Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Gündəm / Xətai icra başçısı Sarayevoda “yaşıl soyqırım”a göz yumdu – VİDEO

Xətai icra başçısı Sarayevoda “yaşıl soyqırım”a göz yumdu – VİDEO

Paytaxtın Xətai rayonu, Sarayevo küçəsində yaşıllıq ekoloji genosidə məruz qalıb. Reportyor.info bildirir ki, hadisə şahidləri gecə ilə ağacların məhv edildiyini məlumat veriblər. Nəticədə Xətai rayonunda 8 ağac ekoloji terrorla üzləşib. Həmin ərazidə tikinti aparılması nəzərdə tutulub. Lakin Xətai rayon icra hakimiyyəti bu qanunsuzluğu üzərindən atır və xəbərsiz olduğunu bildirir. İH-dən Reportyor.info-ya verilən açıqlamada hadisədən məlumatsız olduqları və araşdırma apardıqları bildirilsə də, icazəsiz hər hansı yaşıllığın kəsilməsinin mümkün olmadığı hər kəsə bəllidir. Xətai rayonunda yeni icra başçısının da dövründə belə özbaşınalıqlar baş verməsi göstərir ki, rəhbər dəyişikliyi ciddi nəticə verməyib. İlk dəfə deyil ki, Xətaidə ağacları kəsib yerində obyekt tikirlər. Məlumdur ki, rayon rəhbərliyindən icazəsiz daşı daş üstünə qoymaq az qala cinayətdir, o halda bu ağacları kəsməyə kimlər cürət edib? Video kadrlardan da görünür ki, vaxtilə yaşıllıq olan yer şumlanıb, kənarlar betonlanıb və ərazi səhraya çevrilib. Bu, rayonun tən ortasında, parkın içində baş verib, gediş – gəlişin intensiv olduğu ərazilərdə həyata keçirilib, amma Xətai İH özünü görməməzliyə vurmaqdadır. Məsələni diqqətdə saxlayacağıq.

Həmçinin oxuyun

Naxçıvanda nə baş verir? – Dəhşətli faktlar, milyonlarla yeyinti

Milyonlarla qaçaqmalçılıq və büdcə yeyintisi…Bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük …