Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Gündəm / Yeni təsil naziri təyin olunubmu? – Müəmma (Yenilənib)

Yeni təsil naziri təyin olunubmu? – Müəmma (Yenilənib)

Azinforum.az bildirir ki, Yusif Məmmədəliyevin təhsil naziri təyin olunması ilə bağlı xəbəri yayan ilkin mənbə Movqe.az saytı olub.  Ölkənin əksər media resursları və o cümlədən biz ciddi qaynaq olduğuna şübhə etmədiyimiz  həmin sayta istinadən yeni təyinat barədə məlumatı saytımızda yerləşdirmişik. Çox maraqlıdır ki, məlumatı yayan ilkin mənbə və ona istinad edən bəzi saytlar sözügedən xəbəri resurslarından siliblər.  Hələlik bu məsələyə rəsmi münasibət bildirilmədiyi səbəbindən bu istiqamətdə müəmma davam edir.

******

Yeni təhsil naziri məlum olub.

Azinforum.az movqe.az-a istinadən xəbər verir ki, Yusif Məmmədəliyev təhsil naziri təyin olunub.

Qeyd edək ki, Yusif Məmmədəliyev 1995-ci ildə Səbail rayon 134 nömrəli orta məktəbi bitirdikdən sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinə qəbul olunub. 1999-cu ildə qeyd olunan institutda bakalavr dərəcəsini aldıqdan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsilini davam etdirib. 2001-ci ildə Akademiyanın İnzibati idarəetmə fakültəsini Dövlət və bələdiyyə idarəetmə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.

1997-ci ildə 18 yaşlı Y. Məmmədəliyev Xarici İşlər Nazirliyində diplomatik karyerasına başlayıb, 1997-2002-ci illər ərzində nazirliyin Beynəlxalq Təşkilatlar İdarəsində referent və attaşe vəzifələrində çalışıb.

2002-2005-ci illərdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində attaşe kimi fəaliyyət göstərib.

2003-cü ildə Azərbaycan Respublikası Prezident seçkilərində Leyla Əliyevanın rəhbərliyi ilə “İlhamla İrəli” şüarı altında gənclərin təşəbbüs qrupunun tərkibində İlham Əliyevin seçkiqabağı kampaniyasında iştirak edib.

2005-2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsində ikinci və daha sonra birinci katib vəzifələrində çalışıb.

2009-2011-ci illərdə Madrid şəhərində Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyində birinci katib və müşavir vəzifələrində fəaliyyət göstərib.

2011-2013-cü illərdə ABŞ-ın Nyu-York şəhərində yerləşən Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində müşavir və daha sonra Daimi Nümayəndənin müavini vəzifələrində çalışıb. 2011-ci il 14 noyabr tarixində Azərbaycanın 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi prosesində fəaliyyətinə görə birinci dərəcəli birinci katib diplomatik rütbəsini almışdır.

2013-cü il 1 may – 30 dekabr tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində idarə rəisi vəzifəsində çalışmış, ona birinci dərəcəli müşavir diplomatik rütbəsi verilib.

2014-cü il yanvar ayından etibarən Heydər Əliyev Fondunda ekspert qismində və İDEA İctimai Birliyinin icraçı direktoru vəzifələrində iş fəaliyyətini davam etdirib.

2017-ci il 1 iyun tarixində Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri təyin edilib.

Həmçinin oxuyun

Narazı vətəndaşın ümidi nazirə qalıb… – GİLEY

Dələduzluq yolu ilə aldadılaraq külli miqdarda pulu mənimsənilən Atayeva Vüsalə Arif qızı Rubrika.Az saytına müraciət …