Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Gündəm / XƏBƏRDARLIQ: Danışıqlarınız dinlənilir

XƏBƏRDARLIQ: Danışıqlarınız dinlənilir

Troyan proqramının yeni növü  ekranın skrinşotunu edə və Skype-də danışıqları götürə bilər. FaktXəbər-in verdiyi məlumata görə, bunu Palo Alto Networks kompaniyasının araşdırmaçıları  müəyyən ediblər. Zərərverici proqramm təminatçısı məşhur antivirus proqramları, xüsusən «Doktor Veb» və «Kasperski Laboratoriyası» məhsulları tərəfindən tapılmır.
Təhlükəli məktublar
Palo Alto Networks ekspertlərinin sözlərinə görə, T9000, ilk dəfə 2013-cü ildə aşkar edilən T5000 troyan proqramının varisidir. Zərərverici proqramm təminatçısına yoluxma  elektron poçta RTF formatı  qoyulduqdan sonra baş verir.
Müasir stesl sistemə görə T9000-i müəyyən etmək olmur. 
 
Troyan nə edir
Təhlükəsizlik ekspertləri bildirirlər ki, T9000-i hazırlayanların əsas hədəfi Amerika kompaniyalarıdır. Bununla belə yoluxmadan heç kim sığortalanmayıb.
Sistemə qoşulduqdan sonra troyan  skrinşotlar etməyə başlayır və onları ləğv edilən serverə yollayır. Orada məlumatlar analiz olunur və məsələn, ekranda görüntülü parol yazırsınızsa, dələduzlar sizin iş masanızın  fotosundan daha böyük məlumat əldə etmiş olurlar.
Əgər yoluxmuş  qurğuda Skype quraşdırılbsa, troyan explorer.exe adından proqramma müraciət edir  və giriş üçün sorğu yollayır. İstifadəçi sorğunun  standart brauzerdən gəldiyini sanaraq, sorğunu qəbul edir. Bununla da T9000 proqrama tam giriş əldə edə bilir.
Troyan tekst yazışmaları, səsli və videozəngləri qeydiyyatdan keçirir.
Danışıqlarınızın audio və video yazılarını proqrammı %APPDATA%IntelRoamingSkype papkasında saxlayır. Həmin məlumatlar həmçinin  dələduzlara yollanır. Bundan şantaj, yaxud da bank və şəxsi akkaunta giriş üçün istifadə oluna bilər.
Necə müdafiə olunmalı
Zərərverici təminat proqrammı antiviruslar tərəfindən müəyyən olunmadığından elektron poçtla iş zamanı diqqətli olmaq lazımdır. Müəllifini tanımadığını məktubları, xüsusən  .rtf. artırmalı faylları açmayın.
FaktXeber.com-un əldə etdiyi məlumata görə, ekspertlər Skype-ə alternativ kimi  ISQ-ni tövsiyə edirlər. Onu  istənilən platformaya, o cümlədən iOS və Androidə yükləmək mümkündür.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın