Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Zərdabdakı qəzada ölən və yaralananların adları məlum oldu

Zərdabdakı qəzada ölən və yaralananların adları məlum oldu

Zərdabda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanların şəxsiyyətləri məlum olub. Xəsarət alanlardan biri dünyasını dəyişib.

APA-nın xəbərinə görə, hadisə yerində dünyasını dəyişən “VAZ” markalı maşının sürücüsü, Kürdəmir rayon sakini, 1976-cı il təvəllüdlü Qabil Qaybalı oğlu Rzayevdir. Minik maşınında olan və ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən sərnişinlər, 1984-ci il təvəllüdlü Ramilə Rəhimdar qızı Zeynalova və onun azyaşlı qızı, 2012-ci il təvəllüdlü Dəniz Kamran qızı Məmmədovadır.

Həkimlərin səyinə baxmayaraq R. Zeynalova Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

*   *   *21:32

Zərdabda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün axşam saatlarında Zərdab- Kürdəmir yolunun Zərdab rayonunun Əlvənd kəndindən keçən hissəsində qeydə alınıb.

“VAZ-2106” markalı minik maşını ilə yük maşını toqquşub. Nəticədə “VAZ” markalı maşının sürücüsü hadisə yerində dünyasını dəyişib, maşında olan bir qadın və bir azyaşlı isə ağır xəsarət alıblar.

Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin əməkdaşları minik maşınının sürücüsünün sıxılmış meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Yaralılara isə Zərdab rayon təcili tibbi yardım həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib və onlar ən yaxın məsafədə yerləşən Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.

Kürdəmir Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, hər iki yaralı xəstəxanaya koma vəziyyətində daxil olub, şəxsiyyətləri barədə hələlik heç bir məlumat yoxdur.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın