Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Yol polisinin cərimə meydançasında maşınları kim yandırıb?

Yol polisinin cərimə meydançasında maşınları kim yandırıb?

Abşeron rayonunda Bakı Şəhər Dövlət Yol Polisinin cərimə meydançasında dayanmış, sahibləri məlum olmayan “Chrysler”, “Mercedes”, “Mitsubishi” və “Ford” markalı minik avtomobillərinin yanmasının səbəbi məlum olub.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ANS PRESS-ə açıqlamasında bildirib ki, yanğın heç də təsadüf nəticəsində baş verməyib: “Yanğının baş verməsinə konkret şəxs səbəb olub. Belə ki, polis əməkdaşları sərxoş vəziyyətdə avtomobil idarə edən sürücünü nəqliyyat vasitəsi ilə birgə cərimə meydançasına (dayanacağa) gətiriblər. Dayanacaqda həmin şəxs avtomobildən şəxsi əşyalarını götürmək istədiyini bildirib və polis əməkdaşları da razılıq veriblər. Sərxoş şəxsin maşınında butulkada benzin olub və maşından həmin yanar maddəni götürərək öz avtomobilinin üzərinə tökərək od vurub. Yanğının miqyası getdikcə genişləyib və ərazidəki avtomobillərə də yayılıb. Əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyi əməkdaşları tərəfindən yanğının qarşısı alınıb. Hadisəni törədən sürücü tutularaq istintaqa cəlb edilib və barəsində cinayət işi açılıb”.

Şöbə rəisi onu da əlavə edib ki, saxlanılan şəxsin məhkəməsi olacaq və bundan sonra yanan avtomobillərə dəyən zərərin kim tərəfindən ödəniləcəyi müəyyən ediləcək.

Onu da bildirək ki, əgər cərimə meydançasında saxlanılan avtomobillər ehtiyatsızlıq nəticəsində yanarsa və ya yararsız vəziyyət düşərsə, həmin zərər meydançanın təhlükəsizliyini təmin edən müəsisə tərəfindən ödənilir.

Cinayəti törədən şəxsi Abşeron rayon Polis İdarəsinin əməkdaşları saxlasa da, onun adı hələlik açıqlanmır.

*   *   *10:20

Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Abşeron rayonunda Bakı Şəhər DYP-nin cərimə meydançasında dayanmış, sahibləri məlum olmayan “Chrysler” markalı minik avtomobilinin yanar hissələri, “Mercedes” minik avtomobilinin sağ hissəsi, “Mitsubishi” markalı minik avtomobilinin sol hissəsi və salonu yanıb, “Ford” markalı minik avtomobilinin qabaq hissəsi qismən əriyib.

Digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 01:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın