Çərşənbə , Aprel 14 2021
Ana səhifə / Gündəm / Vüsal Kərimlinin yarıtmaz fəaliyyəti və oliqarxlaşması… – Koronanı necə yayır?

Vüsal Kərimlinin yarıtmaz fəaliyyəti və oliqarxlaşması… – Koronanı necə yayır?

Azərbaycandakı bütün mütəxəssislər, həkimlər, ekspertlər artıq birmənalı olaraq bəyan edirlər ki, Bakıda yoluxma ocağı ictimai nəqliyyatdır.

Bu gün səhər saatlarında heç bir səbəb olmadan bəzi marşrut avtobusların yarım saata qədər intervalla işləməsi əsl cəhənnəm mühiti yaratmışdı. Avtobuslarda nəinki hansısa məsafə saxlamaq mümkündür, nəinki insanlar bir-birinin ağızlarına nəfəs alır, ayaq qoymağa yer olmur. “BakuBus” sürücüsü belə sərnişinlərdən bir az da sıxlaşmağı dəfələrlə xahiş edirsə, mənzərəni təsəvvür edə bilərsiniz.

Bakı ictimai nəqliyyatı necə iflic edildi…

Hər şey ondan başladı ki, Bakıdakı ictimai nəqliyyatın idarəedilməsi Bakı Nəqliyyat Agentliyində birləşdirildi. Əslində, bu qurum Nəqliyyat Nazirliyinin illərdir yüzminlərə satdığı və buna görə də hərc-mərclik olan marşrutlarda nizam-intizam yaratmalı idi. BNA-nın bazasını da dövlət yaratmışdı, 2015-ci ildə Avropa Oyunları üçün alınan lüks avtobuslar “BakuBus”a, “BakuBus” isə BNA-nın idarəetməsinə verildi.

BNA eyni istiqamətdə bütün alternativ marşrutları zamanla sıradan çıxartdı. Hazırda bir istiqamət üzrə yalnız bir marşrut xətti fəaliyyət göstərir, nəticə də ortadadır.

BNA fəaliyyətə başladıqdan sonra inhisara aldığı marşrut xətlərində heç bir intellektual idarəetmə tətbiq etmir. Yalnız kosmetik işlərlə məşğuldur: dar küçələrdə belə guya “Bus” zolağının yaradılmasından tutmuş “Bakı Kart” sisteminə qədər, hamısı inhisarı leqallaşdırmağa xidmət edən kosmetik görüntüdür. Ancaq tıxacda qaldığı üçün gecikən və bir saatdan sonra ard-arda düzülən marşrutların hansı dayanacaqda yola qədər tökülən sərnişinləri götürməsi üçün idarəetmə yoxdur. Əvəzində tıxacdan çıxan ilk avtobuslarda insanlar bir-birinin üstündə olur, ardınca dabanbasma gələn avtobuslarda isə sərnişin olmur.

BNA-nın illik iqtisadi göstəriciləri

“BakuBus”un İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi əslində BNA-nın hansı səviyyədə işlədiyinin sübutudur. “BakuBus” BNA-dan niyə alındı və ümumiyyətlə, bu quruma rəhbərliyin inamı niyə itdi?

Bütün statistika ortadadır: nə idarəetmədə özünü doğrultma var, nə də illik qazanc və dövriyyədə. Yalnız dövlətdən alınan kreditlər və dotasiyalarla bəziləri yalnız öz sərvətini böyütməklə məşğuldur.

BNA rəhbəri Vüsal Kərimli ən qısa müddətdə oliqarx-məmurlar sırasına daxil olub. İdarəetmə təfəkkürü isə “Taksi gündəlik nəqliyyat vasitəsi deyil” prinsipi ilədir.

BNA-nın siyasi zərərləri

BNA yalnız iqtisadi baxımdan səmərəsiz qurum olmadı, eyni zamanda, siyasi və tibbi zərbələrini də bu hakimiyyət üzərində hiss edir.

Sadə vətəndaş üçün bu qurumun fəaliyyətsizliyi və yaxud bərbad işinin baiskarı Vüsal Kərimli və yaxud qeyrisi deyil, birbaşa hakimiyyətdir. BNA faktiki olaraq sadə vətəndaşlar arasında narazılığı körükləməklə məşğuldur.

Tibbi baxımdan zərbələri isə daha ağır və acınacaqlıdır – bir tərəfdən koronavirusa yoluxma mənbəyi olmaq, digər tərəfdən isə yoluxanların müalicə yükünü dövlətin üzərinə atmaqla.
BakuPost.az

Həmçinin oxuyun

Pul söhbəti üç qurumu “üz-üzə” qoydu

Azərbaycanda üç qurum ölkədən nağd valyuta çıxarılması məsələsində hərəsi özünü haqlı sayan arqumentlərlə çıxış edir. …