Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Gündəm / Xəlilov və adamları Cahangir Hacıyevin bankından 50 milyonu necə çıxarıb?

Xəlilov və adamları Cahangir Hacıyevin bankından 50 milyonu necə çıxarıb?

Sabiq millət vəkili, iş adamı Dünyamin Xəlilovun məhkəməsi keçirilib. O, ilk dəfə hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Dünyamin Xəlilovun və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmədə məlum olub ki, Dünyamin Xəlilovla yanaşı, daha 6 nəfər də təqsirləndirilən şəxs var. Onlardan yalnız Dünyamin Xəlilov həbsdədir. Digər 6 nəfər isə ev dustaqlığındadır. Həmin təqsirləndirilən şəxslər Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Rauf Əliyev, Mənsur Zeynalovdur. Onlar müxtəlif şirkətlərin rəhbər şəxsləri olub.
Məhkəmədə zərərçəkmiş tərəf kimi Azərbaycan Beynəlxalq Bankı və “Aqrarkredit” ASC tanınıb. Adıçəkilən şəxslər Beynəlxalq Bankdaın götürülən külli miqdarda pulun mənimsənilməsində təqsirli bilinirlər. Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs-qətimkan tədbiri seçilən D.Xəlilov Bakı İstintaq Təcridxanasında saxlanılır. Sabiq deputat Beynəlxaq Bank əməliyatı zamanı həbs edilən şəxslərdəndir. Bankın sabiq idarə heyyətinin sədri olmuş Cahangir Hacıyevdən sonra Xəlilov da digərləri ilə birlikdə həbs edilmişdi.
Dünyamin Xəlilov Cinayət Məcəlləsinin 179.3.1 (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikə), 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 213.2.1 (vergidən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213.2.2 (vergi ödəməkdən yayınma külli miqdarda törədildikdə), 32.4, 308.2 (vəzifə səlahiyyətlərindən sui istifadə etməklə ələ alma) 32.4, 309.2 (vəzifə səlahiyyətini aşma) maddələri ilə təqsirli bilinir.
D.Xəlilov sabiq deputat olmaqla yanaşı, həm də iş adamıdır. O, “Globus Plaza”nın sahibidir. Əldə etdiymiz məlumata görə, Dünyamin Xəlilov və digərləri ümumilikdə Beynəlxlaq  Bankdan ayrılan 50 milyon manatı mənimsəməkdə təqsirləndirilirlər. Belə ki, təqsirləndirilən digər 6 nəfər Dünyamin Xəlilovun işçiləri olub. Onların bir neçəsinin adına şirkətlər yaradılıb. Həmin şirkətlərin hesabına Beynəlxalq Bankdan milyonlarla manat kredit ayrılıb. Həmin kreditlərin daha sonra Beynəlxalq Bankın xaricdəki layihələrinə yönləndirildiyi deyilir. Lakin ayrılan kreditlər geri qaytarılmayıb.
Beynəlxalq Bankın sabiq idarə heyyətinin sədri Cahangir Hacıyev də məhkəmədə bu layihələr haqda danışmışdı. O, bankdan ayrılan kreditlərin xaricdəki layihələrə yönləndirildiyini deyirdi. Amma bu pulların nə məqsədlə və hansı şəxslərin layihələrinə ayrılmasını heç nə deməmişdi. O, ad çəkmək istəmədiyini qeyd etmişdi.
2016-cı ildə 15 il müddətinə azadlıqdan məhrum edilən C.Hacıyev məhkəməsində pulların bir hissəsinin Xəlilov tərəfindən mənimsənilməsi də qeyd edilirdi. Xəlilovun məhkəməyə gətirilməsi və Cahangir Hacıyevlə üzləşdirilməsi ilə bağlı vəsatətlər məhkəmə istintaqı müddətində təmin edilmədi.
Xatırladaq ki, D.Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal hələ 2011-ci ildə başlayıb. O, 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan D.Xəlilov Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Beynəlxalq Bankın bir filialı uzun illər “Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib.
Məhkəmənin baxış iclası fevralın 2-nə təyin edilib.

Həmçinin oxuyun

Daha 13 kənd işğaldan azad olundu

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, …

Bir cavab yazın