Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Uşaqlar arasında yayılan xəstəlik “donuz qripi”dirmi?– Baş pediatrdan açıqlama

Uşaqlar arasında yayılan xəstəlik “donuz qripi”dirmi?– Baş pediatrdan açıqlama

“Bu virusun kodu, geni (H1N1) məlumdur. Hazırda uşaqlar arasında yayılmış xəstəlik kəskin respirator xəstəliklərin, adona virusların, rino viruslarının, paraqrip və qrip və rotovirusların törədicilərinin yaratdığı xəstəliklərdir”. Bu barədə Movqe.az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı, K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev söyləyib. N. Quliyev bildirib ki, hazırda müayinələr zamanı Azərbaycanda heç bir yaş qrupunda, eləcə də, uşaqlarda “donuz qripi” virusu aşkarlanmayıb: “Hazırda hər il olduğu kimi mövsümlə bağlı yayılan qrip virusları müşahidə olunur. Ölkəmizdə heç bir virusun epidemiyası müşahidə olunmur. Uşaqar arasında yayılmış xəstəlik də mövsümi qrip, respirator xəstəliklərin, adona virusların, rino qrip viruslarının, paraqrip və rotovirusların törədicilərinin yaratdığı xəstəliklərdir. Bu xəstəliklər uşaqlarda hərarət, öskürək, halsızlıqla müşahidə olunur. Lakin, bu “donuz qripi” virusunun əlamətəri deyil. “Donuz qripi” virusunun klinik əlamətləri daha ağır formada olur. Bu zaman insanda boğulma, tutma şəklində öskürək, mədə-bağırsaq pozğunluğu, ağır sətəlcəm (pnevmoniya), yüksək hərarət müşahidə olunur. Şükürlər olsun ki, hələki bu əlamətlərin müşaidə olunduğu xəstələrə rast gəlinməyib. Bu isə Azərbaycanın bu virusun yayıldığı qonşu dövlətlərlə müqayisədə profilaktik tədbirləri gücləndirməsi, sərhəd-keçid və gömrük məntəqələrində, eləcə də hava limanında önləyici tədbirlərin ciddi şəkildə aparılması ilə əlaqədardır. Göründüyü kimi, “donuz qripi” virusu Azərbaycanla sərhəd ölkələrdə xeyli müddətdir yayılmasına baxmayaraq, Azərbaycan bu virusun ölkəmizə keçməsinin qarşısını almaq üçün gücləndirilmiş rejimdə çalışır. Dezinfeksiya tədbirləri lazımı səviyyədə aparılır. Azərbaycan Səhiyyə Nazirliyinin noyabr ayındakı əmrinə müvafiq olaraq profilaktik tədbirlər bu gün də dava etdirilir. Bunun nəticəsidir ki, Azərbaycanda bu təhlükəli virusa yoluxa halına bu günə kimi rast gəlinməyib”.N. Quliyev bildirib ki, Azərbaycanın səhiyyə işçilərinin məqsədi ondan ibarətdir ki, “donuz qripi” virusunun ölkəmizə gətirilməsinin qarşısı qətiyyətlə  alınsın: “Bəzə söz-söhbət yayılır ki, necə olur bu virus Azərbaycanla çox yaxın ölkələrdə yayılıb, lakin ölkəmizdə bir nəfərdə belə bu virusa yoluxma faktı aşkarlanmayıb. Amma təəccüblənməyə dəyməz. Çünki, buna, “donuz qripi” virusunun ölkəmizə keçməsinin qarşısı  Azərbyacan Səhiyyəsinin həyata keçirdiyi təsirli tədbirlərin nəticəsində mümkün olmuşdu. Məhz bu tədbirlərin nəticəsində ölkəmizdə “donuz qripi” virusuna bir yoluxma faktı aşkarlanmayıb”.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın