Çərşənbə , İyun 19 2019
Ana səhifə / Gündəm / Xanım tibb işçiləri belə təbrik edildi…

Xanım tibb işçiləri belə təbrik edildi…

Bu yazımda tibb işçilərindən söhbət açmaq istəyirəm. Xəstəxana var ki, onun şöbələri müxtəlif sahələr üzrə ixtisaslaşır… Yəni terapiya, urologiya, lor, fizioterapiya, travmatologiya və s. Xəstəxana da var ki, Ulu Tanrının bu dünyaya əmanət verdiyi varlığın ana bətnindən sağlıqlı olaraq həyata vəsiqə almasına yardımçı olur. Bu mənada doğum evi yeganə səhiyyə ocağıdır ki, hamilə qadınların öz körpələrini dünyaya gətirdikləri yer olmaqla bərabər,? burada çalışan hər bir tibb işçisi bu məkandan həyata göz açmış körpələrin sağlıqlı , normal yaşamı üçün vacib olan həm məsuliyyətli, həm də şərəfli bir missiyanı yerinə yetirir. Bu mövzudan söhbət düşəndə Bakının Bakıxanov qəsəbəsində yerləşən 2 saylı doğum evinin tibb personalından da ağız dolusu danışılır. Belə ki, həyatının ən gözəl çağlarını , gəncliyini sevdiyi peşəyə həsr etmiş qabiliyyətli , bacarıqlı tibb işçisi– 3 ilə yaxın “Vital” klinikasının doğum şöbəsində qüsursuz xidmət göstərib sonralar mövcud haqsızlıqlara tab gətirməyib də klinikadan könüllü uzaqlaşan, 15 ilə yaxın Dövlət Xəstəxanasında – 2saylı Doğum Evində şərəflə çalışıb yüzlərlə körpələrin həyata gəlməsinə köməklik göstərmiş tibb işçisi SEVDA xanım ƏSGƏROVANIN 1 Mart doğum gününü, eləcə də 8 Mart Beynəlxalq Qadınlar Bayramını təbrik edir, sevdiklərilə birgə ona xoşbəxtlik diləyirəm.

Fürsətdən istifadə edib bu səhiyyə ocağında SEVDA xanımla çiyin – çiyinə çalışan , peşəsinin vurğunu olan qabiliyyətli və bacarıqlı tibb işçisi AYNUR xanım QULİYEVANI da 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, Tanrıdan ona qəlbinin dərinliklərində gizlədib də bizə açmadığı istəyinin bu günlərdə reallaşacağını arzulayıram.


RÖVŞƏN MAYILOĞLU

Həmçinin oxuyun

Füzuli Ələkbərovun yenidən dirilişinin arxasında nə var?

Sabiq nazir destruktiv əməllərini indi də başqa formada davam etdirməkdədir. Beləki Füzuli Ələkbərov nazir olduğu …