Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Yağın qiyməti niyə qalxdı?

Yağın qiyməti niyə qalxdı?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkədə yağın bahalaşmasının səbəblərindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan E. Hüseynov qeyd edib ki, kərə yağının qiymət artımının 1 nömrəli amili, dünya bazarında onun qiymətinin qalxması ilə əlaqədardır: “2016 -cı ilin iyun, iyul ayları ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə kərənin dünya bazarında qiymətləri 100%, yəni 2 qat artıb.

Dünya bazarı dedikdə, Okeaniya NZ- Australia (əsas istehlakçı NZ -dir), Avropa və Amerika qiymətləri nəzərdə tutulur.

Qiymətə təsir edən bu 3 bazardan isə Okeaniyanın təsiri daha çoxdur.

Ekspert bildirib ki, Amerika əsasən daxili bazarı təmin edir, Avropa istehsalçıları Avropa və Avropaya yaxın ölkələrə, Okeaniya isə demək olar ki, əksər ölkələrə ixrac edir (Avropa və Amerikaya da):

“Bəs qiymət artımı nə ilə bağlıdır?

İstehsalmı azaldı, əhalimi birdən artdı və ya nə?

Ümumilikdə süd istehsalında azalma var.

Bu, dünya bazarında süd məhsullarının 2015-ci ilin son 2 rübü- 2016 ci ilin ilk 2 rübündə aşağı olması ilə bağlıdır.

Süd məhsullarının qiyməti aşağı olanda süd istehsal edən fermerlər inəklərini satırlar, sahələrini digər məhsul istehsalına uyğunlaşdırırlar.

Bu proses çox xoşagəlməz haldır. Belə ki, yenidən süd istehsalına qayıtmaq bir neçə il vaxt aparır.

Lakin südün tərkibində olan yağa tələbat artıb. Bu da yağ istehsalında başlıca məhsuldur.

Deməli kərə yağına tələbat artıb.

Tələbatın artımı isə çox insanın marqarin deyilən məhsuldan imtina etməsi və təbii kərə yağı istifadəsinin artırmasıdır.

Bunun da 2 səbəbi var. Alimlərin son illər apardıqları tədqiqatlar sübut edir ki, kərə yagi orqanizmə marqarindən daha xeyirlidir və daha az zərərlidir.

İkinci səbəb isə insanlar təbii məhsullara daha çox üstünlük verməyə başlayıblar.

Azad bazarda da tələb artanda istehsal tələbatı tam ödəyə bilmirsə, qiymətlər artır.

Bu artım 2016 ci ilin avqustundan bəri başlayıb və bu ilin iyun- iyul aylarında pik həddə çatıb”.

Onun sözlərinə görə, ümumiyyətlə, bu sahədə qapalı dairə mövcuddur: “Südün qiyməti aşağı düşərsə, fermer çökür ,inəyi ətə çevirir, bundan sonra südün və yağın qiyməti qalxır və ya əksinə.

Quru süd qiymətləri ilə bağlı vəziyyət isə belədir:

Normalda yağlı və yağsız quru süd arasında qiymət fərqi hər tona göre 100-200 $ olur.

Hal-hazırda isə yağlı quru süd yağsız quru süddən 1200 $ bahadır.

Bu nədən belədir?

Kərə yağına tələbat yüksək olduğundan istehsalçılar daha çox yağ istehsal edirlər və yağlı süd, yağsız südə baxanda daha az miqdarda süd tozuna çevrilir.

Bundan başqa, illərlə 1 ton kərə yağının qiyməti yağsız süd tozunun qiymətindən bir az baha olardı, 200-1200 $ arası. İndi isə kərə yağının 1 tonu quru süd tozunun 1 tonundan 4400$ bahadır”.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın