Ana səhifə / Gündəm / Yusif Yusifov GDU-dakı saxta diplomlu müəllimləri necə qoruyur? – ŞOK FAKTLAR

Yusif Yusifov GDU-dakı saxta diplomlu müəllimləri necə qoruyur? – ŞOK FAKTLAR

Gəncə Dövlət Universitetinin coğrafiya kafedrasının müəllimi, siyasi elmlər namizədi alimlik dərəcəsi elmi adını almış Əhmədova Arifə Abbasəli qızına məxsus diplom saxtadır. Çünki, Arifə Əhmədova 28 iyun 1994-cü ildə Tacikistan Respublikasının Bobocan Qafurov adına Xucənd Dövlət Universitetinin coğrafiya fakültəsini bitirməsi haqda diploma sahib olsa da, 2002-ci ildə Gəncə Dövlət Universitetinin əməkdaşlarından birinin, Bobocan Qafurov adına Xucənd Dövlət Universitetinin rəhbərliyinə ünvanladığı sorğuya verilən cavab məktubunda yazılıb ki, “Arifə Əhmədovanın 1994-cü ildə coğrafiya ixtisası üzrə əyani və yaxud da qiyabi təhsil alması əmrdə qeydə alınmamışdır”. Sorğuya verilən cavab məktubu, rektor N.Y.Salimovun imzası və möhürü ilə də təsdiq olunmuşdur.

Arifə Əhmədovanın qol qoyduğu digər qanunsuzluqlardan biri də, “Torpaq Coğrafiyası Fənnindən Çöl Təcrübələrinin Aparılmasına Dair” metodiki göstəriş kitabının müəlliflik hüququnu da öz adına çıxmasıdır. Qeyd olunan kitab 2007-ci ildə işıq üzü görmüş və müəllifi dosent Nuriyev Rəşad Məmməd oğlu olmuşdur. Həmin kitab eyni zamanda, Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının “Coğrafiya” bölməsinin 13 iyul 2007-ci il tarixli iclasının qərarı ilə də (protokol~4) təsdiq olunmuşdur. Amma, bütün bunlara baxmayaraq Arifə Əhmədovanın da müəllifi olduğu “Torpaq Coğrafiyası Fənnindən Çöl Təcrübələrinin Aparılmasına Dair” metodiki kitabı 2014-cü ildə işıq üzü görmüşdür,kitabda müəllifin dosent əvəzi (kitabın son səhifəsində Arifə Əhmədova GDU coğrafiya fakültəsinin dosenti kimi qeyd olunub) Əhmədova Arifə Abbasəli qızının olduğu yazılmışdır. Eyni zamanda həmin plagiat kitab Təhsil Nazirliyinin “Dərslik və Nəşriyyat” şöbəsinin 10 fevral 2014-cü il tarixli iclasının qərarı və 147 saylı protokolu ilə də təsdiq olunmuşdur(??????).

Qeyd olunan kitabları bir-birinə tutuşdurduqda açıqca bəlli olur ki, Arifə Əhmədovanın müəllifi olduğu “Torpaq Coğrafiyası Fənnindən Çöl Təcrübələrinin Aparılmasına Dair” metodiki kitabı, əvvəli kitabdan olduğu qaydada köçürülmüş, bu da dosent Nuriyev Rəşad Məmməd oğlunun müəlliflik hüququnun birbaşa oğurlanması deməkdir.

Bundan başqa, Arifə Əhmədlinin ikinci metodik vəsaiti isə Radanovun kitabından olduğu kimi köçürmədir.Saxta diplomla siyasi elmlər namizədi olan bu adam hələ də bilmir ki,Baltikyanı respublikalar MDB üzvü deyil,tələbələr üçün hazırladığı vəsaitdə MDB respublikalarının sayını 15 yazıb və Estoniya, Latviya, Litva respublikalarını da MDB üzvü kimi qələmə verib.(????)

Onun-bunun əsərlərini köçürüb ,öz adına çıxanArifə Əhmədova indi də dosent elmi adını almaq üçün sənədlərini Ali Attestasiya Komissiyasına göndərib.Dosentlik sənədlərinə elmi əsərlər köçürmə olduğu üçün Ali Attestasiya Komissiyasında ekspertlər mənfi rəy verib.Təkrar sənədləri bir də göndərilib,yenə də şəkillərdə göstərilən kitablar tam köçürmə olduğu üçün elmi ad verilməkdən imtina olunub.”MDB-nin iqtisadi coğrafiyası” adlı dərs vəsaiti isə Radanovun kitabından olduğu kimi köçürmədir.Arifə Əhmədova isə bütün universitetə car çəkir ki,Ali Attestasiya Komissiyasında professor Arif Quliyevlə danışmışam, pulunu da vermişəm ,mənim işimi həll edəcək.Təhsil naziri Mikayıl Cabbarovun bu yaxınlarda plagiatlıqla bağlı verdiyi əmrə görə Arifə Əhmədova işdən azad olunmalıdır, Çox maraqlıdır ki, Xucənd Universitetinin rektorunun onların təhsil müəssisəsində belə bir şəxsin təhsil almadığını bildirən, bunu imzası və möhürü ilə təsdiq edən rəsmi cavab məktubuna rəğmən saxta diplomla Arifə Əhmədova nəinki, Gəncə Dövlət Universitetində müəllimlik edir, hətta dissertasiya müdafiə edərək alimlik elmi adı da almışdır. Təəccüblüdür, deyilmi? Bəlkə də Azərbaycan reallığı üçün “yox” demək olar, amma… fərqinə varanda, çox acınacaqlı reallıqdır.

Bizim üçün çox maraqlıdır, Arifə Əhmədova saxta diplomla nazirlik statusunda olan, elmi işlərin ekspertizasını həyata keçirən bir dövlət orqanında, bir qurumda elmi iş müdafiəsinə necə buraxılıb? Ona necə elmi dərəcə verilib? Yəni doğrudanmı saxta diplomla çox hörmətli Arif Mehdiyevin sədrlik etdiyi AAK-da elmi iş müdafiə edib elmi rütbəyə yiyələnmək, alim olmaq mümkündür? Komissiyanın ekspertləri bu saxta diplomu kənara qoyub Arifə Əhmədovanın plagiat əsərlərinə görə ona necə elmi titul verir?Çox fikirləşirik,buna cavab tapa bilmirik… Bundan başqa Tacikistan mənşəli bu saxta diplom Azərbaycanda Təhsil Nazirliyi tərəfindən nostrifikasiya prosedurundan keçməyib. Çünki ağlı başında olan hər hansı normal adam saxta diplomu nostrifikasiya üçün nazirliyə verməz, o diplomun doğruluğunun araşdırılmasına risk etməz. Bildirmək istəyirik ki,lap tutaq ki, hətta əgər o diplom saxta yox, həqiqi olsa belə, əgər nostrifikasıya olunmayıbsa, GDU-nun coğrafiya kafedrasının müəllimi Arifə Əhmədovanın haqqında bəhs etdiyimiz həmin diplomu Azərbaycan təhsil sistemi üçün yenə yararsız sayılır. Nə qədər ki, gec deyil saxta diplomla elmi dərəcə alıb Gəncə Dövlət Universitetində müəllimlik edən Əhmədova Arifə Abbasəli qızının əlindən tutub auditoriyadan səssiz-səmirsiz çıxarmaq, o saxta diplomu da müsadirə edib əşyayi-dəlil kimi cinayət işinin arasına qoymaq, illərdən bəri dövlət büdcəsinə vurulmuş maddi zərəri ödətdirmək lazımdır (çünki, o, illər ərzində saxta diplomla müəllimlik edərək dövlətdən külli miqdarda maaş alıb).

Bunlardan əlavə Arifə Əhmədovanın diplom saxtakarlığından başqa bir insan kimi, ələlxüsus da qadın kimi necə bir əxlaq sahibi, necə bir mənəviyyat daşıyıcısı, qadın-müəllim kimi hansı xarakterə malik olduğunun, bir sözlə, kimliyinin üstünə aydınlıq gətirmək istəyirik.. Aşağıdakı təqdimat bu adam haqqında təəssürat almaq üçün tam yetərlidir.

Bu təqdimat o zamanArifə Əhmədovanın işlədiyi “Coğrafiya” kafedrasının müdiri olan, dosent Ə.M.Məmmədov tərəfindən həmin vaxtlar GDU-nun rektoru olan professor Mübariz Yusifova ünvanlanıb. Biz Arifə Əhmədova üçün xarakteristika olan həmin təqdimatı nöqtə-vergülünə belə toxunmadan olduğu kimi Sizə göndəririk. “Cənab rektor, coğrafiya kafedrasının müəllimi Arifə Əhmədovanın yaramaz və kobud antipedaqoji hərəkətləri barədə 3 avqust 1999-cu il tarixdə Sizin yanınızda olub hər şeyi danışmışam. Bundan başqa rəsmi surətdə Sizə yazıb məlumat vermişəm. Təəssüflər olsun ki, keçən il həmin hadisələrdən sonra Arifə Əhmədova haqqında heç bir tədbir görülmədi. Elə ona görə də bu il 27 may 2000-ci il tarixdə Arifə Əhmədova məni ən pis söyüşlə təhqir etmiş və kafedranın dörd üzvü yanında hətta məni qənd qabı ilə vurmaq da istəmişdir, lakin ona imkan verməmişlər. Hörmətli Mübariz müəllim, vaxtınızı almamaq üçün Arifə Əhmədova haqqında aşağıdakıları bildirirəm: -Arifə Əhmədova kafedrada özünü çox nalayiq aparır; -Ən pis küçə söyüşlərini və sözlərini kafedrada adi söz kimi işlədir; -Kafedrada ən intizamsız müəllimdir, çoxlu dərs buraxır (onlarca fakt var); -Kafedrada hegemonluq edir, hətta müəllim yoldaşlarla danışıqda deyir ki, “mənimlə belə … danışma. Soruşanda ki, axı sən kimsən? Cavab verir ki, “mən böyüklərin böyüyüyəm”; -Tələbələr yanında müəllim kimi nüfuzu yoxdur; -Heç nədən tələbələri incidir (1-ci kurs tələbəsiKubışev Uğur Nadir oğlunu kafedraya salıb şillələyib); -Uzaq kompleks təcrübə zamanı idarə rəhbərləri yanında nalayiq hərəkətlər edir (faktlar var); -Üzünü koridora tutub hamının qarşısında deyir ki, “onsuz da burada kişi yoxdur” və s. çoxlu fakt göstərmək olar. Sizdən xahiş edirəm, Arifə Əhmədova barədə olduqca ciddi tədbirlər görəsiniz. Elə etməyin ki, mən müvafiq sənədlərlə hüquq-mühafizə

orqanlarına müraciət edim. İmza: dos. Ə.M.Məmmədov “Coğrafiya” kafedrasının müdiri Universitet koridorunda durub “burda kişi yoxdur”deyə hayqıran ərsiz bir qadının belə ikibaşlı, üçbaşlı cümlə səsləndirməsinin fərqinə hörmətli Mıkayıl Cabbarov varmalıdır. Arifə Əhmədova siyasi elmlər namizədi elmi dərəcəsi olduğuna və siyasi baxışlarına görə yox, karyera xatirinə və başlıcası da toxunulmazlıq statusu qazanmaq, etdiyi saxtakarlıqları risk edib kimsənin üzə çıxarmaması üçün öncə Yeni Azərbaycan Partiyasının sıralarına daxil olub. Amma çox çəkməyib ki, yuxarıdakı təqdimatda qeyd edilən qaba və qadın üşün ikrah hissi doğuran davranışlarına görə bu partiyadan uzaqlaşdırılıb. Sonra… isə Azərbaycan İslam Partiyasına daxil olub.Mapaqlıdır,universitet hara, qeyri-əxlaqi davranış hara, hicab hara? Sonda onu qeyd etmək istəyirik ki,Arifə Əhmədovanın oğlu Murad ANS televiziyasında işləyir.Həm Arifə Əhmədova ,həm də oğlu nurçulara yaxın şəxsdir,ANS televiziyası baglandıqda öz səhifəsində status yazıb ki,ANS-i bağlayanlar ermənilərlə iş birliyindədir,müxtəlif sosial şəbəkələrdə dövlətçiliyimiz əleyhinə təbliğat aparır.Bundan başqa sosial şəbəkələrdə “ANS-i qaytaraq “adlı səhifə yaradıb imza toplamaqla məşğuldur..

Qeyd. Sizə göndərilən şəkillərdə Foto 1,Foto 2,Foto 3,Foto 4 adlı şəkillər dosent Nuriyev Rəşad Məmməd oğlunun kitabının səhifələrinin şəkilidir.

Foto 5,Foto 6,Foto 7,Foto 8,Foto 9,Foto 10 adlı şəkillər isə Arifə Əhmədlinin eyni adlı kitabının səhifələrinin şəkilləridir.Müqayisə edin ,olduğu kimi köçürmədir.

Foto 11 isə, 2002-ci ildə Gəncə Dövlət Universitetinin əməkdaşlarından birinin, Bobocan Qafurov adına Xucənd Dövlət Universitetinin rəhbərliyinə ünvanladığı sorğuya verilən cavab məktubunun şəkilidir.Oradan görünür ki,diplom saxtadır.

Foto 12 isə YAP-dan qovulub İslam Partiyasında yer tutmasını göstərir.

Foto 13 isə Arifə Əhmədovanın işlədiyi “Coğrafiya” kafedrasının sabiq müdiri olan, dosent Ə.M.Məmmədov tərəfindən GDU-nun rektoru olan professor Mübariz Yusifova ünvanlanan təqdimatın şəkilidir.

Belə bir şəxs Gəncə Dövlət Universitetində necə müəllim işləyir?????

Bir qədər də Nəsibə Hacıyeva haqqında yazaq. Bu xanımın ali təhsil haqqında diplomu qanunidir. Amma dosent diplomu saxtadır. Elə bu səbəbdən də plagiat faktlarına görə ali məktəbdən azad olunmalıdır.

Bunlar Foto 14 ,Foto 15, Foto 16-dır.

Belə ki, təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən elmi əsərlərində plagiat halları aşkar edildikdə həmin müəllim universitetin müəllimliyindən azad olunur,yəni həmin əməkdaşla əməkdaşlığa son qoyulmalıdır.Lakin Sizə göndərdiyim rəsmi sənədlərdən hər şey aydın görünməyinə baxmayaraq nazir özü öz əmrinin icra edilməsinə mane olur.Məlumunuz olsun ki,həm Gəncə Dövlət Universitetinin müəllimi Nəsibə Hacıyevanın, həm də Arifə Əhmədovanın elmi əsərləri tamamilə plagiat olduğu olduğu üçün ləğv olunmuşdur.

Arifə Əhmədova haqqinda Ali Attestasiya Komissiyasının GDU-nun rektoruna ünvanladığı rəsmi məktubun surətini də Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəftərxanasından əldə etmişik.

 

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın