Bazar , Noyabr 29 2020
Ana səhifə / Gündəm / Vasif Talıbovun oğlu xanımına mahnı həsr etdi – Audio

Vasif Talıbovun oğlu xanımına mahnı həsr etdi – Audio

Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbov toyu üçün mahnı yazıb. 

“Qafqazinfo” xəbər verir ki, “Bu gün bizim günümüzdür” adlı bəstəni müğənni Zamiq Hüseynov ifa edib.

Müğənni sosial şəbəkədə sözügedən mahnını paylaşaraq belə yazıb:

“Əziz dostlar, bu yaxınlarda mənə çox əziz olan, hörmət etdiyim bir insanın özəl gününə mahnı hazırladıq. Çoxsaylı zəng və mesajlarınızı nəzərə alıb həmin mahnının bütöv versiyasını təqdim edirəm. Mahnının sözləri Seymur Talıbova, musiqisi isə Hakan Erola məxsusdur”.

Qeyd edək ki, mahnı ilk dəfə S. Talıbovun toyunda səsləndirilib.

Həmçinin oxuyun

Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb – FOTO

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən işğaldan …