Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Gündəm / “VTB Bankın lisenziyasının ləğv edilməsi mümkündür”

“VTB Bankın lisenziyasının ləğv edilməsi mümkündür”

Saytımızda Rusiya dövlət mətbuatının məlumatına əsasən Rusiyanın VTB Qrupuna məxsus olan Bank VTB (Ermənistan) 1-7 aprel arası Qarabağda məhv edilmiş erməni işğalçılarının ailələrinin kredit borcunu bağışlamasından bəhs etmişik.

Maraqlıdır, öldürülən erməni hərbçilərinin ailəsinin kredit borcunu bağışlayan VTB Bankın məlum addımına görə, sözügedən bankın Azərbaycandakı nümayəndəliyi ləğv edilə bilərmi? Ölkə qanunvericiliyi buna imkan verirmi?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Müzəffər Baxışov VTB Bankın Azərbaycan filialının ləğvinin mümkün olduğunu vurğulayıb:

“Əslində ciddi bri araşdırma həyata keçirilsə məlum olar ki, Rusiya banklarının Azərbaycanda fəaliyyət göstərən bəzi filialları çirkli pulların yuyulmasını təmin etmək üçün ölkəmizdə fəaliyyət göstərir. Lakin onların arxasında elə qüvvələr durur ki, bu qüvvələr həmin bankların Azərbaycanda fəaliyyət göstərməsini təmin edir. Azərbaycanın Ermənistanla müharibə vəziyyətində olması, VTB Bankın  döyüşlərdə həlak olan ermənilərin borcunu bağışlaması Azərbaycan insanına psixoloji sarsıntı yaşadır, onların psixologiyasına zərbə vurur. Bu baxımdan həmin bankın Azərbaycandakı qeydiyyatını həyata keçirən orqanlar bu bankın ölkəmizdəki fəaliyyətini Azərbaycanın milli təhlükəsizliyinə təhlükə kimi qiymətləndirməlidirlər. Onun qeydiyyatının ləğvi istiqamətində iş aparmalıdırlar. Həmin bankın qeydiyyatını ləğv edib onun fəaliyyətini yasaqlamalıdırlar. Azərbaycan qanunvericiliyi buna imkan verir. Əgər xarici hüquqi şəxslərin nümayəndəsi Azərbaycan qanunvericiliyinin tələblərini pozursa, dövlət təhlükəsizliyi üçün təhlükə yaradırlarsa, onların fəaliyyətini qadağan etmək mümkündür. Sadəcə bunun üçün siyasi iradə nümayiş etdirilməlidir”.

Həmçinin oxuyun

Ordumuz Laçına daxil oldu – Rəsmi+Video

Azərbaycan, Rusiya Prezidentləri və  Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın …

Bir cavab yazın