Ana səhifə / Gündəm / «Vesta Constraction» şirkəti sürücüləri bu cür qəzaya salır – VİDEO

«Vesta Constraction» şirkəti sürücüləri bu cür qəzaya salır – VİDEO

Nişan olmadığı üçün baş verən qəzaların sayı hər gün artır, şirkət isə öz bildiyini edir

Bakının Nizami rayonu ərazisində tikinti şirkətinin özbaşınalağı ucbatından 4 aydır sürücülər əziyyət çəkir. Belə ki, Mehdi Abbasov və Şirin Mirzəyev küçələrinin kəsişməsində, «Planet dairəsi» («Planet» şadlıq evinin yanı) kimi tanınan nöqtədə yol nişanının yoxa çıxması vəziyyəti əməlli-başlı qəlizləşdirib.
Sürücülərin Avtosfer.az-a müraciətlərindən sonra saytın əməkdaşları həmin ərazidə olublar. Məlum olub ki, «Vesta Constraction» şirkəti yolun sağında bina tikir. Lakin tikinti işlərində qanunsuzluğa yol verərək səkini tam zəbt ediblər. Bununla da, səkidə quraşdırılmış «Stop» nişanı hasarın o tayında qalıb. Bir müddət sonra Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin təkidi ilə tikinti şirkəti həmin nişanı hasarın bu tayına çıxaraq işıq dirəyindən asıb. Lakin artıq 4 aydır ki, nişan yoxa çıxıb. Elə buna görə də, bu nöqtədə sürücülər çaşqınlıq içində qalırlar. Belə ki, üzü Qara Qarayev prospekti istiqamətində hərəkət edənlər düzünə getdikləri anda sağdan gələn nəqliyyat vasitələri ilə toqquşma baş verir. Çünki sağdan – Şirin Mirzəyev küçəsindən gələn yolda «Stop» nişanı yoxa çıxıb. Bu üzdən də Mehdi Abbbasov küçəsi ilə gələnlərlə toqquşma baş verir.
Bəlli olub ki, buradakı nişan yoxa çıxandan bəri baş verən yol qəzalarının 8-i cinayət xarakterli olub və hazırda Nizami rayon Polis İdarəsində araşdırma aparılır. Bundan əlavə, Nizami rayon Dövlət Yol Polisi Şöbəsində də 10-a yaxın yüngül qəza ilə bağlı araşdırma gedir.
Qeyd edək ki, yolda yaratdığı bu cür təhlükəli vəziyyətə görə tikinti şirkəti qanunla məsuliyyət daşıyır.
İnzibati Xətallar Məcəlləsi. Maddə 350.1. Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında tikinti, qazıntı, yenidənqurma və ya təmir işlərinin aparılmasına, yaxud avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə görə-
fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 10 min manatdan 12 min manatadək məbləğdə cərimə edilir.

 

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın