Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Gündəm / Xaləddin İskəndərovun gözü qarşısında növbəti “yaşıl soyqırım”-FOTO

Xaləddin İskəndərovun gözü qarşısında növbəti “yaşıl soyqırım”-FOTO

Binəqədi rayonu Azadlıq prospekti 188 ünvanındakı yaşayış binasının qarşısında olan ağaclar hansısa işbazlar tərəfindən kökündən çıxardılır və həmin yerdə ticarət obyektinin tikintisi planlaşdırılır. Bina sakinlərinin şikayəti əsasında hadisə yerində olan Azinforum.az-ın əməkdaşları acınacaqlı mənzərənin şahidi olublar.  Ən maraqlısı isə budur ki,  məlum  hadisə Binəqədi bələdiyyəsindən 15 metr,  icra hakimiyyətinin binasından isə 300 metr aralıda baş verir. Sakinlərin sözlərinə görə,  onların  icra hakimiyyətinə bu özbaşınalıqla bağlı etdiyi şikayətlərə – “bizim xəbərimiz yoxdur”, kimi cavab veriblər.

Azinforum.az olaraq baş verən hadisə ilə bağlı Binəqədi rayon İcra Hakimiyətilə əlaqə saxlamaq cəhdlərimiz heç bir səmərə vermədi.  Mövzunu diqqətdə saxlayacayıq.

Çinarə SEYİDOVA

Azinforum.az

 

 

 

Həmçinin oxuyun

Təhsil naziri kimdən kimə şikayət edir?

“Biz sual verməliyik – necə oldu ki, bu adam direktor oldu? Səmimi deyirəm – bu, …