Bazar , Oktyabr 25 2020
Ana səhifə / Gündəm / Yanğın yerinə 3 helikopter göndərildi – Yenilənir

Yanğın yerinə 3 helikopter göndərildi – Yenilənir

Səhiyyə Nazirliyi də səhər saatlarında  “Eurohome” Ticarət Mərkəzində başlayan yanğınla bağlı məlumat yayıb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, Ekologiya postu kimi tanınan ərazidə tikinti materialları bazarına çağırış saat 08:18-də daxil olub. Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir nəfər sahibkar müraciət edib.

Ona yerində yardım göstərilib.

***

Fövqəladə Hallar Nazirliyinin sözçüsü Gülçin Mehdiyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yanğının çox güclü olması səbəbilə “Çağırış 3” elan olunub: “Hazırda yanğının söndürülməsi üçün hadisə yerinə nazirliyin 3 helikopteri və bütün yanğınsöndürən qüvvələr cəlb olunub”.

Həmçinin oxuyun

Prezident bu ərazilərimizin işğaldan azad edildiyini açıqladı – SİYAHI

Prezident İlham Əliyev Ordumuzun işğaldan azad etdiyi növbəti ərazilərimizi açıqlayıb. Prezident “Tvitter”də paylaşım edib: “Müzəffər …