Ana səhifə / Gündəm / “Yeni Bakı” sakini “İlin Dörd Fəsli” MMC-ni məhkəməyə verdi – FOTO

“Yeni Bakı” sakini “İlin Dörd Fəsli” MMC-ni məhkəməyə verdi – FOTO

Əmiralı Əliyev: “Heç bir borcum olmadığı halda, mənzilimin açarlarını dəyişdirib və qanuni mənzilimə girişimi məhdudlaşdırıblar”

Son aylarda Masazırda yerləşən “Yeni Bakı” yaşayış komleksi və bu yaşayış komleksində mənzil satışını həyata keçirən “İlin Dörd Fəsli” MMC ilə bağlı mətbuatda müxtəlif məlumatlar yayılmaqdadır. Bundan əvvəl, “Yeni Bakı” sakinlərinin  ərizə ilə müraciəti əsasında mediada bir sıra yazılar dərc olunub və şəhərcikdəki bir sıra problemlərlə bağlı jurnalist araşdırmaları aparılıb.

Noyabrın 22-də Qafqaz Xəbər Agentliyinə müraciət edən “Yeni Bakı” sakini Əmiralı Qadir oğlu Əliyev bildirdi ki, sözügedən yaşayış kompleksindəki problemlərinin ictimailəşməsində göstərdiyi fəallığa görə “İlin Dörd Fəsli” MMC rəhbərliyi və şirkətin “Yeni Bakı”da təyin etdiyi komendant Ehtiram Yusifov tərəfindən təzyiqlərə məruz qalıb.15151497_334564293583637_912969914_n

Ə.Əliyev bildirdi ki, artıq dörd ildir “Yeni Bakı”da yaşayır:“Mən 2-ci “P-şəkilli” binada qalıram. Bundan başqa, 2014-cü ilin əvvəlində 5-ci “P-şəkilli” binada 68 kvadrat metrlik ikinci mənzil almışam. Bu mənzillə bağlı “İlin Dörd Fəsli” şirkətinə borcum yoxdur və bu barədə maliyyə arayışım da var. Hətta, bu mənzildə yaşamadığım halda kommunal ödənişi də həyata keçirmişəm. Lakin “İlin Dörd Fəsli” MMC rəhbərliyi və şirkət tərəfindən “Yeni Bakı”ya qanunsuz olaraq komendant təyin edilən Ehtiram Yusifov mənim mənzilimin açarlarını dəyişdirib, öz qanuni mənzilimə girişimi məhdudlaşdır15207906_334564303583636_1885546676_nıblar. Həmin bir sıra lazımlı avadanlıqlar yerləşdirmişəm. Onların hamısı içəridə qalıb, amma “qeyri-müəyyən” səbəblərə görə, öz qanuni mülkiyyətimə daxil ola bilmirəm.

Əvvəlcə, məndən sayğaclar üçün 700 manat pul istəyirdilər, indi isə deyirlər ki, mənzil sənin deyil… Məsələylə bağlı, Abşeron RPİ-yə müraciət etdim, nəticəsi olmadı. Ehtiram Yusifov Abşeron RPİ-də bildirdi ki, onun mənzil müqaviləsinin ləğvi üçün məhkəməyə müraciət olunub. Məhkəmədən bildiriş gözlədim, gəlmədikdə isə özüm “İlin Dörd Fəsli” şirkətinə qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırmışam. Bu g15135511_334564300250303_792903741_nünlərdə hazırlıq iclası oldu, lakin şirkət nümayəndəsi iclasda iştirak etmədi. Dekabrın 5-də isə növbəti proses iclası olacaq”.

Vətəndaşın sözlərinə görə, birinci mənzilini alarkən də, sayğaclar üçün “İlin Dörd Fəsli” MMC-yə 700 manat əlavə pul verib. “O vaxt da mənə heç bir qanuni çek verməmişdilər. Heç kimə çek vermirlər, sadəcə bir kağıza yazırlar ki, “filan mənzil təmirə buraxılsın”. Məndən “Azərişıq”, “Azərsu” və “Azəriqaz”ın “smart” sayğacları üçün 700 manat aldılar, sonra isə dedilər ki, “gələcəkdə o sayğacları quraşdıracağıq, indi gedin özünüzə bazardan sayğac alın”.

10-12 manatlıq su sayğaclarını özləri quraşdırıblar, işıq sayğaclarını isə ya özün “Səkkizinci kilometr” bazarından və ya başqa yerlərdən almalısan, yaxud da 40 manata elə “Yeni Bakı” komendantlığından satın almaq mümkündür. Bu çəkilən xərclərin isə əvvəldən aldıqları 700 manat pulla heç bir dəxli yoxdur. Bazardan alınan və ya özlərinin sakinlərə “hələlik bundan istifadə edin” bəhanəsiylə satdığı sayğaclar təhlükəsizlik standartlarına cavab vermir. Sabah hər hansı qəza olsa, kim məsuliyyət daşıyacaq?

Digər tərəfdən. Prezidentin sərəncamına görə, mənzillərə sayğaclar pulsuz quraşdırılmalıdır. “İlin Dörd Fəsli” MMC istər kommunal ödənişlər, istərsə də sayğac adıyla həyata keçirdikləri pul yığımlarında vətəndaşlara VÖEN qeyd olunan və ya möhür vurulan çek təqdim etmirlər. Bu isə, birbaşa olaraq qanunsuzluqdan xəbər verir”, – deyə Əmiralı Əliyev vurğuladı.

O əlavə etdi ki, ona qarşı təzyiqlər və qanunsuz hərəkətlərlə bağlı Abşeron RPİ-də bir tədbir görülmədiyindən, bu günlərdə DİN başçısı Ramil Usubova da “mia.gov.az” saytı vasitəsilə müraciət edib. Xatırladaq ki, bu günlərdə “sputnik.az” saytında “İlin Dörd Fəsli” MMC-dən şikayətlənən “Tri Karona” yaşayış kompleksinin sakinlərinin problemi ilə bağlı məqalə dərc olunmuşdu: “Paytaxtın Həsən bəy Zərdabi küçəsində yerləşən “Üç Tac” yaşayış kompleksinin sakinləri artıq uzun illərdir ki, dözülməz şəraitdə yaşamağa öyrəşiblər. Bunun bir neçə səbəbi var. “İlin dörd fəsli” şirkətinin inşa etdiyi bu binalar Bakı şəhərində ilk yenitikili binalardan hesab olunur və tikiliş tarixi 2000-ci illərin lap əvvəllərinə təsadüf edir. Lakin o vaxtdan bu günə kimi həmin yaşayış kompleksinə nə qaz verilib, nə də mülkiyyət haqqında çıxarış (kupça).

Sakinlərin üzləşdiyi əsas problem də, məhz burdan qaynaqlanır. Binalarda qaz və çıxarış olmadığı üçün, demək olar ki, heç kim evini sata bilmir. Aydın məsələdir ki, qazı və çıxarışı olmayan mənzilə alıcılar yaxın durmaq istəmirlər. Rieltor Samir407773860 Əliyev Sputnik-in əməkdaşı ilə söhbət zamanı deyib ki, çox nadir hallarda kimsə gəlib bu binalardan ev alır: “Satan çoxdur, açığı deyim, əlacları olsa, burdakıların hamısı evini satar. Problem ondadır ki, bura yaxın gələn yoxdur. Mən də olsam, qazsız, “kupça”sız evə yaxın durmaram. Bəzi alıcılar da olur ki, “kupça”nı problem hesab etmir, qazlı ev axtarır. Axı, burda heç o da yoxdur!”.

Bəzi sakinlərlə də söhbət aparmaq imkanımız oldu. Fəridə adlı yaşlı xanım, 10 ilə yaxındır ki, evini satışa çıxardığını, ancaq qaz olmadığı üçün sata bilmədiyini deyir: “Cəmi bir dəfə real müştəri çıxmışdı, o da binanın təhlükəli yerdə tikildiyini deyib, almaqdan imtina elədi”. Həqiqətən də, “Üç tac” (el arasında “Tri korona” kimi tanınır — red.) yaşayış kompleksinin tikildiyi ərazi bir az narahatlıq yaradır. Kompleksin həyət tərəfinin qarşısı məşhur “qanlı göl”dür. Və həyətdəki meydançadan 5 metr irəlidə uçurum var. İnsanlar təbii fəlakət zamanı bu binaların davam gətirib-gətirməyəcəyi barədə tərəddüd edirlər” (sputnik.az).

Qafqaznews.az əməkdaşı Əmiralı Əliyevin sözləri ilə bağlı münasibət almaq məqsədi ilə, “Yeni Bakı”nın komendantı Ehtiram Yusifova zəng edib. Lakin E.Yusifov zənglərə cavab verməyib.

“İlin Dörd Fəsli” MMC-nin məsələ ilə bağlı mövqeyini də dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın