Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Gündəm / Uşağınızı bu yaşda üzgüçülüyə qoyun

Uşağınızı bu yaşda üzgüçülüyə qoyun

Üzgüçülüyün bütün bədənə, bəzi xəstəliklərlə müalicədə nə qədər faydalı olduğu çoxlarına məlumdur. Son zamanlar uşaqlar arasında da üzgüçülüyə maraq xeyli artıb. Bəs uşaqların üzgüçülüyə başlamasının ideal yaş həddi neçədir? Aile.lent.az bununla bağlı valideynlərə bəzi məsləhətlər verir.

Mütəxəssislər bədən inkişafına və duruşuna birbaşa təsir edən üzgüçülüyə başlamağın ideal yaş həddinin 4 olduğunu deyirlər. Ümumiyyətlə, üzmək uşaqların çox sevdiyi və erkən yaşda başlaya biləcəkləri idman növlərindən biridir.

Bədən müqavimətini 70% artırır

Üzgüçülüyün bir çox faydası var. Ən önəmli faydalarından biri bədəndəki bütün əzələlərin işləməsini təmin etməsidir. Bununla yanaşı, bədən inkişafını və duruşunu dəstəkləyir. Erkən yaşda öğrənildikdə boğulma riskini minimuma endirir. Uşaqların özgüvən qazanmasına böyük təsiri var. Məktəb xaricində sosiallaşa biləcəkləri bir mühit yaradır. Üzən zaman çoxlu enerji sərf olunduğundan uşaqlarda piylənmənin qarşısını alır. Skelet əzələlərinə, böyümə və inkişaf sisteminə faydaları var. Üzgüçülüklə məşğul olan uşaqların immunitetləri məşğul olmayan həmyaşıdları ilə müqayisədə 70% güclüdür.

İdeal başlama yaşı 4

Üzgüçülüyə başlamağın ideal yaşı 4-dür. Bunun səbəbi isə o yaşda əzələ və oynaq strukturlarının elastikliyini itirməmiş olmasıdır. Bu yaş qrupundakı uşaqlar suyun üstündə qala bilmə və nəfəs alma məşqləri edirlər. 6 yaşdan etibarən isə texniki məşqlərə başlana bilər.

Məşqçinin rolu böyükdür

 

Üzgüçülüyün önəmli faktorlarından biri də məşqçidir. Uşaqları çox sevən səbrli və yaradıcı məşqçilər üzməyi balacalara daha tez sevdirər, onların daha istəkli şəkildə idmanla məşğul olmasına səbəb olarlar. Təbii ki, bu durum hər idman növü üçün keçərlidir. Hər uşaq oyunla öyrənir. Yaradıcı olmaq, dünyanı uşaqların gözü ilə görə bilmək, onlarla dost olmaq daha əyləncəli mühit yaradar.

Həmçinin oxuyun

Daha 13 kənd işğaldan azad olundu

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, …

Bir cavab yazın