Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Gündəm / Yaşayış binasının zirzəmisində təhlükəli və qanunsuz inşaat… – FOTOLAR

Yaşayış binasının zirzəmisində təhlükəli və qanunsuz inşaat… – FOTOLAR

Mayın 11-də Saatlı rayonunda 5 bal gücündə zəlzələ baş verdi, xoşbəxtlikdən bu zəlzələ tələfatsız və dağıntılarsız ötüşdü. Lakin bu təbii fəlakət bizi Bakıda, habelə regionlarda yaşayış və qeyri-yaşayış binalarında aparılan qanunsuz, kortəbii və təhlükəli inşaatlara diqqət yetirməyə sövq etdi.

Heç kimə sirr deyil ki, Bakıda bir çox yaşayış binalarında sakinlər tərəfindən memarlıq normalarına cavab verməyən xeyli artırmalar, eyvanlar inşa olunub. Bəzən ana divarlar sökülüb və ya zədələnib, binaların zirzəmilərində “artırılma” işləri aparılıb. Bütün bu işlər binaların zəlzəyə qarşı davamlılığına zərbə vurur, çox zaman binaların qəzalı vəziyyətə düşməsinə də xidmət edir.

Bu cür qanunsuz tikinti hazırda Bakı şəhərində Naxçıvanski küçəsi, bina 39 ünvanda aparılır. Həmin binada yaşayan sakin İbadov Elvin Nadir oğlu yaşadığı binanın qarşısında, arxasında və zirzəmisində qonşusu Əhmədov Rəşadın qanunsuz apardığı inşaat işlərindən şikayət edir.

İbadovun dediyinə görə, həyata keçirilən qanunsuz inşaat işləri binaya ciddi ziyan vurur. Binanın zirzəmisində aparılan söküntü işləri son dərəcə təhlükəli vəziyyət yaradıb. Elvin İbadov deyir ki, dəfələrlə baş verən qanunsuzluqlarla bağlı aidiyyatı qurumlara müraciət edib. 2015-ci ildə binanın qarşı tərəfində aparılan tikinti işləri dayandırılıb və qazıntı doldurulub. 2016-ci ilin dekabrında isə kimlərinsə himayəsi ilə tikinti işləri yenidən başlayıb. Qonşular arasında mübahisə yenidən alovlanıb. Bundan sonra yazmadığı, şikayət etmədiyi qurum qalmayıb.

FHN qanunsuz tikilinin sökülməsi ilə bağlı akt tərtib edib. İcra Hakimiyyəti də qanunsuz tikilinin sökülməsi ilə bağlı məktub yollayıb. Lakin qanunsuz tikinti dayandırılmaq, sökülmək əvəzinə davam etdirilir.

E.Əhmədov iddia edir ki, Əhmədov Rəşad və qaynanası Süleymanova Novella mübahisə zamanı ona deyiblər: “Dövlət bizik, sən hələ bizi tanımırsan. Biz naxçıvanlıyıq başınıza oyun açarıq. Xoşunuza gəlmirsə evinizi satıb, gedin”.

Elvin İbadov qeyd edir ki, həmin vaxt Rəşad Əhmədovla mübahisə edərkən, qaynanası Novella Süleymanova onun sol ayağından kürəklə vurub. Bundan sonra o, R.Əhmədov və onun qaynatası Akif tərəfindən döyülüb. O, ciddi xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib. İki aya qədər müalicə alıb. Səhhəti hələ də tam bərpa olunmayıb. Döyüldüyü üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Məhkəmə isə cavabdeh tərəfi cəzalandırmayıb.

Maraqlısı odur ki, binanın zirzəmisində qazıntı işləri aparan fəhlələr, zirzəmidən iri beton parçalarını çıxarır və onları heç kim görməsin deyə, elə binanın həyətində basdırır.

Sözsüz ki, burada söhbət bina üçün yaranmış ciddi təhlükədən qedir. Lakin buna məhəl qoyan yoxdur. Beləcə hər kəsin gözü qarşısında qeyd olunan ünvanda bir yaşayış binasının sakinlərinin həyatı bilərəkdən təhlükəyə atılır.

musavat.com

Həmçinin oxuyun

Füzuli Ələkbərovun yenidən dirilişinin arxasında nə var?

Sabiq nazir destruktiv əməllərini indi də başqa formada davam etdirməkdədir. Beləki Füzuli Ələkbərov nazir olduğu …

Bir cavab yazın