Cümə , Yanvar 22 2021
Ana səhifə / Gündəm / Vergilər İdarəsində ciddi nöqsanlar aşkarlandı – Rəsmi

Vergilər İdarəsində ciddi nöqsanlar aşkarlandı – Rəsmi

Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.
Palatadan verilən məlumata görə, iclasda Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsində (ƏVİ) vergi qanunvericiliyinə riayət edilməsi vəziyyəti ilə bağlı həyata keçirilmiş nəzarət tədbirinin nəticələri müzakirə edilib.
Nəzarət tədbiri nəticəsində ƏVİ tərəfindən hesabat dövrləri ərzində bir sıra parametrlər üzrə proqnozların tam icra olunmadığı, bəzi hallarda vergi öhdəliklərinin dövlət büdcəsinə vaxtında və tam həcmdə cəlb olunmadığı, həmçinin vergi ödəyicilərinin dövlət büdcəsi qarşısında öhdəliklərinin könüllü bəyanetmə və ödəmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilib.
Nəzarət tədbirinin nəticələrini ümumiləşdirərək auditor ƏVİ tərəfindən borcların artmasının qarşısının alınması məqsədilə vergi öhdəliklərinin dövlət büdcəsinə vaxtında və tam həcmdə cəlb olunması, aksiz vergisi üzrə potensial mənbələrin aşkar olunması üçün kompleks tədbirlərin görülməsi, fəaliyyətin son hədəfi kimi vergi ödəyicilərinin dövlət büdcəsi qarşısında öhdəliklərin könüllü bəyanetmə və ödəmə səviyyəsinin yüksəldilməsi istiqamətində inzibatçılığın daha da gücləndirilməsini zəruri hesab edib. Eyni zamanda qabaqlayıcı tədbirlər çərçivəsində borcların təminatı kimi xüsusilə iri dövriyyələri olan vergi ödəyicilərinin istehsal güclərini təmin edən əsas vəsaitlərinin və digər maddi qiymətlilərinin maliyyə (vergi) hesabatlarında vaxtında və tam həcmdə əks etdirilməsi, həmçinin fəaliyyətləri mənfəətlə nəticələnən vergi ödəyicilərinin illər üzrə rentabellik səviyyəsinin azalması hallarının əsas səbəblərinin müəyyənləşdirilməsi tövsiyə olunub.
İclasda kollegiya qərarının layihəsi müzakirə edilərək qəbul olunub. Qərarın surəti auditin nəticələri üzrə aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi məqsədilə Vergilər Nazirliyinə və Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinə göndərilib, auditin nəticələri üzrə Milli Məclisinə məlumat təqdim edilib.
musavat.com

Həmçinin oxuyun

Siyavuş Novruzov Əli Həsənovu “beşinci kolon”un üzvü adlandırdı

Milli Məclisin deputatı Siyavuş Novruzov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri …

Bir cavab yazın