Bazar ertəsi , May 27 2019
Ana səhifə / Gündəm / Yollardakı arakəsmələrin adamları doğramasının səbəbi –FOTOLAR

Yollardakı arakəsmələrin adamları doğramasının səbəbi –FOTOLAR

Azərbaycanda yol qəzalarında ölümlərin səbəblərindən biri də dəmir arakəsmələrdir. Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzadan sonra məlumat yayılır ki, dəmir arakəsmələr söküləcək.
Ekspertlər bildirir ki, dəmir arakəsmələrin sökmək, dövlətə növbəti zərbə vurmaq lazım deyil. Sadəcə, onu təhlükəsiz şəkildə qurmaq lazımdır. Yol inşaatçılarından olan Şamil Məmmədov bildirir ki, arakəsmələrin maşının salonuna girib insanları parçalamasının səbəbi yol ayrıclarında, döngələrdə dəmirlərin maili şəkildə sonunclanmamasıdır. Hansısa qeyri-peşəkar mütəxəssisin üzündən Azərbaycanda yollarda arakəsmələrin başını torpaq səviyyəsinə endirmirlər. Avropada arakəsmələrin qurtaracaq hissəsini elə formada – maili qururlar ki, maşın ona dəyəndə, dəmir içəri girmir, maşının altında qalır, avtomobil dəmirin üstünə çıxıb onu altında qoyur, dəmir salona girmir. Azərbaycanda isə arakəsməni maili şəkildə sonuclamırlar və avtomobil ona dəyəndə düz salona girir, insanları doğrayır. Belə qəzalar məhz arakəsmələrin sonuclandığı yerlərdə baş verir. Sonuclanma olmayan yerlərdə isə o dəmir qəzalarda ölüm riskini azaldır. Yəni maşın yoldan çıxanda ona yandan dəyərsə, elastiklik hesabına maşında ölüm riski olmur. Əksinə, o arakəsmələr olmasa, maşın yoldan çıxıb, çıxıb ağaca, betona çırpılanda ölüm daha çox olur”.
Aşağıdakı fotolara diqqət edin; sondakı iki foto Avropada, digərləri Azərbaycan yollarında çəkilib. Fotolardan da aydın olur ki, Azərbaycanda arakəsmələr maşının içərisinə maili sonuclanmaması səbəbindən girir.

Həmçinin oxuyun

REKTORUN 200 MİNLİK YENİ AVTOMOBİLİ – “Bir neçə aydır bu lüks maşından istifadə edir” (FOTO)

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva özünə lüks avtomobil alıb. Bakupost.az-ın əldə etdiyi məlumata görə, …

Bir cavab yazın