Cümə axşamı , Oktyabr 17 2019
Ana səhifə / Gündəm / “Yeni Müsavat”ın iki müxbiri BMCMİ-yə çağırıldı – səbəblər

“Yeni Müsavat”ın iki müxbiri BMCMİ-yə çağırıldı – səbəblər

“Yeni Müsavat, qəzetinin iki müxbiri bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. Səbəb bir neçə gün əvvəl qəzetin müxbirlərinin “Tornado” mühafizə şirkətinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmaları, onlara qarşı zor tətbiq etmələri olub. 
Jurnalistlər zərərçəkmiş şəxs kimi ifadə veriblər.
Xatırladaq ki, sentyabrın 21-də Sabunçu rayonu ərazisində “Tornado” şirkəti tərəfindən aparılan söküntü işləri ilə bağlı çəkiliş etmək istəyən reportyorlar Məhəmməd Türkmən və İlkin Muradova şirkətin mühafizə xidmətinin 10 nəfərə yaxın əməkdaşı tərəfindən təzyiq göstərilib.
Jurnalistlər şirkətin əməkdaşlarına vəsiqələrini göstərərək özlərini təqdim etsələr də, buna məhəl qoyan olmayıb. Əvəzində şirkətin işçiləri jurnalistlərin üstünə hücum çəkərək təhqir ediblər və fiziki təzyiq göstəriblər.
Baş verən hadisədən sonra “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciə etmişdi. Baş redaktor nazirə müraciətində bu vəziyyətdə digər əməkdaşlarının da həyatlarına ciddi təhlükə yarandığını hiss etdiyini bildirmişdi.
Rauf Arifoğlu jurnalistlərə qarşı terrora yol vermiş şəxslərin tapılıb, cəzalandırılmamasının onları başqa qanunsuz əməllər törətməyə ruhlandıra biləcəyini qeyd edərək, məsələnin tez bir zamanda hüquqi qiymət alması məqsədilə Ramil Usubova müraciət etmişdi.
Baş redaktorun müraciəti Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Həmçinin oxuyun

Əli Əsədov Baş Nazir oldu – Yenilənib

Milli Məclisin növbəti plenar iclası başlayıb. “Qafqazinfo” xəbər verir ki, iclasda Azərbaycan Prezidentinin təqdimatına əsasən …

Bir cavab yazın