Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Yapon səyyah Ağdamdan şok fotolar göndərdi – Video

Yapon səyyah Ağdamdan şok fotolar göndərdi – Video

Bir vaxtlar gözəlliyindən ağız dolusu danışdığımız Qarabağ artıq hər zaman filmlərdə gördüyümüz, qurd-quş ulayan, viranə qalmış diyarlardan heç də fərqlənmir. Dünyanı gəzən həmyerlilərimiz ən ucqar nöqtələrin şəkillərini çəkib paylaşa bildiyi halda, Qarabağ onlar üçün çox uzaq, bəlkə də imkansızdır. 

“Qafqazinfo” xəbər verir ki, bunun üçün də tək ümid yerimiz, arabir yadlaşan doğma ocaqdan bizə xəbər ötürən xarici jurnalistlər, dünya səyyahlarıdır.

Qarabağdan son foto və videonu Avropanı bir neçə dəfə gəzmiş Şəfəq Əskərovaya yapon səyyah göndərib. Səyyah Yusuke Watanabe ikinci dünya səyahəti zamanı Azərbaycanda da olub. Bakını və qonaqpərvərliyimizi sevən səyyahın Qarabağ məsələsi diqqətini çəkdiyi üçün mütləq oraya gedəcəyini bildirib.

Ancaq orada olan zaman nə Yusuke gördüyü mənzərədən razı qalıb, nə də ki, biz onun göndərdiyi fotolarda yaddaşlardakı Şuşa, Qarabağ mənzərələrinə rast gələ bilmişik. Səyyahdan orada müşahidə etdiklərini qısa nəql etməsini xahiş etdiyimiz zaman Qarabağ təəssüratlarını bir sözlə ilə ifadə edə biləcəyini söylədi: “Qafqazın Xerosiması”. O, həmçinin Ağdamdan çəkdiyi videonu “Qafqazinfo”ya göndərib.

Səyyahın sözlərinə görə, bunlar indiyə qədər səyahətinin ən şokedici görüntüsü idi. Sərhəddi keçəndən sonra oranı bir əsgərlə gəzib. Dil probleminə görə əhali ilə ünsiyyət qura bilməyib.

Səyyahın dekabr ayında Qarabağdan çəkdiyi fotoları və Ağdamdan çəkdiyi videonu təqdim edirik.

 

Yapon səyyah Ağdamdan şok fotolar göndərdi  -  Video
Yapon səyyah Ağdamdan şok fotolar göndərdi  -  Video
Yapon səyyah Ağdamdan şok fotolar göndərdi  -  Video
Yapon səyyah Ağdamdan şok fotolar göndərdi  -  Video
Yapon səyyah Ağdamdan şok fotolar göndərdi  -  Video
Yapon səyyah Ağdamdan şok fotolar göndərdi  -  Video
Yapon səyyah Ağdamdan şok fotolar göndərdi  -  Video
Yapon səyyah Ağdamdan şok fotolar göndərdi  -  Video

 

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın