməsinə qəzəblənmiş və nəticədə onun həbsinə fərman vermişdir. Belə ki, iş adamı yaşadığı Sabunçu rayon ərazisində yerləşən yaşayş evindən qanunsuz olaraq, Sumqayıt polis idarəsinin əməliyyatçıları tərəfindən zorla maşına mindirilərək idarəyə gətirilmişdir. İki gün polis idarəsində qanunsuz olaraq, saxlanılan iş adamı nəticədə Sumqayıt Məhkəməsi tərəfindən 3 aylıq həbs olunmuşdur. Araşdırmalarımız zamanı məlum oldu ki, fəhlələrin etiraz aksiyasından və prezident administrasiyasına yürüş etmələrindən qorxuya düşən icra başçısı bu gün siyahı ilə işçi qüvvəsinə müəyyən məbləğ ödəyib.
 
Xalqxeber.Az-a məlumat verən mənbə bildirir ki, fəhlələrə 201635 manat pul ödənilib və icra hakimiyyətindən bildiriblər ki, aksiyaları dayandırsınlar və prezident aparatına yürüş etmək fikirlərindən daşınsınlar. Müqayis Verdiyevin həbsi ilə araşdırma apararkən məlum oldu ki, cari ilin may ayında fəhlənin biri iş vaxtı xəsarət alıb. Məsələndən xəbər tutan icra hakimiyyəti fəhləyə ağzını yumması və heç yerə şikayət etməməsi üçün müəyyən məbləğdə pul verib. Həmin fəhlə icra hakimiyyəti ilə razılaşaraq, heç yerə şikayət etməyib və evində müalicə almağa qərar verib. Artıq hadisədən aylar keçməsinə baxmayaraq, icra hakimiyyəti iş adamına “torba” tikmək məqsədi ilə həmin fəhləni öyrədərək şikayət etməsini bildirmişlər. Həmin fəhlə icra başçısının sözü ilə iş adamı barəsində hüquq mühafizə orqanlarına müraciət etmiş və nəticədə icra başçısının göstərişi ilə iş adamı Müqayis Verdiyev həbs olunmuşdur.
 
Bu zaman sual ortaya çıxır əgər fəhlə may ayında xəsarət almışdısa və bu hadisədə iş adamının günahı var idisə niyə görə, icra başçısı Müqayis Verdiyevi cəzalandırmırdı və onunla anlaşmaya xitam vermirdi?
Bundan başqa fəhlə niyə görə, aylar öncə hadisəni ört-basdır etmək üçün pul alırdı və iş adamı ilə bağlı şikayət etmirdi?
Aylar keçməsinə baxmayaraq fəhlənin, iş adamı ilə bağlı şikayət vermək bu günmü ağılına gəldi?
 
 
Fəhlələr Xalqxeber.az-a bildirirlər ki, iş adamının həbsi icra başçısının milyonları mənimsəməsindən xəbər verir və beləcə Zakir Fərəcov zəfər çalmış olur.
 
Araşdırmalarımız davam edir…

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın