Cümə , Oktyabr 30 2020
Ana səhifə / Gündəm / Vətəndaş məmur qəbulunda üzləşdiyi “sürprizlə” bağlı Prezidentə müraciət etdi – VİDEO

Vətəndaş məmur qəbulunda üzləşdiyi “sürprizlə” bağlı Prezidentə müraciət etdi – VİDEO

Əslən Salyan rayonundan olan fərdi sahibkar  Həsənov Mirpaşa Əliqulu oğlu  bir neçə gün bundan əvvəl Azinforum.az-a müraciət edərək, özü ilə bağlı yaranmış problemin  aydınlaşdırılması üçün  Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevlə görüşmək istədiyini bildirmişdi. Həmin yazının  dərcindən sonra, Həsənov Mirpaşa  yaşadığı Salyan rayonunun İcra Hakimiyətinə dəvət edilib. Onunla görüşən İcra Hakimiyyətinin məsul əməkdaşı vətəndaşı mətbuatda etdiyi şikayətlə bağlı sorğu-sual edib, sonra  isə məsələnin aydınlaşdırılması üçün Bakıda Şirzad Abdullayevlə görüşün zəruriliyini bildirib. Vətəndaşın sözlərinə görə, o, təklifi qəbul edib və Şirzad Abdullayevin qəbuluna gəlib.  Bundan sonra nələrin baş verdiyini isə Həsənov Mirpaşa ölkə başçısı cənab İlham Əliyevə etdiyi videomüraciətdə nəql edir. Azinforum.az  Şirzad Abdullayevin də cavab haqqını tanımaq şərtilə həmin videomüraciəti təqdim edir.

Azinforum.az

 

 

 

Həmçinin oxuyun

Daha 13 kənd işğaldan azad olundu

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, …