Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Gündəm / Yeni ili evdən kənarda qarşılamaq istəsən… – qiymətlər: 50, 100, 250..

Yeni ili evdən kənarda qarşılamaq istəsən… – qiymətlər: 50, 100, 250..

Manatın il ərzində ikinci dəfə devalvasiyaya uğraması paytaxtda bir çox restoranların fəaliyyətinə təsir edib. 
Musavat.com-un məlumatına görə, restoranların Yeni il şoularının qiymətində də dəyişiklik edilib, proqramların qiymətlərində müəyyən artım var.
Məsələn, “Sultan” restoranında şənlik üçün bir nəfərlik biletin qiyməti 60 manatdır. Halbuki devalvasiyadan öncə və ötən il bu qiymət 50 AZN təşkil edirdi. Qiymət artımı ilə bağlı restorandan bildirirlər ki, bunun səbəbi bazarlarda ərzaq məhsullarının qiymətinin bahalaşmasıdır. Əgər şənlik üçün bir nəfər bir neçə bilet alırsa, o zaman güzəştlər edilir.
Bakının Çobanzadə küçəsində yeləşən restoranlarda Yeni il şənlikləri üçün bir nəfərlik biletin qiyməti 60-100 manat arasında dəyişir.
Nisbətən mərkəzdə olan restoranlarda isə Yeni il proqramları üçün biletlərin qiymətində fərq var. “Dəmirçi Plaza”da yerləşən “Gate 25” restoranında deyirlər ki, qiymətlərdə heç bir dəyişiklik edilməyib. Bu restoranlarda bəhs etdiyimiz gün təşkil edilərn proqramlar üçün  bir nəfərlik biletin qiyməti  isə 150- 200 manat arasında dəyişir.
“Buta palace” restoranında isə qiymətlər müxtəlifdir, adi zallarda 1 yerin bileti 50, VİP hücrələrdə isə 200 manatdır.
“Hilton Otel”də şənlik saat 20:00-dan 02:00-a qədər davam edəcək. Bir nəfərin əyləncəsi 170 manata başa gələcək.
“Fairmont Baku at the Flame Towers”də də qiymətlər təyin olunarkən orta gəlirli azərbaycanlı ailəsi nəzərə alınmayıb.  Yeni ili bu məkanda keçirmək istəyənlər restorana  bir nəfər üçün   50 -190 manat arasında pul ödəməlidirlər.  Hoteldə “Alov” restoranı ikiqiymətli menyu təklif edib. Xüsusi menyu 140 manat, yalnız cazz və şampanın olduğu menyu isə 50 manat dəyərindədir.
“Kempinski” otelinin “Qəbələ” zalında təşkil olunacaq şənlikdə qiymətlər qonaqların yerləşdirilməsindən asılı olaraq fərqlidir. Böyük zalda mərkəzə yaxın yerdə bir nəfərlik bilet  250 manatadır.  Nisbətən uzaq isə 220 manatdır. Mərkəzdən uzaqlığına görə, qiymətlər minumum 160 manata qədər dəyişir. Şənlik 21:00-dan gecə saat 4-ə qədər davam edəcək.



 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın