Şənbə , May 28 2022
Ana səhifə / Gündəm / “Veysəloğlu”da yeyintinin üstü açıldı: departament rəisi və kommersiya direktoru işdən qovuldu -EKSKLÜZİV

“Veysəloğlu”da yeyintinin üstü açıldı: departament rəisi və kommersiya direktoru işdən qovuldu -EKSKLÜZİV

“Veysəloğlu” şirkətinin Salyan regional mərkəzinin rəhbəri Mirağa Ağalarov vəzifəsindən uzaqlaşdırılıb. TİA.Az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb. M. Ağalarovun işində yol verdiyi nöqsanlara, həmçinin şirkətin külli miqdarda əmlakını mənimsədiyinə görə, tutduğu vəzifəsindən azad edildiyi deyilir. Onun barəsində araşdırma başlandığı xəbər verilir.
Başqa bir xəbərdə isə deyilir ki, “Veysəloğlu”nun baş ofisində kommersiya direktoru olan Pənah Hüseynov da işi ilə vidalaşıb. P. Hüseynovun M. Ağalarovun əsas himayəçisi olduğu üzə çıxıb və aparılan araşdırmalar nəticəsində onu da bu işlə əlaqədar vəzifəsindən kənarlaşdırıblar. Hər iki xəbərlə bağlı dəqiqləşdirmə aparmağa çalışırıq və şirkətin mövqeyini yaymağa hazırıq.

TİA.Az

Həmçinin oxuyun

Həmkarlar Konfederasiyasını xaricdə Möhbalıyevin xanımı və qızı təmsil edir… – Səttar Möhbalıyevin 10 milyonluq sərvəti və mülkləri…

Səttar Möhbalıyevin 30 illik  epoxası başa çatır… Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli …