Ana səhifə / Gündəm / Yardımlının icra başçısı Sevindik Hətəmov 100 min manatlı hara xərcləyib?

Yardımlının icra başçısı Sevindik Hətəmov 100 min manatlı hara xərcləyib?

Sevindik Hətəmovun “Mirana-Aston Villa” MMC-yə ayırdığı pulla hansı tədbirin keçirildiyi məlum deyil

Yardımlının icra başçısı Sevindik Hətəmov rayonda hansısa bayram tədbirinin təşkilini Qəbələ rayonunda qeydiyatda olan “Mirana-Aston Villa” MMC-yə həvalə edib. JAM.AZ xəbər verir ki, yerinə yetirilən iş və xidmətin dəyəri olaraq şirkətin hesabına büdcə vəsaitindən nə az, nə çox- düz 100 min manat pul köçürüb.

Qeyd edək ki, 100 min manata hansı bayram tədbirinin keçirildiyi məlum deyil. Aparılan araşdırmalarda da Yardımlı İcra Hakimiyyətinin səlahiyyətliləri bu məsələdə susmağa üstünlük veriblər.

Məsələ ilə bağlı Yardımlı rayon İcra Hakimiyyətinin rəsmi səhifəsini araşdırdıq. Ki, bəlkə həmin 100 min manatlıq bayramın hansı olduğunu aydınlaşdıra bilər. Orada 6 bayram tədbirinin keçirildiyi qeyd olunub. Fotoşəkillərdən görünən isə o olub ki, həmin şənlik və tədbirlərin heç biri təmtəraqlı olmayıb. Onlardan yalnız 3-nə konsert proqramı daxil edilib. Həmin konserti verənlər də elə yerli ifaçılar və mədəniyyət işçiləri olub.

Digər 3 bayram tədbiri isə büdcə təşkilatlarının iştirakı ilə İcra Hakimiyyətinin akt zalında keçirilib. Yəni, zurna-qavalsız…

JAM.AZ-ın araşdırmalarına görə, dəyəri 100 min manat olaraq göstərilən bu bayram tədbirindən məntiqlə bütün yardımlılar xəbər tutmalı idi. Orada atəşfəşanlıq, konsert proqramları da olmalıydı. Lakin nə rayon camaatı atəşfəşanlıq görüb, nə də konsertdən xəbəri olan var. O zaman sual meydana çıxır: 100 min manata hansı bayram tədbiri və ya tədbirləri keçirilib? Bu bayramın adı nədir və nə vaxt təşkil olunub?

Gedişatdan belə məlum olur ki, ortadakı 100 min manatlıq «bayram» müəmmalı məsələdir. Daha doğrusu, həmin pul Yardımlı İcra Hakimiyyətinin zavalına gəlib.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın