Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / “Vurulan” gömrük generalı Əli Kərimlinin tələbə yoldaşı imiş

“Vurulan” gömrük generalı Əli Kərimlinin tələbə yoldaşı imiş

Dövlət Gömrük Komitəsində ciddi kadr dəyişikliyi baş verib. Məlumata görə, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general –mayor Güloğlan Muradlı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin əmri ilə vəzifəsindən kənarlaşdırılıb. O, rəhbəri olduğu idarənin rəis müavini vəzifəsinə təyin edilib.
G. Muradlınının yerinə Balakən Gömrük İdarəsinə ötən ilin oktyabırında rəis təyin olunan polkovnik Baba Salayev təyin edilib. B. Salayevin yaxın müddətdə general-mayor rütbəsi alacağı gözlənilir. B.Salayev əvvəl Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat idarəsinin rəis müavini işləmişdi.
“Unikal”ı məlumatlandıran şəxsin sözlərinə görə, Güloğlan Muradlı AXCP sədri Əli Kərimli ilə tələbə yoldaşı olub. Belə ki, G.Muradlı 1986-1991-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin əyani şöbəsinin hüquqşünaslıq ixtisasını bitirib. Görünən odur ki, generalın “vurulmasında” Əli Kərimli faktorunun da payı az deyil.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın